krayna hərbçiləri Çernobıl istiqamətində rusların komanda məntəqəsinə sarsıdıcı zərbələr endirib. Bu barədə “Dumskaya” nəşri məlumat yayıb.
Komanda məntəqəsinin Dityatki kəndində olduğu qeyd edilir.
“Ukrayna Silahlı Qüvvələri Çernobıl yaxınlığındakı Dityatki kəndində rusların komanda məntəqəsini darmadağın edib. Şərq Hərbi Dairəsinin 36-cı Ordusunun Baş Qərargah rəisi, general-mayor Sergey Nırkov Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatı zamanı Ukraynadan Belarusa, Mazır şəhərinə qaçıb. O, ordumuz tərəfindən məhv edilən şəxsi heyəti tərk edib” - məlumatda deyilir.

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində isəyüzlərlə dinc sakin kütləvi etiraz aksiyasına başlayıb.
Əllərinə Ukrayna bayrağı alan etirazçılar “Melitopol Ukraynadır”, “Burada hakimiyyət bizik”, “Ayıb olsun” şüarları ilə nümayiş keçirirlər.
Videogörüntülərdən məlum olur ki, nümayişçilər şəhər mərkəzindəki hərbi texnika karvanını qova bilirlər. Daha sonra atəş səsi gəlir. Hərbçilərin hansı istiqamətdə atəş açdığı məlum deyil.
Qeyd edək ki, fevralı 26-da Rusiya Silahlı Qüvvələri Ukraynanın Melitopol şəhərini işğal edib. Şəhər əhalisi 155 min nəfər civarındadır. Bu, Ukraynanın rəsmi şəkildə itirdiyi ən böyük şəhərdir.
Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində yüzlərlə dinc sakin kütləvi etiraz aksiyasına başlayıb.
“Report” Ukrayna KİV-ə istinadə xəbər verir ki, əllərinə Ukrayna bayrağı alan etirazçılar “Melitopol Ukraynadır”, “Burada hakimiyyət bizik”, “Ayıb olsun” şüarları ilə nümayiş keçirirlər.
Videogörüntülərdən məlum olur ki, nümayişçilər şəhər mərkəzindəki hərbi texnika karvanını qova bilirlər. Daha sonra atəş səsi gəlir. Hərbçilərin hansı istiqamətdə atəş açdığı məlum deyil.
Qeyd edək ki, fevralı 26-da Rusiya Silahlı Qüvvələri Ukraynanın Melitopol şəhərini işğal edib. Şəhər əhalisi 155 min nəfər civarındadır. Bu, Ukraynanın rəsmi şəkildə itirdiyi ən böyük şəhərdir.
***
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə Rusiya qoşunlarından təşəbbüsü ələ almağa başlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Düşmən tağımlarının döyüş qabiliyyətini saxlamağa çalışır. O, təkcə Ukrayna ordusu ilə deyil, onların karvanının qarşısını alan dinc sakinlərlə də qarşılaşmaqdan qaçır. Ukrayna ərazisində Rusiyanın apardığı təbliğat artıq təsirini itirir. “Azadlıq verənlər” başa düşüblər ki, onları Ukraynada heç kim gözləmir.
Volınsk istiqamətində rəqib təşəbbüsü əldən verib və fəaliyyət göstərmir.
Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətinin azaldıb. Çernobıl istiqamətindən Demidib və İrpinə hücum etsələr də, itki verərək dayanıblar.
Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də düşmən məyus olub. Siversk istiqamətində Rusiya Silahlı Qüvvələrinin birinci tank ordusu heyəti və 20-ci ümumqoşun ordusunun hərbçiləri Krasnoqrad və İzyuma istiqamətində hərəkətə keçərək Birləşmiş Qüvvələri (Ukrayna qüvvələri - "Report") mühasirəyə almağa çalışsalar da, sərhəddəki Boqoduxov, Çuquyev və Şevçenko yaşayış məntəqələrində qarşıları alınıb.
Düşmən Çerniqov istiqamətində də dayandırılıb. Nijin istiqamətində Yeni Basan, Kozelesdə düşmən məskunlaşıb. Düşmənin 1-ci və 2-ci ordu korpusları və 8-ci ordusu Donetsk və Luqansk vilayətlərində irəliləməyə cəhd göstəriblər. Onlar hədəflərinə çatmayıb, Mariupolda qarşıları alınıb.
Qara dəniz zonasında Rusiya işğalçıları Ukraynanın Zatoka və Odessa sahil şəhərlərinə qarşı desant əməliyyatına hazırlaşmağa davam edirlər. Düşmən ruhdan düşüb. Şəxsi heyət və hərbi texnika itkisi verir”, - nazirlikdən bildirilib.
***
Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var. Bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.
“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Luqansk vilayətinin Ukraynanın nəzarətində olan Starobelsk şəhərində yerli əhali Rusiyanın hərbi kolonunun qarşısını kəsib.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, dinc sakinlər rus qoşununun şəhərə girişini əngəlləyiblər. İşğalçı ordu havaya atəş açsa da, əhali geri çəkilməyib.
***
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya ordusunun ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan başlatdığı şiddətli hücumların nəticəsi barədə məlumat verib. Vilayət rəhbəri özünün Facebook səhifəsində bildirib ki, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiya ordusu Xarkovu intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
“Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - Sinequbov bildirib.
Vilayət rəhbəri onu da qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər.
“Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - o bildirib.
Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.
Şəhərə girə bilməyən işğalçılar səhər saatlarında Xarkovun mərkəzini raket zərbələrinə məruz qoyublar.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu dəfə əsas hədəf Xarkov şəhərinin Baş Polis İdarəsi olub. Raketlərdən biri Karazin adına Universitetin binasına düşüb. Yanğın ətrafdakı yaşayış binalarına da keçib. Hələ ki, insan itkiləri barədə məlumat verilmir. Hadisə yerində xilasedicilər işləyir.
Qızğın döyüşlərin getdiyi məntəqələrdən biri, Xerson şəhərinin Rusiya ordusu tərəfindən ələ keçirilməsi barədə xəbər təsdiqlənməyib. Bu barədə Xerson meri açıqlama yayaraq, Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib.
Xerson meri müraciət yayaraq vəziyyətin gərgin olduğunu, dərman, qida çatışmadığını bildirib. Ancaq bu dəfə də rus qoşununu geri oturdublar.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı da məlum olub. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.
Bu arada Zelenski Odessa və Çerkassk vilayətlərinin başına peşəkar hərbçiləri gətirib. Odessa dövlət administrasiyasının əvvəlki rəhbəri Sergey Qrinetskinin yerinə Maksim Marçenko, Çerkassk vilayətinin qubernatoru Aleksandr Skiçkanın əvəzinə isə İqor Taburets təyin olunub.
Sergey Marçenko 2015-2017-ci illərdə 24-cü əlahiddə “Aydar” zərbə batalyonunun, 2018-2021-ci illərdə isə 28-ci əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri olub.
İqor Taburets də kadr hərbçisidir və general-mayor rütbəsi daşıyır. O, uzun müddət Müdafiə Nazirliyində Baş kəşfiyyat idarəsində çalışıb.
***
“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat yayıb.
Məlumatda bildirilir: “Podolsk bölgəsində paytaxtın şimal və şimal-qərb istiqamətindən girişinin qarşısını almaq üçün düşmən Qoreniçi, Qostomel, Demidov sərhədləri boyunca hücum əməliyyatlarını davam etdirməyə çalışır.

