Azərbaycanın müasir diplomatik xidmət sistemində ilk dəfə belə bir hadisə baş verir: bir ölkədəki səfir başqa ölkələrdə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir həmkarlarını sərt tənqid edir, üstəlik, qeyri-etik ifadələrlə onları aşağılayır.
Söhbət Moldovadakı səfir Qüdsi Osmanovun təəccüb doğuran və birmənalı qarşılanmayan çıxışından gedir. Bir neçə gün əvvəl İstanbul hava limanında (!) Ukraynadan təxliyyə olunmuş həmvətənlərimizlə görüşən səfir Azərbaycanın Türkiyədəki Səfirliyində çalışanları nəzərdə tutaraq "onların hamısı öz cəzasını alacaq, dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burada problem olmazdı. Xeyli adam Bakıya çatardı...", deyib.
Doğrusu, səbəbin nə olmasından asılı olmayaraq, nə diplomatik xidmətə, nə həmkarlığa, nə də adi etik normalara uyğun olmayan və qətiyyən bir səfirə yaraşmayan bu davranış gözlənilməz olduğu qədər də təəssüf doğurur. Artıq Osmanovun öz həmkarları haqqında diplomat etikasına zidd olan təhqiramiz çıxışının videosu internetdə geniş yayılıb və diplomatik xidmət dövrü müxtəlif qalmaqallarla zəngin olan səfirin bu dəfə "sudan quru çıxması" çətin görünür.
Doğrudur, müharibənin ilk günlərində Ukraynadakı soydaşlarımızın təxliyyəsində problemlər yaşandı, xüsusən Azərbaycanın bu ölkədəki səfirliyi öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirə bilmədi. Amma dövlət işə qarşıdı və qısa müddətdə Moldova, Polşa və Rumıniya vasitəsi ilə minlərlə azərbaycanlı öz vətənlərinə çatdırıldı. Qüdsi Osmanov da sözügedən prosesdə olduqca böyük fəallıq nümayiş etdirdi, soydaşlarımızın Moldovada qarşılanması, yerləşdirilməsi və yola salınmasında yaxından iştirak etdi.

Lakin diqqətdən o da qaçmadı ki, cənab səfir gününün bir hissəsini üzərinə düşən xidməti borcunu videolentə alıb sosial şəbəkələrdə yerləşdirməyə və Azərbaycan mediasına ötürməyə sərf etdi. Şou elementləri ilə zəngin olan bu roliklərdə Q.Osmanovun fəaliyyəti bəzən müharibə dəhşətlərilə üzləşmiş vətəndaşlarımızın problemlərindən daha qabarıq şəkildə göstərildi ki, bu da təəssüf doğurur.
Əslində, Azərbaycanın Türkiyədəki Səfirliyi təxliyyə prosesinin aktiv iştirakçısıdır və bu işin öhdəsindən pis-yaxşı gəlir. Bu fəaliyyət Osmanovsayağı şouya çevrilməsə də Ukraynadan çıxarılan vətəndaşlarımızın əksəriyyəti tərəfindən təqdir olunub. Əlbəttə, istisnalar həmişə var və səfirliyin işindən narazı qalanların olması da təbiidir. Çünki təxliyyə prosesi fövqəladə fəaliyyət rejimində icra olunur, qüsurlar, problemlər mümkündür. Ancaq burada daha çox maraq doğuran məqam Q.Osmanovun Moldovada işinin başından aşdığı bir vaxtda vaxt tapıb Azərbaycana gəlməsi, buradan Türkiyəyə getməsi və orada səfirliyi tənqid atəşinə tutmasıdır...
Moldovadakı səfirimizin böyük ölkələrdə dövləti təmsil edən diplomatları aşağılaması, təhqir etməsi həm də müvafiq qanunvericiliyin kobud şəkildə pozulmasıdır və yolverilməz haldır. Belə ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunda yazılıb:
Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir;
Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir;
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət etməlidir.
