“Putini səfərləri zamanı 10 nəfərlik həkim heyəti müşaiyət edir. Özü isə qeyri-ənənəvi tibb və müalicə metodları ilə maraqlanır, məsələn, maral buynuzundan hazırlanan ekstraktdan ibarət vannalar qəbul edir”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumat araşdırmaçı jurnalistlərin birləşdiyi “Proyekt” təşkilatının Putinin 70 illiyilə əlaqədar hazırladığı materialda yer alır.
Məlumatda deyilir ki, hələ 2016-2017-ci illərdə Putini səfərlərdə beş həkim müşaiyət edirdisə, sonrakı illərdə onların sayı ona çatdırılıb. Hətta qeyd olunur ki, Putin 2016-cı ildə beş günlüyə “yoxa çıxarkən”, Soçidəki “Rus” sanatoriyasında müalicə alırmış və həmin vaxt ona 12 həkim qulluq edirmiş.
Təşkilat bildirir ki, Putini səfərlərdə və məzuniyyətlərdə daim müşaiyət edənlərin arasında onkoloq Yevqeni Selivanov xüsusi seçilir. Belə ki, o, xüsusilə qalxanvari vəzin xərçəngi üzrə ən güclü mütəxəssis sayılır və hesab olunur ki, məhz Selivanov bu xəstəliyi ən tez üzə çıxara bilən həkimdir. Putinin niyə məhz bu onkoloqu özünə daha çox yaxın buraxması barədə isə materialda heç nə deyilmir...
Araşdırmadakı ən maraqlı məqamlardan biri maral buynuzundan hazırlanan ekstrakt vannası ilə bağlıdır. Qeyd olunur ki, bu qeyri-ənəvi müalicə üsulunu hələ Fövqəladə Hallar naziri olarkən Sergey Şoyqu Putinin “beyninə salıb”.

Belə ki, ilk dəfə Şoyqu onu Altaya səfər etməyə və bu vannalardan istifadə etməyə razı salıb. Guya maralların hələ bərkiməmiş, sümük halına düşməmiş buynuzlarından hazırlanan xüsusi ekstraktdan ibarət vannalar ürək-damar sisteminin bərpası, möhkəmlənməsi və dərinin cavanlaşdırılması üçün olduqca effektlidir: “Səhhətinin daha çox qeydinə qalmağa başlayan Putin Altaya səfərlərinin birində spesifik qoxusu olan bu vannaya girməyə razılıq verib. Bu, Putinin xoşuna gəldiyindən sonradan dəfələrlə Altaya səfər edib”.

Araşdırmada bildirilir ki, Putinə yaxın olan həkimlərin dəfələrlə bu vannaların hər hansı effekti barədə heç bir elmi sübutun olmadığına dair xəbərdarlıqlarına baxmayaraq, “Rusiya çarı” Altaya səfərlərini və Şoyqunun ressepti əsasında müalicəsini davam etdirib.
P.S. Hazırda 70 yaşı yaxınlaşan Putinin bu gərgin dönəmdə də cavan qalmaq, öz ömrünü uzatmaq üçün yenə də səhhətinin qeydinə qalıb-qalmadığını, müxtəlif gəncləşdirici vannalardan istifadə edib-etmədiyini dəqiq bilmirik. Ancaq Ukraynada məhz onun qərarından və əmrindən sonra körpələrdən və qadınlardan tutmuş qocalara və cavan əsgərlərə qədər on minlərlə insanın həlak olduğunu, yaralandığını, əlil oduğunu və bu qanlı müharibənin hələ də davam etdiyini dəqiq bilirik...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu iki wexs ne qeder insanlarin ve korpe usaqlarin olumunde esas gunahkarlardi
O insanlarin ah nalesi purtulyeri cehenneme qônderecek Inshallah !!!! Allah belasini versin !!!
Cəhənnəmə düşəcək bədənini çox böyük sürprizlər gözləyir. Putler uşaqların, qadınların, əliyalın insanların qatilidir. Şərəf, ləyaqət, mərhəmət, müdriklik hissini itirən qatil heç vaxt sağlam ola bilməz.
vova bir qatil və müharibə cinayətkarıdır!
Şamanların cadu-pitisi nə balaca putinin, nə "böyük" rusiyanın karına gəlmədi İkisidə ağır bəlaya düçar oldular.Üstəgəl günahsız insanların ah-naləsi və O BÜYÜK ALLAHIN cəzası.
Bu bedbext hele de başa düşmğr ki bu dünyada her kes öz emeline göre cavab verib ceza ve ya mükafat alacaq.Bir de Ezrayıl müellim gelende dsha bunun hekimleri ile meslehetleşmeyecek ki bu nece müalice olunub .Ezrayıl dz yaman yubanır bu meselede.