“PUTİN YALNIZ BU HALDA DANIŞIQLARA GEDƏCƏK” – “Bunun üçün tam axmaq olmaq lazımdır...”

“Bu şəhərləri işğal etmiş elit hərbi qüvvələr demək olar ki, məhv ediliblər. Ona görə də düşmənə yenidən qüvvə tapmaq lazımdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç “Rada” kanalının suallarına cavab verərkən deyib. Söhbət Kiyev vilayətindən, Kiyev ətrafındakı şəhərlərdən – Buça, İrpen, Qostemel, eləcə də Sumı və Çerniqov istiqamətindən gedir.

Arestoviç bildirib ki, Rusiyanın Ukrayna tərəfindən azad edilmiş və nəzarətə götürülmüş həmin şəhərlərə və ərazilərə qayıtması praktiki olaraq mümkünsüzdür: “Bu, praktiki olaraq qeyri-realdır. Bunun üçün tam axmaq olmaq lazımdır, hətta ruslardan da artıq. Bu dəfə onlar üçün daha da çətin olacaq, çünki biz daha hazırlıyıq. Bu, mümkünsüzdür”.

Prezident Ofisi başçısının müşaviri Putinlə Volodimir Zelenskinin mümkün görüşü perspektivinə də toxunub. 

O, bildirib ki, bunun üçün Putin öncə döyüş meydanında hansısa nailiyyət və psixoloji üstünlük qazanmaq istəyir: “Putinə Zelenski ilə birbaşa danışıqlara gəlmək üçün “psixoloji qələbə” lazımdır”.

Arestoviçin fikrincə, bu “psixoloji qələbə” Mariupolun tam işğalı, yaxud Xarkovun tutulması, ya da Donbasda Ukrayna hərbi qruplaşmasının mühasirəyə alınması ola bilər. Ancaq ekspert bütün bunların heç də asan olmayacağını və Ukraynanın özünü müdafiə etmək qabiliyyətində olduğunu bildirib.

Xatırladaq ki, bundan öncə Volodimir Zelenski Buça şəhərində törədilən qətliama rəğmən, Putinlə görüşməyə hazır olduğunu demişdi. Lakin belə bir görüşün ümumiyyətlə olmayacağını da istisna etməmişdi.

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Eli 2022-04-06 23:06:37

Putin müellim göresen qanır ki Mütereqqi Dünya “Aktyor-delxek” Prezidentin çıxışlarını ayaq üste alqışlarla qarşılayur,ancaa Putini quzlarına sanksiya tetbiq edirler.Demeli amerikan,ingilis,fransuz ,alman yehudi ve sair milletler delidir bir Putin ve Ruslar ağıllıdır.

Son yazılar