Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.
Bu barədə DTX-nin saytı məlumat yayıb.
Başlanılan cinayət işi üzrə Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib.
Aparılan araşdırmalarla Emil Məmmədovun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər
Rusun shexsiyetsizleri , olmalidi burda Onlarida inshallah mehv ederik !!
Vətən anadır.Vətəni pula satan anasını satmış kimidir.Əfsuslar olsun ki, bəzilərinin nəfsi ağlına, namusuna üstün gəlir.
Azərbaycanın vətənpərvər və cəsarətli oğlu Əli Nağıyevlə fəxr edirik! DTX-nın bütün əməkdaşlarına eşq olsun!
Əgər t. ədalətdə ifşa edici məlumatlar varsa niyə bu haqda müvafiq orqanlara xəbər vermir Axı bu məsəllə məişət problemi deyil bu birbaşa dövlət təhlükəsizliyi ilə bağlı məsəllədir
Ən təhlükəli casuslar Rusiyada hərbi məktəbi bitirən zabitlərdir.Onlar hələ də cəzasız gəzirlər.