Menu

“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək” - ABŞ-ın dövlət katibi

05.03.2022, 11:43
“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək” - ABŞ-ın dövlət katibi

“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.

“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - o bildirib.

ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol