ELMAN RÜSTƏMOV VƏZİFƏSİNDƏN ÇIXARILIR - Mərkəzi Banka yeni sədr gətirilir + DOSYE (Yenilənib)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

"Report" xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq.

Milli Məclisin sabahkı plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında məsələyə baxılacaq.

"AzPolitika.info" məlumat verir ki,Taleh Kazımov "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, Baş icraçı direktorudur.

Taleh Kazımov 1983-cü il tarixində Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 

2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.

Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O,təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

09.2006-cı ildən 01.2007-ci ilədək Taleh Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək isə "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 07.2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 08.2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

07.12.2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədi.

Ailəlidir, iki övladı var.

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2022-04-12 20:48:16

Şəkidə də Əhmədzadənin kadrları tüğyan edir ???

X 2022-04-11 22:01:44

Yaziq hec uemedi

vətəndaş 2022-04-11 20:46:46

keçəl həsən,həsən keçəl. Milyardlarımızın talanı davam edəcək

Futbolcu 2022-04-11 19:23:13

AFFA da yenilik mutleq lazimdi. xususi olaraq rovneq abdullayevle elxan memmedovu ne zaman futboldan uzaqlasdiracaq cenab prezident onu sebrsizlikle gozluyuruk.dunyada futbolda artiq siyasetin bir parcasidi ne qeder inkar eleselerde bu beledi

Azərbaycanlı 2022-04-11 18:29:02

Əhməd Əhmədzadə də pensiyaya yox,cəhənnəmə getsin,Qaxlıların bir nömrəli düşməni,

QAXLİ t.ədalətə 2022-04-11 18:26:01

Bunun dalınca qudası Əhməd Əhmədzadə getməlidir.Onlar elə belə quda olmayıblar.Azərbaycan xalqının trilyonlarını oğurlayıb bütün Avropaya səpəliyiblər. O pulları güri qaytarmalıdırlar.Əhməd Əhmədzadə elə pensiyadadir da.Qaxlıları zəlil gününə qoyub bu iki duda. Qaxda hər şey bu sülaləyə ,bu qudalara aiddir.

t.ədalət 2022-04-11 17:04:17

Rusiyanın çöküşü onun dəstəklədiyi kadrları da çökdürür.Güman ki Elman müəllimin ardınca Əhməd Əhmədzadə də pensiyaya göndəriləcək.

Son yazılar