Menu

RUS SÜLHMƏRAMLILARI QARABAĞI TƏRK EDİR? - Görüntülər yayıldı + FOTO/ VİDEOLAR

09.03.2022, 19:20
RUS SÜLHMƏRAMLILARI QARABAĞI TƏRK EDİR? - Görüntülər yayıldı + FOTO/ VİDEOLAR

Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.

“AzPolitika” “Caliber”ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək.

Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək.  Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək.

Məlumatda qeyd olunur ki, səbəb açıqlanmasa da Rusiya Silahlı Qüvvələrinin böyük karvanının Laçın dəhlizindən keçərək, Xankəndinə yola düşməsi faktdır və bu yerdəyişmələrin adi bir rotasiyadan ibarət olması inandırıcı görünmür.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

AzPolitika TikTokda:

@azpolitika

Şərhlər

SabinaK 2022-03-09 21:26:45

İnşaallah hamınız gedin gəbərin! Gedişiniz olsun dönüşünüz olmasın! Allah hamınızı yox etsin millət olaraq

t.ədalət 2022-03-09 18:35:12

Qarabağdakı rus qoşunu işğalməramlıdır.Terrorçu bir ölkənin qoşunları ərazilərimizdən getsə yaxşı olar.Deməli,Putinin əli aşağı düşüb..

Türk Turan 2022-03-09 16:49:04

Kökü çıxsın bu müharibəməramlıların. Terrorçu rusiyaya Allah lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol