PREZİDENT TARİF ŞURASI İLƏ BAĞLI FƏRMANI LƏĞV ETDİ - Şuranın statusu ləğv olundu

Prezident İlham Əliyev “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb.

Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.

635x100

Şərhlər

Qələbə bizimlədir. 2022-11-02 13:23:55

Tarif şurası , Azərbaycan xalqının qatı düşmənidir ! Xalqı zəlil günə qoyub ! Devlət məgər bilmir ki , xalqa yüksək maaş verilməlidir. Hər şeyin qiymətini Saxta tarif şurası altında artırılır. XALQA MAAŞ , UŞAQ PULU VERİLMƏLİDİR ! DEVLƏT XALQINI SOYMAQ YOX , DEVLƏT XALQININ QAYĞISINA QALMALIDIR !

Vətəndaş 2022-04-10 18:38:30

Tarif Şurası ümumiyyətnən ləğv olunsa yaxşıdır. Onun funksiyası Nazirlər Kabinetinə və yaxud Milli Məclisə verilməlidir.

Emin 2022-04-05 21:50:21

Tarif Şurası elədiyini etdi, xalqı rəzil günə qoydu, üstündən də bir butulka mineralnı su içdi. ...... Heç kim də bilmədi ki, bu tarif şurasındakılar kim idi- adam idimi, yoxsa saxsagan idimi?!

Rizvan 2022-04-05 21:47:56

Tarif şurasının yaradılması əvvəldən yanlış olub.Tarif dəyişikliyi yalnz Milli nəclisin qərarı və prezidentin təsdiqindən sonra ola bilər.Axı bu bir başa əhalinin maddi vəziyyətinə ciddi təsir edən haldır.Bunu bit qrup məmura tapşırmaq doğru deyil.

Son yazılar