Menu

"ONUN HEÇ VAXT KİŞİLİYİ və LƏYAQƏTİ OLMAYIB" - Yuşşenko Putini və rusiyalıları təhqir etdi, Qarabağı xatırlatdı...

02.03.2022, 21:00
"ONUN HEÇ VAXT KİŞİLİYİ və LƏYAQƏTİ OLMAYIB" - Yuşşenko Putini və rusiyalıları təhqir etdi, Qarabağı  xatırlatdı...

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Putinə və rusiyalılara olduqca sərt ittihamlarla və təhqirlərlə dolu müraciət ünvanlayıb. 

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidentini təhqir edən Yuşşenko hazırda ölkəsində baş verən faciədə Putin qədər onun əməllərinə səssiz qalan rus xalqının da günahının olduğunu bildirib: 

“Mənim qısa müraciətim heç vaxt kişiliyi və ləyaqəti olmayan kəsə ünvanlanıb. Məlum səbəbdən onun mənim sözlərimi anlayacağına inanmıram. Ancaq onunla bərabər 140 milyon Allahdan qorxan xalq var... Açıq deyirəm, Ukrayna bunu sizə heç vaxt bağışlamayacaq! Siz lənətlənmisiniz! Siz Ukraynanı “azad edən” yox, Ukrayna üçün vəbasınız, cəlladsınız! 

Sizi heç kim çağırmayıb, sizi Ukraynanın heç bir şəhərində, kəndində, evində görmək istəyən yoxdur! Sizi yalnız Ukraynanın çiy torpağı sevinclə qəbul edə bilər və son 7 gündə uğurla bunu edir! Cəhənnəmdə yanacaqsınız!...

SSRİ-nin 70 ili ərzində insanların beyninə bir təbliğat sualı yeridilirdi: “Ruslar müharibə istəyirlərmi?”

Bu gün həmin sualın cavabı qısa və aydındır: “İstəyirlər!” 

Onlar bu müharibələri Dnestryanıda, Abxaziyada, Cənubi Osetiyada, Krımda , Donbassda, bir müddət əvvəldən isə Qarabağda aparırlar. Yeri gəlmişkən bu, Moskoviyanın Ukraynaya qarşı 25-ci müharibəsidir”.

Yuşşenko sonda rusların nə vaxtsa vicdanının oyanacağına ümid etdiyini bildirir və müraciətini Ukraynaya soxulan rus qoşununun ünvanına açıq söyüşlə bitirir.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-03-05 22:12:29

Doğudanda yaxşı ifadədir .MOSKOVİYA.Sizin əraziniz doğrudanda MOSKOVİYA olacaq.Moskvadan Şimali buzlu okeana qədər.ərazi veriləcək sizə.Dövlətinizin adı da MOSKOVİYA,mərəziniz də olacaq Moskva. Az qalıb.Allah bundanda sizə xeyir verməyəcək.

T.Təpəllək 2022-03-03 13:19:50

Ukrayna xalqına eşq olsun!

oiüje 2022-03-03 02:06:16

Qarabağda sülhməramlı olmaq ixtiyarını itiridi bu DIĞA dövləti

Eli 2022-03-03 00:19:15

Yuşşenko bir şeyiyaddan çıxarıb:bu İnsan deyil,ikiayaqlı vehşidir.Bu .... Rusiyanın axırına çıxıb artıq,dövlet de millet de onsuz da çıx rezil bir gündedir,bu ise Dünyata meydan oxuyur.Artıq bunun ve Rusiyanın sonudur ve bu bir az vaxt apacaq.Dunya bunda ve Rusiyadan xilas olacaq,onun nğve hedesi ise Rusyanın ve bunun öz başında çatlayacaq.

Vahid 2022-03-02 20:57:38

Aaaaaamiiiiiiiiinnn

Esmira İsmayilzade 2022-03-02 13:06:17

Mən də bu sözlərin altında imza edirəm.

X 2022-03-02 12:45:44

Dunya bu fasist qanicen ruslardan bezib. Allah ruslara min kere lenet elesin. Allah Ukrayna xalqina qelebe torpaq butovluyu qismet etsin InsAllah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol