Menu

ZELENSKİ RUSİYANIN ULTİMATUMLARINA CAVAB VERDİ - "Bundan ötrü hamımızı məhv etmək lazımdır..."

21.03.2022, 22:32
ZELENSKİ RUSİYANIN ULTİMATUMLARINA CAVAB VERDİ - "Bundan ötrü hamımızı məhv etmək lazımdır..."

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik”, - Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol