Menu

TÜRKİYƏDƏN RUSİYA ƏLEYHİNƏ MÜHÜM QƏRAR! - Zelenski Ərdoğana təşəkkür etdi

26.02.2022, 19:44
TÜRKİYƏDƏN RUSİYA ƏLEYHİNƏ MÜHÜM QƏRAR! - Zelenski  Ərdoğana təşəkkür etdi

“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”.

Bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Türkiyənin dövlət başçısı V.Zelenski ilə telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiyini bildirib.

Şərhlər

Veteran 2022-02-26 23:39:18

Qardaş Ukrayna XALQI , Azərbaycan XALQI və MİLLƏTİ sizinlədir.

Türk Turan 2022-02-26 19:14:19

Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımızı bildiririk, çox böyük təşəkkür edirik. Allah Ukraynaya kömək olsun! Allah işğalçılara lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol