Ukraynanın nüvə silahından imtina etməsi (təhlükəsizlik qarantiyası qarşılığında) barədə Budapeşt memorandumunun hüquqi qüvvəsi yoxdur.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, belə bir bəyanatla Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuzen çıxış edib.
“Budapeşt memorandumu - bu, beynəlxalq hüquq çərçivəsində hüquqi öhdəliyi olmayan formatdır. Amma mən, hesab edirəm ki, indi bütün vasitələri sınamaq lazımdır ki, mühariədən qaçmaq mümkün olsun” - səfir «Ukrayna-24» telekanalının efirindən deyib.
Bundan əvvəl isə Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Budapeşt memorandumu ölkələrinin sammiti baş tutmasa və ya onlar Kiyevə təhlükəsizlik qarantiyası verməsələr, o, memorandumu hquqi qüvvəsi olmayan elan edəcək.
“AzPolitika.info”


Şərhlər