Menu

Britaniya Azərbaycana narkotik aşkarlama cihazları ianə edib

08.04.2022, 15:41
Britaniya Azərbaycana narkotik aşkarlama cihazları ianə edib

Böyük Britaniya Azərbaycana narkotik aşkarlama cihazı və konteynerlərdə axtarış alətləri ianə edib.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Britaniya və Azərbaycan beynəlxalq sərhədlərin möhkəmləndirilməsi və narkotik ticarəti problem ilə birgə mübarizə aparmaq məqsədilə əməkdaşlıq edirlər”, - diplomat vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol