Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov əvvəlcə spiker Sahibə Qafarovanın xarici səfərlərindən bəhs etdi.
“Mən sizin erməni həmkarınıza verdiyiniz cavabı çox yüksək qiymətlədirirəm”, deyən deputat bildirib ki, bu mövqe Azərbaycan dövlətçiliyinin nə qədər güclü olduğunu bir daha göstərdi.
Daha sonra V.Əhmədov Bakı-Quba yolunun bərbad vəziyyətindən bəhs edib: “Bakı-Quba yolunun yenidən qurulması məsələsi ilə bağlı Baş nazirin müavini ilə görüşdüm”.
Onun sözlərinə görə, yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib:““Mən ayın 2-də Qubada idim. O yola getmək mümkün deyil. İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?
Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.

Şərhlər
İlk növbədə üzümü Fazilə tutub deyirəm, hörmətli Fazil müəllim, əvvəla inanmıram ki, Vahid müəllimin topdağıtmaz villası olsun, olsa-olsa yaşamaq üçün bir evi olar. Əgər varsa belə, bunu Vahid Əhmədova irad kimi bildirmək ən azından insafsızlıqdır. Vahid müəllim bu millətin danışan dilidir. Milli Məclisdə Sizin maraqlarınızla bağlı fikirlər səsləndirən, təkliflər verən bəlkə də elə Vahid müəllimdir. Sadəcə olaraq anlamıram, nə üçün bu millətin yoluna işıq saçan insanlarımızı gözüm çıxdıya salırıq. Məs., Ziya Bünyadov kimi nuru, işığı özümüz söndürmədikmi? Bu millətə yazığınız gəlsin, onun danışan dilini kəsməyin, yandırdığı çırağı söndürməyin, yəni tarix bizə dərs olmurmu?
Daha sonra yazıda Bakı-Quba yolunun bərbad vəziyyətindən bəhs edilir. Vahid müəllim qeyd edir ki, Bakı-Quba yolunun yenidən qurulması məsələsi ilə bağlı Baş nazirin müavini ilə görüşmüşdür. Bir Baş nazirin müavini bur yolu görmürsə və bunu Vahid müəllim ona çatdırırsa, deməli nazir müavinin gözündə problem var. Beton asfaltın istifadəsinə 30 il zəmanət verən Ziya Məmmədov harada iyib-batıb? Təzədən buna dövlət büdcəsindən maliyyəmi ayrılacaq? Bu əslinə bizim pulumuzdur. Bu gün neftin qiymətində canlanma var, səhəisi gün başqa cür olsa bizim də vəziyyətimiz başqa cür olmazmı? Sözün açığı, bizim PREZİDENTİMİZ o qədər mülayim, liberal adamdır ki, bu canilərə, qaniçənlərə rəhmlik göstərir. Belə deyim var, əgər səndən qorxmurlarsa, deməli sənə hörmət etmirlər. Dövlətin öz qaydaları var, əgər hansısa orqan qanqrena verirsə, lazım gələndə onu kəsib atmaq lazımdır. Vahid müəllim daha sonra davam edir: Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin. Hörmətli Vahid müəllim, bu Sizin vəzifəniz deyil, biz Baş naziri də, onun gülməşəkər müavinlərini də tanıyırıq (bəziləri bir neçə partiyanı dəyişib) bunlardan xalqa xidmətçi olmaz. Cənab PREZİDENTİN səlahiyyətinə müdaxilə etmək fikrindən uzağam, amma onu dəqiq bilirəm ki, cənab PREZİDENT bu məsələlərə yenidən baxsa yaxşı olar, çünki bu məmləkətdə İLHAM ƏLİYEVDƏN savayı işləyən görmürəm, bu qədər işi görmək tək bir nəfərin işi deyil, nazirləri isə yeyib yoğnuyacaqlar.
Azersvtoyolun shefine , cinayet ishi acilmalidi ! DERHAL !!!!!!!
Çox sağolun ki, belə nöqsanları işıqlandırırsız
Çox sağ olun Vahld müəlljm
Heç olmasa siz qaldırdız bu məsələni
Yoldakı çatlardan adamın ürəyi çatlayır.
Oz villasini unutdu ))