Ukraynalı müdafiəçilər müdafiəni paytaxtın girişlərində saxlamaqda davam edirlər. Bu dəfə Rusiyanın Kiyev bölgəsindəki radar döyüş sistemi (EW) "Bayraktar”ın qurbanı olub.

Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı özünün "Facebook" səhifəsibdə məlumat verib.

"Bayraktar TB2 operatorlarımız Kiyev bölgəsində düşmənin elektron döyüş sistemini ustalıqla məhv edib”, - Zalujnı deyib.

Videoda hücum nəticəsində rus işğalçılarının radar sistemi bir neçə metr kənara saçılıb.

Qeyd edək ki, Ukrayna xalqının rus hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin on yeddinci günü başlayıb.

Döyüş əməliyyatları başlayandan düşmənin Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir batalyon-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa atəşlə təmasda olan Rusiya Federasiyası silahlı qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətin mənəvi-psixoloji durumu pisləşməkdə davam edir, ayrı-ayrı şəxslərin təslim olması halları qruplarla qeyd olunur.