Rusiya Ukraynadakı itkilərin yerini doldurmaq üçün daha bir separatçı bölgədən-Gürcüstanın Cənubi Osetiya regionundan öz qüvvələrini aparır. Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə Sxinvalidəki 4-cü qvardiya motoatıcı briqadasının canlı qüvvə və texnikasının bir qisminin Ukraynaya yeridilmək üçün Rusiyaya aparıldığını əks etdirən kadrlar yayılıb. Kadrlarda həmin qruplaşmanın Roksk tunelindən keçməklə Rusiya ərazisinə, Şimali Osetiyaya istiqamət aldığı görünür.
Bildirilir ki, Sxinvalidəki 4-cü briqadanın qüvvələri ilə yanaşı yerli muzdlular da Ukraynaya aparılır.
Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qismini, o cümlədən Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini və Suriyadakı hərbi kontingentin bir hissəsini Ukraynaya apardığı açıqlamışdı. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilirdi.

Ukrayna tərəfinin açıqladığı son rəqəmlərə görə Rusiya ordusunun itkiləri 14 min nəfərə yaxınlaşır, o cümlədən minlərlə hərbçi əsir alınıb. Ehtimal edilir ki, Ukraynaya yeridilən ordu qüvvələrinin artıq 40 faizdən çoxu sıradan çıxıb.
Bu arada Ukrayna hərbçiləri Nikolayev yaxınlığında Rusiyanın Ka-52 helikopterini vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
“Nikolayev yaxınlığında Rusiyanın daha bir Ka-52 helikopteri məhv edilib”, - məlumatda deyilir.
Rusiya hərbçiləri Ukrayna torpaqlarını minalayır. Bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin tviter səhifəsində yer alıb.
“Rusiya bizim təkcə infrastruktur, sənaye obyektlərimizi deyil, həm də meşələrimizi, kənd təsərrüfatı torpaqlarımızı minalayır. Həmin torpaqların istifadəyə yararlaı olması üçün illər lazım gələcək. Bu, terrordur” - paylaşımda bildirilib.
***
Bu gün səhər Rusiya Hava Kosmik Qüvvələrinin iki Su-30SM qırıcısı Ukraynanın Odessa vilayətinin qəsəbələrindən birinə raket zərbəsi endirməyə cəhd göstərib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı bildirir ki, zenit-raket bölmələri həri iki təyyarəni məhv edib. Pilotlar katapult ediblər, amma təyyarələrin ardınca Qara dənizə düşüblər.
Digər məlumata görə Ukrayna ordusunun 93-cü briqadası işğalçıların Sumı vilayətinin Rusiya ilə dövlət sərhədinin cəmi bir neçə kilometrliyində yerləşən Trostyants qəsəbəsi ərazisində mövqe tutmuş “Msta-S” 2C19 özüyeriyən artilleriya qurğularının diviziyonuna zərbələr endirib.
Pilotsuz aparatdan korrektə edilən dəqiq zərbələr nəticəsində diviziyonunun texnikası və canlı qüvvəsi məhv edilib, bu zaman mülki infrastruktura ziyan vurmamaq üçün Ukrayna artilleriyaçıları zərgər dəqiqliyi ilə işləyiblər. Çünki Rusiya artilleriyası qəsəbənin dəmir yol vağazlı ərazisində mövqe tutmuşd
Xatırladaq ki, Trostyants qəsəbəsi fevralın 24-də, Rusiyanın hərbi müdaxiləsinin ilk saatlarında işğal edilib. Qəsəbədə həmin vaxtdan qaz və elektrik yoxdur, su təchizatı da kəsilib.
“Ruslar Ukrayna Silahlı Qüvvələrini darmadağın etmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq və digər tapşırıqları yerinə yetirmək məqsədlərinə nail ola bilməyiblər”.
Bu barədə isə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin müharibənin 20-ci günü ilə bağlı operativ məlumatında vurğulanıb ki, Rusiya qoşunlarının Nikolayev istiamətində hücumunun qarşısı alınır.
“Qarşı tərəf orduya muzdlu döyüşçüləri cəlb edir. Belarus Silahlı Qüvvələrinin Şimal-Qərb Əməliyyat Komandanlığının 120-ci Əlahiddə Motoatıcı Briqadasının (MINSK) bölmələri Ukrayna ilə sərhəd rayonlara köçürülüb. Ruslar ciddi itki verirlər. Odur ki, beynəlxalq humanitar hüquq normalarını pozaraq, dinc əhali üçün təhlükə yaradırlar. Ruslar şimal istiqamətində əsas səylərini kəşfiyyat işlərinə yönəldiblər”, - qurumdan bildirilib.
Rəsmi informasiyaya görə, Rubijne, Severodonetsk, Lisıçansk yaşayış məntəqələri istiqamətlərində rusların cəhdləri uğirsuz olub: “Ən gərgin durum Mariupol ərazisindədir. Ukrayna Silahlı Qüvvələrinin səmərəli fəaliyyəti nəticəsində qarşı tərəfin 7 döyüş helikopteri məhv edilib. Rusiya Ukraynaya yeritdiyi Silahlı Qüvvələrinin 40 faizə qədərini itirib. Onlar ya məhv edilib, ya da döyüş qabiliyyətini tamamilə itirib”.
Qeyd edək ki, Rusiya ordusu indiyədək Ukraynada 4 general-mayor, 3 polkovnik, 3 polkovnik-leytenant itirib.

Məhv edilən yüksək rütbəli Rusiya hərbçiləri:
General-mayorlar
Maqomed Tuşayev
Vitali Gerasimov
Andrey Kolesnikov
Andrey Suxovetski
Polkovniklər
Andrey Zaxarov
Sergey Poroxnyu
İqor Nikolayev
Polkovnik-leytenantlar
Yuri Aqarkov
Dmitri Sofronov
Mixail Yermolin
Mərkəz bildirib ki, təqdim edilən siyahı tam deyil.
Bu gün Kiyev vilayətində Rusiyaya aid daha bir hərbi kolon məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat və video paylaşıb.ƏTRAFLI
Yayımlanan video “Rusiya işğalçılarının daha bir hərbi texnika kolonu öz gəmisinin ardınca getdi” cümləsilə müşaiyət olunur.
Qeyd edək ki, dünən Xerson yaxınlığındakı Çernobaevka aviabazasında Rusiya aviasiyasına endirilən zərbənin də görüntüləri yayılıb.
"AzPolitika.info" info xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov "Facebook" səhifəsində informasiya və fotolar paylaşıb.
"Ukrayna artilleriyası Nikolaev, Odessa və digər şəhərləri bombalayan Rusiya helikopterlərinin bazasına effektli zərbə endirdi. Ruslar Ukrayna Silahlı Qüvvələrinin bu aviabazaya çatmaq və hədəfi dəqiqliklə vuracağını proqnozlaşdırmırdılar. Hücum zamanı ehtimal olunan başqa itkiləri nəzərə almadan dəyəri 130 milyon dollardan çox olan ən azı yeddi rus helikopteri məhv edilib", - Butosov qeyd edib.


Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı da açıqlanıb.Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 13 800 çox hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 430 ədəd tankı, 1375 ədəd zirehli döyüş maşını, 190 ədəd artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 ədəd havadan müdafiə sistemi, 84 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 819 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlıq məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib. Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O, ölkədəki son durumu açıqlayıb.
“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.
İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.
Nəhayət Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o qeyd edib.
Bu arada məlum olub ki, Rusiya Ukraynadakı itkilərinin yerini doldurmaq üçün əlavə hərbi kontingent toplamaq cəhdlərini davam etdirir.
“AzPolitika.info” xəbər verir ki, bu gün xarici KİV-lərin Böyük Britaniya Müdafiə Nazirliyinə istinadla yadığı məlumatda belə deyilir.
Qeyd edilir ki, məruz qaldığı itkilər səbəbindən Rusiya Ukraynada hücum əməliyyatları həyata keçirməkdə çətinliklər çəkəcək.
Nazirlik bildirib ki, çoxsaylı itkilər Rusiyanın hətta indiyə qədər zəbt etdiyi ərazilərdə möhkəmlənməsinə belə çətinliklər yaradır: “Rusiya hətta özünün Şərq hərbi dairəsi, Sakit Okean flotu və Ermənistandakı qüvvələrini Ukraynaya gətirir. Həmçinin, nizami orduya aid olmayan özəl hərbi şirkətləri, suriyalı və digər muzdluları cəlb etmək cəhdləri var. Rusiya bu qüvvələri zəbt etdiyi əraziləri saxlamaq və dalana dirənmiş işğalı davam etdirmək üçün cəlb etməyə çalışır”.
Rusiya ordusu isə şəhərləri bombalaqmada davm edir. Bu gün Ukrayna vaxtı ilə saat 06:00 radələrində (Bakı vaxtı ilə 08:00) Kiyev şəhəri Rusiya aviasiyası tərəfindən bombardmana məruz qalıb.
İlkin məlumata görə, hücuma məruz qalan yaşayış binaları Kiyevin Şevçenko rayonu ərazisində yerləşir.
Hücum nəticəsində iki mülki sakin xəsarət alıb.
Artıq hadisə yerinə yanğınsöndürən texnika, təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib.
Bu gecə Ukraynanın Xarkov vilayəti yenidən Rusiya qırıcıları tərəfindən bombardmana məruz qalıb.
Qeyd edək ki, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Xarkov vilayəti ən çox bombardmana məruz qalan ərazilərdən biridir.
Həmin görüntüləri təqdim edirik:
Məlum olduğu kimi, Ukraynada Rusiya qoşunları tərəfindən blokadada saxlanılan Mariupol şəhərində əsl humanitar fəlakət yaşanır. Bunu sosial şəbəkələrdə yayılan kadrlar da sübur edir.
Almaniyanın ZDF telekanalı Kiyev yaxınlığında Jitomir magistralında Rusiya hərbçiləri tərəfindən dinc sakinlərin güllələnməsi videosunu yayıb. Video drondan lentə alınıb.
Avtomobildən enən şəxs əllərini yuxarı qaldırsa da, güllələnib.
Növbəti belə görüntülərdən birində Mariupol sakininin rus tankçıları tərəfindən amansızcasına öldürülməsi əks olunur. Yaşlı adam ona atəş açılmaması üçün nə qədər çalışsa da faydası olmur.
Rusiyalı tank heyəti müdafiəsiz mülki şəxsi qətlə yetirir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 103 körpə həlak olub. “Report” “Hromadske”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova söyləyib.
Onun sözlərinə görə, rəqəmləri ölkənin yuvenal xidməti aparıb.

Şərhlər