Rusiya ordusunun Ukraynada böyük uğursuzluğa düçür olması Kremldə ciddi məyusluq yaradıb. Rusiya Prezidenti Vladimir Putin hərbi uğursuzluqlar səbəbindən ordusuna Ukraynanın mülki əhalisinə hücum əmri verib.

Bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Onların manevrləri effekt vermir. Mahiyyətcə, hücumlarını dayandırıblar”, - Ostin bildirib.

Nazirin sözlərinə görə, ukraynalılar fövqəladə qətiyyət nümayiş etdirərək, ABŞ-ın verdiyi silah və texnikadan səmərəli istifadə edirlər.