Ukraynada davam edən döyüşlərdə ilk dəfə Rusiya generalı məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Rusiya Desantçılar İttifaqı”nın nümayəndəsi Sergey Çipilev öz sosial şəbəkə səhifəsində məlumat yayıb və başsağlığı verib.
Söhbət Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskidən gedir.
Məlumatda qeyd olunur ki, general-mayor Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı döyüşlərin birində həlak olub.
Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.
General Suxovetski Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini vəzifəsinə 2021-ci ilin oktyabrında təyin edilmişdi. Onun xidmət yeri Novosibirsk şəhəri olub.
“AzPolitika.info”

Şərhlər