Qüdsi Osmanov bu normaların hamısını pozub. Əlbəttə ki, buna qiymət vermək ilk növbədə Xarici İşlər Nazirliyinin işidir. Ancaq bununla yanaşı, hər bir diplomat, səfir ilk növbədə öz ölkəsinin başını uca tutmalıdır, özünü reklam və karyera xatirinə ölkəmizin bayrağı altında fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizi, səfirlərimizi təhqir etməli deyil!
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər
Qudsi Mullim Kimi Sefir Tapmiyacagsuz Qedrin Bilin..☝️
Gobuda olsa chox duzgun iradir, menim bacim istanbul konsuluguna pasportunu deyishmek uchun uzun yol gelib saatlarla gozlemeli olur. Orada mexluqa oxshamayan biri ele cavablar verir ki, bilmek olmur onun vezivesi nedir ve ishinin Azerbaycan vetandashlarina xidmet oldugunu bilmir, chun ki ishleri rushvet alib ish duzeltmekdir. Bu surundurmecilerden konsulluqlari temizlemek lazimdir. Hemin vezivelere vetenperver, milli kadirlar secmek lazimdir
Bax bu 100% bizik, Yaxşı, ya pis, yaxudda lap pis bir vəziyyətdə, özünə aid olmayan bir ərazidə insanları inandırmağa çalışır ki, hər şey yaxşı olacaq, dövlət onların taleyinə biganə deyil. Burada diplomatiya lazımdı?
Günah Türkiyədəki diplomatik nümayəndələrimizdədir. Osmanov haqlıdır. Niyə Türkiyədəki səfirimiz bu problemlə məşğl olmayıb. Onu ora nəyə təyin ediblər yeyib yatmağa yoxsa, vətəndaşlarımızın problemlərini həll etməyə? Belə səfirlərin Azərbaycanı xaricdə təmsil etməyə haqqı yoxdur
Qüdsi Osmanov düz deyir. Hələ az deyir. Elmira Ukrainada səfirliyi qoyub qaçdı. Ona yalandan ay-ay-ay dedilər, o da mediada. Nazirlik bir ölçü qötürmədi. O biri ölkələrdə də eyni vəziyyətdi. Bu bir pis ənənədir. Sovetdən qalma.
Az yalan danış, birincisi Polşadakı Sefirlikde Çingiz adlı diplomat yoxdur. İkincisi, Almaniyadakı konsul axmaq deyil ele söz desin. Üçüncüsü de sen hardan bilirsen bütün sefirliklerin işini. Az yalan danış.
Netice odur ki bu adam vetendaslarimizin texliyyesine komek edir demeli bu adama alqis dusur ister cekilisle elesin ister elemesin.qudsi osmanovda xalqin verdiyi vergiden emekhaqqi alsin ukraynadaki xanim sefirde hansi duzgundu hormetli rasim muellim.adam yaxsi pis isinin ohdesinnen gelir.o zaman sehid aileleriyle goruse cekilisile geden deputatlarimizdanda yazin
bəs Türkiyədəki səfirlik niyə yatır?
... Yəqin vurub ağzına gələni deyir.
sozu duz deyirse olar! rus oyuncagi olan mehdiyevin sevimlisi ukranyadaki sefirmiz caamati orda qoyub qacirsa .... oz ishini gorenin niye pisleyerek piar edirsiz?
polşadakı səfirliyə zəng edilmişdi, orda Çingiz adında bir məxluq deyir başınıza çarə qılın burda hələ 520 nəfər növbədə gözləyən var, amma ora təxliyyə üçün gedən əməkdaş deyirdi ki biz adam axtarırdıq ki Bakıya təxliyyə edək. Sadəcə konsulluqlar milləti yola verirdi, almaniyadakı konsul deyir nə var Azərbaycana gedirsen camaat Azərbaycandan qaçır almaniyaya
Nəyi səhv deyib ki? İstanbul aeroportundan başqa ölkəyə tranzit uçan rəhbər vəzifəli şəxs olsa idi ən azı 5 nəfər İstanbuldakı konsulluğun əməkdaşı aeroportda min oyundan çıxardı. Sadə vətəndaşların isə problemi isə səfirlik və konsulluq əməkdaşlarının heç vecinə də deyil.