Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib.
O, müvafiq göstərişi ölkənin müdafiə naziri Sergey Şoyqu və Baş Qərahagah rəisi Valeri Qerasimovla görüşü zamanı verib.
Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, Qərb Moskvaya münasibətlərdə “aqressiv bəyanatlara” yol verir.
“Buna görə də müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edirəm”, - deyə o bildirib.
Müdafiə Nazirliyindən əmrin icra edildiyi və çəkindirmə qüvvələrinin artıq xüsusi döyüş növbətçiliyi rejiminə keçirildiyi bildirilib.
Qeyd: Rusiya ordusunun çəkindirici qüvvələrinin səlahiyyətinə nüvə silahları və hipersəs raketləri də daxildir.

Şərhlər
Rəhmətlik Şamil Qurbanovun sözü yadıma düşdü: " jak sirak qudurub..."
пошшол ты на ...
Nüvə güclərini hazır vəziyyətə gətirmək istəyən Putin dəli olub deyəsən. Bunun nə rus xalqı vecinədir, nə də ki, dünyanın taleyi. Bu kimə xox gəlir?. Adə, kazyol, başqa nüvə dövlətlərində qatığ çalıblar? Rus ordusu vuruşmaq gücündə deyil. Nüvə silahına güvənir. Daha anlamır ki, o nüvədən o nun öz təpəsinə də düşə bilər.Allah sənə min lənət eləsin.Şeytanın balası!
Əziz xalqim bir az dözün. Bizim mütləq qalibiyyətimizi əlimizdən alan Rusiya çökməkidir. Amma yaddan çixarmayaq və ayiq olaq urus həmişə bizə düşmən mövqədə olub.
Gic ayının başına Ukrayna yumruğu dəydikcə tamamilə dəli olmağa başlayıb. Atom bombasından qorxan heç vaxt döyüşə girməz. Zelenski və Ukrayna xalqı hər şeyi gözə alıb ay işğalçı, uşaq qatili.
Bizim hərbi müttəfiqimizə bax. . .
Elementar mentiq deyir ki bu adam ne addım istesen atar.Bunun 22 illik fealiyyetini .gördüyü işleri derinden analiz eden olsa menim boş boş danışmadığıma inanar.Bu adam agılsız ve Xuliqsn bir şexsdir,sadece vezifedi bunun eyblerini örtür ,gizleyir.Bunu hakimiyyete alkaş Yeltsinin quzı ve kürekeni getiribler ki Yeltsin ailesinin yığduqlarını ellerinden almadınlar vessalam ,yıxsa burda xalq dövlet demokratiya söhbetleri boş şeylerdir.
Öl .... Axırıncı xoxu gəlir.
Xox gəlir. Bir nüvə silahı işlətsə Moskvaya Leninqrada 100 raket atılacaq
....yeye bilmez.butun dunyada aciq beyanat vermelidir.eyni cur hazirliq vermelidir.rusiya istiqametde.bu..... ozbasinaliqlarindan dunya bezib.ozunu qoyub gicliye
Burda da Putinin sərsəmliyi hiss olunur.Əlbəttə,Rusiya nüvə silahına əl atsa NATO-nun kosmosdakı nüvə zərbələrinə məruz qalacaq.