Jitomir vilayətində Rusiya Federasiyası silahlı qüvvələrinin Şərq Hərbi Dairəsinin 5-ci Birləşmiş Silahlı Qüvvələrinin üç taktiki batalyon qrupu var.
Şimal istiqamətində işğalçı qüvvələrin on yeddi batalyon canlı qüvvə və texnika itkisi var.
Kozelets, Bobrovitsa və Makiiv ərazilərində işğalçıların qarşısı alındı. Digər istiqamətdə, Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələri ərazilərində düşmən qoşunları hücum potensialını itirdi.
İşğalçı itki verib və Boxoduxiv, Çuqiv, Şevçenkove yaşayış məntəqələri yaxınlığında dayandırılıb.
Donetsk istiqamətində isə uğur qazana bilməyən Rusiya qoşunları Mariupol şəhərini blokadaya almağa istiqamət götürüb.
Tavriya istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir.
Qara Dəniz Əməliyyat Bölgəsində düşmən dəniz dəstəsini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir.
İrəliləyə bilməyən düşmən Ukrayna Silahlı Qüvvələri ilə yanaşı olan mülki əhalini qorxutmaq üçün məkrli şəkildə mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir.
Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və qələbə əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var”.
Bu arada Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.
Ukrayna Ali Radasının teleqram kanalının məlumatına görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə Xarkovda tank zavodunda partlayışla əlaqədar kadrlar paylaşılıb.
Bildirilir ki, yanğına görə sursat anbarında döyüş sursatlarının detonasiyası baş verir.
Bundan başqa, ATƏT missiyası Donetsk və Xersonda partlayışlar qeydə alıb. Gecə saatlarında Xerson hakimiyyətinin əhalinin təxliyəsini tələb etdiyi bildirilir.
Ukrayna mediasının məlumatına görə, Xerson şəhərində dəhşətli vəziyyət yaranıb.

Bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat verib: “Ukraynanın Xerson şəhərini ələ keçirən Rusiya ordusu hazırda çayın limanını və dəmiryol vağzalını nəzarətə götürüb. Dünən gecə şəhərdə sakitlik olub, yalnız tək-tək atışma səsləri eşidilib”.
İ.Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində qalan yüzlərlə cəsədin çıxarılması üçün “yaşıl dəhliz” təşkil edilməsini xahiş edib.
Şəhərin meri həmçinin əlavə edib ki, onların sərəncamında olan anbarlar şəhərdən kənarda yerləşdiyindən Xersona ərzaq gətirməyə ehtiyac var.
Ukraynanın Sumı bölgəsində gecə saatlarından küçə döyüşləri gedib. Ən çox itki Trostyanetsdə olub. Orada Rusiya qoşunları qərargahı zəbt edərək qarətə başlayıblar.
Bununla yanaşı, onlar ruhdan düşür, bəziləri Ukrayna Silahlı Qüvvələrinə təslim olur, digərləri isə insanlara hücum etməkdən imtina edərək qaçmağa çalışır.
Rusiya əsgərləri Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək istəmirlər.
Sum vilayətinin Axtır rayonundakı Trostyansk qəsəbəsinə də üç istiqamətdən Rusiya hərbi kalonları daxil olub və yaşayış məntəqəsini tam ələ keçirib. Şəhərdə infrastruktur dağıdılıb, ruslar evləri gəzir, insanları zirzəmilərdən çıxarır və küçədə oturmağa məcbur edir. Bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
Rusiya qoşunları şiddətli bombardmanların hesabına bəzi yaşayış məntəqələrinə daxil ola bilsələr də ağır itkilər verməkdə davam edirlər. Ötən gün Xarkov ətrafında Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarından birinin döyüşçüləri Rusiyanın 200-cü motoatıcı briqadasının tərkibindən 6 ən yeni T-80BVM döyüş tankını qənimət kimi ələ keçiriblər. Tanklar cəmi bir BMP-2 və “Javelin” tank əleyhinə raketinin köməyi ilə ələ keçirmək mümkün olub. Bu haqda ukraynalı jurnalist Yuri Butusov özünün Facebook hesabında bildirib və ələ keçirilən tankların fotolarını yayıb.

Sum vilayətində isə martın 1-də axşam Ukrayna ordusu Rusiya ordusunun daha bir böyük kalonunu darmadağın edib. Vilayət rəhbəri Dmitri Jivitski bildirib ki, Ukrayna döyüşçüləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin və digər vasitələrin köməyi ilə Romensk rayonunun Pustovoytovka kəndi yaxınlığında Rusiya qoşunlarının cəmləşmə rayonuna zərbələr endiriblər. Nəticədə yarısı “Qrad” qurğularından ibarət olmaqla 80-ə yaxın texnika məhv edilib. Bundan başqa Bişkin kəndi yaxınlığında uzunluğu iki kilometrə çatan Rusiya hərbi kalonuna zərbələr endirilib. 100-ə yaxın tank və BTR-lər sıradan çıxarılıb.
“Sum vilayəti Ukraynanın şimal forpostudur! Sum vilayətinin müdafiəsi bütün ölkənin müdafiəsidir. Biz düşməni sərhəddə dayandırmışıq”, - Jivitski bildirib.

Şərhlər
Nobel sülh mükafatı 2022 - ci ildə UKRAYNA XALQINA verilməlidir. Onlardan layiqli namizəd ola bilməz. СЛАВА УКРАИНУ.
Ruslara lənət olsun!