Menu

RUSİYA SƏFİRLİYİNDƏN TƏXRİBATÇI ADDIM... - Azərbaycanı şantaj edir? + FOTOFAKT

14.03.2022, 20:19
RUSİYA SƏFİRLİYİNDƏN TƏXRİBATÇI ADDIM... - Azərbaycanı şantaj edir? + FOTOFAKT

"Bu həyasızlığın başqa həddidir. Rusiyanın Azərbaycana qarşı növbəti şantajı, təhdidi və hədsizliyidir.

Guya, Lənkaran rayonundan olan bir qrup soydaşımız Rusiyanın Azərbaycandakı səfirliyinə gül göndəriblər, Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də, həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayrq, onu səfirliyə təqdim ediblər. 

Buradan sadəcə separatizm qoxusu gəlir".

"Azpolitika.info" xəbər verir ki, bu barədə ictiami fəal Elnur Məcidli özünün "facebook" səhifəsində yazıb. 

"Hər kəs bilir ki, Rusiya və İranın ortaq proyekti olan Talış Muğan qondarma respublikası xülyasında olan vətən xainləri, separatçıların bir qismi Rusiya tərəfindən himayə olunmaqdadırlar.

Azərbaycan ictimaiyyətindəki anti-rus havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır.

Rus çarı və onun tör-töküntüləri bilməlidir ki, talış xalqı bizim bir parçamızdır, biz eyni bulaqdan, eyni kökdən gələn vahid bir millətik.

Bəzi xəyanətkar ünsürləri, Azərbaycan xalqı əleyhinə, milli bütövlüyümüzə qarşı istifadə etmək cəhdləri uğursuz olacaq.

Rus imperializminin regionda və dünyada “parçala, hökm sür” formatına əsaslanan qanlı işğal siyasəti, bumeranq kimi özünü vuracaq" - deyə, Məcidli qeyd edib.

Şərhlər

Vətəndaş 2022-03-15 09:44:25

Rusa Putinə inananın ağlı yoxdur. O millətdən bütün dünya üz döndərib qaçır.

Polad 2022-03-15 09:28:14

Mən Lənkəranlıyam. Bu vinoku göndərən olduğuna inanmıram. Göndəribsədə böyük qələt edib!!!
Qaldı Səma xanım Sizin yazdığınıza. yad torpağda ölən işğalçı əsgər yox quduz it statusundadır. Xocalını unudanlara ar olsun!!!

Amon 2022-03-15 01:07:21

Arasdirilmalidi

kim 2022-03-14 20:46:12

Bu lavrina lavrovun qızıdı yəqin

qaraguruh 2022-03-14 20:19:21

ой как я любил русский народ-и ее язык, но больше не уважвю путина--он ошибается думая, что Бога нет, что хочу то делаю --увидить вес мир, как великий БОГ накажеи этого демона-ждите

korrektor 2022-03-14 18:43:49

bunu edənlər putindən göstəriş alıblar! əgər informasiya doğrudursa. Bizdən qisas almaq istəyirlər şovinistlər.

Vətəndaş 2022-03-14 16:52:50

Чистая провокация

Səma 2022-03-14 13:00:27

А почему особо подчеркивается регион ленкоранцы?? Каждый имеет право чтить память кого угодно, тем более они граждане России..Каждый погибший молодой человек, тем более, находившийся на службе, заслуживает цветов и уважения..

B.Qarabağlı 2022-03-14 12:37:37

Bir dövlətin digər ölkəyə hər hansı müdaxiləsi buraxılmaz, silahlı-hərbi təcavüzü isə mühakimə olunacaq cinayətdir. Hər iki halda onlar durdurulmalı, qəti mühakimə edilməli və ya kəskinliklə bir dəfəlik cəzalandırılmalıdır!

Türk Turan 2022-03-14 11:25:38

Şərəfsizlər saman çöpündən yapışmağa başlayıblar. Allah tezliklə sonunuzu gətirsin. Allah putinə lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol