Menu

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

03.11.2014, 09:48
Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) APA-nın yerli bürosuna verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol