Menu

GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi + FOTO

02.03.2022, 23:00
GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi + FOTO

Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qətimkan tədbiri seçib.

“AzPolitika.info” xəbər verir ki, bu gün, martın 2-də məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının general Nizami Məmmədovun barəsində vəsatətinə baxıb.

Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.

Vəsatət təmin edilərək Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyində maliyyə strukturlarında xüsusilə külli miqdarda mənimsəmə faktları müəyyən edilib, həbs olunanlar var. Ordu quruculuğuna ziyan vuran şəxslərin əməlləri ictimaiyyətdə ciddi qınaqla qarşılanıb.

Vaqif Nəsibov

“AzPolitika.info”

Şərhlər

Elxan 2022-03-03 09:48:19

pahatonnan Zakirin nətəri xəbəri olmuyub e!!!!!

pensiyacı 2022-03-02 23:53:37

mn də ogurluq əjdəhasının başlarına tərəf yaxınlaşıblar bu adamda 80 yox 800 milyon ogurluq pul olması mütləqdir.əjdahanın o birisi başlarındada hərəsində on o qədər ogurluq pullar var.

Amil 2022-03-02 22:54:17

Orda bir ...işləyir. Y. Emin Fəraməz oğlu. Polkovnik-leytenant. Əvvələr Gəncədə FHN regionda işləyib. Çoxlu pullar yeyib. Onuda araşdirmaq lazimdir

Eli 2022-03-02 20:45:34

Bu general emer quludur,yeqin qısa müddete “Приказ» verenler de ortaya çıxarılacaqdır şübhesiz.Milletin cavan cavan üşaqları Veren müharibesinde Sehid olur,Qazi olur onlara emr verenler heyatda qalmalarına mesuliyyet daşıyan generallarsa Milletin min bir bir eziyyetle Orduya verdikleri millionları talayırkar.Bunu meger Allah bağışlayar?

Şekili 2022-03-02 19:09:39

Bu ne deməkdir aaa? Bəs hesablama paiatası, nazirlər kabineti, nazirlər bunu görməyiblər həəəə?bu millətin pulu elə bu tərzdə basıb yeyilir həəə?bu hələ 1 nazirlikdə, ölkə migyasında bu rəgəm nəyə çevrilir görəsən, bu nədir aaaa, bu nə rəzalətdir, hələ bu mügəddəs bir işlə bağlı-vətənin qorunması ilə əlaqədar gurumdur, iştah burada belədirsə o birilərdə nədir gör

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol