Ukraynada davam edən müharibə Azərbaycanın məşhur oliqarxı İman Quliyevi ciddi ziyana salıb.
Belə ki, İman Quliyevin Sumi vilayətindəki böyük biznes şəbəkəsinin hərbi əməliyyatlar zamanı tamamilə sıradan çıxdığı bildirilir. Həmçinin, azərbaycanlı oliqarxın Kiyev yaxınlığında inşa etdirdiyi yaşayış kompleksi zərər görüb.
Qeyd edək ki, İman Quliyevin oğlu Araz Quliyev Ukraynada daşınmaz əmlak biznesi ilə məşğul olur. Araz Quliyev həmçinin Sumi vilayətindən Ali Radaya deputat da seçilib.
İman Quliyevin Ukraynadakı sərmayəsinin həcminin isə 1 milyard dollar civarında olduğu bildirilir.
Ancaq bəzi məlumatlara görə, İman Quliyev əslində “proksi” fiqurdur. Onun adına olan biznesin əsl sahibləri Azərbaycanda yüksək vəzifə tutan məmurlardır…
Xatırladaq ki, İman Quliyev Real TV-nin rəsmi təsisçisidir.
"AzPolitika.info"

Şərhlər
Real Tv ) dedaa be
Bu adam pis adam deyil,öz zehmeti ile qazanıb, 0- dan başlayıb biznesinş,ancaq pis odur ki şxtiyarı öz elinde deyil.Her halda memur biznemendense,yeni rüşvetle,haram yolla qurulan biznesdense,bu tip adamların varlanması daha yaxşı olar. Çox heyf ki, sonradan beleleri keçir memurların “qarmağına” ....