“ABŞ VƏ FRANSA MİNSK QRUPUNDAN İMTİNA EDİBLƏR” – Lavrovdan sensasiyalı açıqlama

"ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina ediblər.

"AzPolitika.info" xəbər verir ki, belə sensasiyalı bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə çıxış edib.

Onun sözlərinə görə, belə “rusofob yanaşma” Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir: “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.

Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətin girovuna çevrilərək öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni kəsməyə məcbur edir.

“Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Və əgər Fransa və ABŞ qərar veribsə, Allah özü onların hakimi olacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

O vurğulayıb ki, Rusiya bu yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.

Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasının tərəfdarı olub.

"AzPolitika.info"

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-04-09 14:25:27

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “ermənistan”lı həmkarı Ararat Mirzoyanla 8 apreldə (2022) keçirdikləri birgə görüşdəki brifinqdə çıxış edərək deyib ki, “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”. Dəfələrlə qeyd etmişik ki, Rusiya 10 noyabr sazişini imzalamaqdan heç də məmun olmamışdır. Çünki, həmin tarixdən sonra bu sazişin pozulması üçün, Rusiya “sülhməramlı” adı altında Qarabağda və “ermənistan”la sərhəddə kifayyət qədər təxribatlar törədilməsinə yol açmışdır. Bununla Paralel isə Rusiya həm də Paşinyanın və separatçıların dili ilə Minski qrupunu daima diriltmətyə səy görsətmişdir. Hansı ki, Azərbaycan Prezidenti müharibədən sonra “Minski qrupunu” qəbul edəndə onlara mədəni surətdə demişdi, “nəyə gəlmisiniz”. Yəni Sizə artıq ehtiyac qalmadı, demişdi. İndi bu Lavrova sual vermək lazımdır ki, ayə ay “oyun pozan” bəs onda Putin 10 noyabr sazişinə imza atanda, niyə yadına düşmədi ki, axı bu məsəldə Minski qrupunun digər üzvüləri də var. İndi nə oldu Minski qrupu bu qədərb önəmli oldu, Rusiya üçün. Çünki qeyid edildiyi kimi, siz məmun olmadığınız 10 noyabr sazişində Azərbaycanda müddətli varlığınızla razı deyilsiniz. Amma, cənab Lavrov istəsəniz də istəməsəniz də tarix yazılıb və bu tarixə uymağa məcbursunuz... O ki qaldı deməyinizə ki, “Əgər Amerika və Faransa Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”. Yəni Lavrov bununla demək istəyir ki, Qarabağda inden belə ne baş versə, məsuliyyət Minski qrupunun o biri iki üyesinin üzərində qalacaq. Bu isə tam bir həyasızlıqdır. Cənab Lavrov Siz burninuzu Azərbaycanla “Ermənistan”nın iki tərəfli danışıqlarına soxmasanız əmin olun ki, heç nə baş verməyəcək. Lütfən dünyanı bunca qarşınıza almışkən, Azərbaycana qarşı bir kərə də olsa, Azərbaycan Sizə qarşı olduğu kimi, dürüst olun.

qaraguruh 2022-04-09 01:47:24

Rusiyanın və lavrovun yadına düşüb ki "okazıvaetsya" c.c ALLAH varimiş --bu yaxşı əlamətdir---əlbətdə c.c ALLAH səbrildir-hələ onu çoxları tanımaqa məcbur olacaq--kələkbazlar

Veteran 2022-04-08 23:10:09

Ay DIĞA tüpürüm sənə də ,vasitəçiliyinədə.

asif 2022-04-08 21:56:24

yeniki biz etmemisik ve qoymayacayiq munaqisenin hellini.onu demek isteyirki yeni fikirlesmeyin iki xalq hell edecek problemlerini.biz bir .....rusiya kimi xalqlarin vela cekmeyi ucun hemise calisacayiq.onu catdirmaq isteyir.prosta ozunu gicliye qoyub tulku versiyada fikrini catdirir

Vetendas 2022-04-08 21:43:02

Rusiya yer kurresinin betninde qara yaradir!!.....

Eldəniz 2022-04-08 17:19:13

Minsk qrupu heç bize lazım da deyil , gorbahor oldu Minsk qrupu, yoxdur Minsk qrupu...Ancaq goresen erməniyə lazım ola bilər o da xalaxetrin qalmasın öz daxili auditoriyasını susdurmaq üçün ...

Son yazılar