Ukraynanın paytaxtı Kiyev şəhərində səhər saatlarından partlayış səsləri eşidilməyə başlanıb. Verilən məlumata görə, ilk partlayış səsləri Peçerski və Qoloseyevski rayonlarında eşidilib.
“Operativ məlumata görə Darniçski rayonu üzərində uçuş həyata keçirən pilotsuz uçuş aparatı Ukrayna ordusu tərəfindən vurulub. Kiyevə ballistik və qanadlı raketlərlə zərbələr endirilir”, - deyə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.
İlkin məlumata görə, vurulan PUA yaşayış evinə düşüb. Şəhərin hava hücumundan müdafiə sistemi atılan raketlərin bəzilərini zərərsizləşdirib.
Kiyev meri Vitali Kliçko özünün “Facebook” səhifəsində məlumat verib ki, Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Kiyev şəhərində yerləşən yaşayış binasına raket qalıqları düşüb.
O qeyd edib ki, ilkin məlumata görə üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Təcili yardım maşınları insanları xəstəxanaya aparır. Hadisə yerində xilasetmə qrupları çalışır. Bina yanır, onun uçmaq təhlükəsi var”.
Kiyevdə təyyarə yaşayış evlərinə çırpılıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Təyyarənin hansı ölkəyə aid olduğu dəqiqləşdirilməyib. Qurbanlar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: Unian

Şərhlər
Нелегитимный диктатор напал на Украину! Военнослужащие РФ имеют полное право не выполнять приказы своего выжившего из ума и полностью нелегитимного, обнулённого диктатора. Потому что все выборы за последние 15 лет в РФ были сфальсифицированы. В том числе были сфальсифицированы выборы президента 2018 года и выборы Госдумы 2021 года. О масштабах вбросов можно судить не только по роликам Youtube (введите, например, «выборы 2018 в России вбросы» или «выборы 2021 вбросы»), а также по множеству других признаков. В марте 2018 года на сайте радио «Свобода» вышла статья, где говорится что за Путина было вброшено 10 миллионов (!) бюллетеней. Если учесть ещё и абсолютно неравные, несправедливые условия, в которые в России ставятся оппозиционные силы (и наоборот — создаются полностью тепличные условия для победы Путина и его партии Единая Россия), проводятся внесудебные расправы над реальными конкурентами Путина (Немцов — как наиболее яркий пример), то становится очевидным — нынешняя власть в РФ — это шулеры, мошенники, которые узурпировали власть и удерживают её незаконными методами. Путин — нелегитимен. Путин — никакой не президент, а узурпатор. Он — такой же как Мадуро в Венесуэле, или Лукашенко. Выполнять его приказы — это соучастие в военном преступлении. Нюрнберг не за горами. А тем, кто одумается, будет в своё время что рассказать детям и внукам — не стал на сторону бандита и узурпатора. Такими людьми будут гордиться.
"Rusun çörəyi dizinin üstündə olar",bu sözləri atalar yerində deyib.İkinci dünya müharibəsində iştirak edib həlak olan ukraynalıların qanının üzərindən vəhşicəsinə addımlayan Putin, bir daha göstərdi ki,Rusiyanın dostu yoxdur və ruslar hər an onlara xidmət edən xalqların da düşməni ola bilərlər.Eyni ilə bizdəki kimi.20 Yanvarda və qarabağda günahsız insanların qanını axıtdılar.Xocalıdakı qətliamı ermənilərin iştirakı ilə törətdilər..