"Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir".
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib: "Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır".

Şərhlər
Cövhər Dudayev demişdir:--ruslarla bağlanan müqavilə suya yazılmış kimi kimidir.İndi özünüz nəticə çıxarın..Ukraynada qalıb gəlsə,sıra bizə də gələcək.
Hörmətli redaksiya,
əlbət ki, rəsmi Bakının işğalçı və imperialist Rusiyaya etiraz etməsi təqdirəlayiq haldır, amma mən Azərbaycan Xarici İşlıər Nazirliyinin belə bir bəyanatla çıxış etdiyinə və orada belə bir bəyanatın yazıldığına inana bilmirəm. Çün ki Xarici İşlər Nazirliyi haqqında intensiv şəkildə bəhs etdiyi8miz 5-ci koloniyanın mərkəzlərindən biridir. Buradakınazir müavinlərin əksəriyyəti, ELnur Məmmədovu çıxmaq şərti ilə rus məktəbinin yetirmələdirlər, bayramlarda hələ də Məmmədyarova təlefon açıb onu tıbrik edənlərdirlər, Bu xüsusda elə Xələf Xələfov, Araz Əzimov və Mahmud Mammed-Kuliyevin adları ssadalnamalıdır. "Əqrəb" ləqəbi ilə tanınan Xələf Xələfovun adı xüsusi ilə vurğulanmaldır. Xələfov xin*də Rusiya ilə münasibətlərlə məşğul olan əsas fiqurlardan biridir, özünün də rusiyapərstliyinə heç kim şübhə etmir. Əgər başqa cür olsaydı, 15 il nazir olmuş mammedyarov onu qapısında heç bir gün də saxlamazdı, amma saxladı, çün ki, tovariş xalafov da mammedyarov da eyni cəbhəyə xidmət edirdilər,bu gün də yatanda yuxularında kremlin ayaqyolusunu görürlər. xalafova tabe olan idarələrdə rus dilində danışmaq və rus kimi düşünmək etalon sayılır. Düzdür, indi özünü Ceyhun Bayramovun komadasına milli kadro olaraq. sırımaq istəyir, buna cüzi də olsa, nail olub, amma xalafovun kim olduğunu onlar da yaxşı bilirlər. Bilir, amma bir ölçü də götürmürlər, bələ kə cəsarətləri çatmır, bəlkə də özləri də xəlvətlikdə kremlə bidət edirlər. Qısası, XİN-*də ağacbudama davam etməldir, ruspərəstlər tam şəkildə buradna uzaqlaşdırılmalıdırlar. Ya Ceyhun Bayramov bunu bacarmaldır, ya da onu da Mammedyarovun yanına göndərmək lazımdır. Araz Azimovun kim oludğunu isə kluarlarda çox gözəl bilirlər.
rusa heç vaxt etibar etmək olmaz! Baxın bu dövlətin bircə dostu var ya yox? Onları yalnız maraqları düşündürür.
Özümüz çıxartmışıq başımıza
Allah aqibətimizi xeyirli eləsin. Ayıdan, çaqqaldan, kafdardan hər şeyi gözləmək olar.
Dünyada en böyük separatçı ele Rusiyanın resmi dövlet qurumlarıdır Müdafie ve Xarici işler nazirliyi başda olmaqla.Qarabağdakı “sülhmeramlılar” ise ermenileri qorumaq ve özlerinin diger araqarışdırma meqsedlerini heyata keçşrmekle meşğuldurlar.
xeyri yoxdur ki . bunlar donuz nəslindəndir onlar ücün müqavilə sənədin bir əhəmiyyəti yoxdur . yer üzündə ən mundar dövlətdir