ERMƏNİ DEPUTATLAR QARABAĞA BURAXILMADI – Avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb + FOTO (Yeniləndi)

Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

“Hayastan” fraksiyasının üzvü Artur Kazinyanın sözlərinə görə, deputatların avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O bildirib ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların operativ qərargahına deputatların Azərbaycan ərazilərinə buraxılmaması ilə bağlı təlimat verib.

***

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu gün parlamentin iclasında “artsax bayrağını” taxıb iclasları dörd günlüyə boykot etdiyini, fraksiyanın üzvləri ilə Xankəndiyə və sərhəd rayonlarına səfər edəcəklərini elan edib. Hakim partiyanın deputatı Aleksanyan isə "bayrağı" çıxararaq buna ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, bu, son həftələrdə separatçı rejimin və Ermənistandakı siyasi qüvvələrin təxribatlar silsiləsinin davamıdır.

Azərbaycan bu təxribata necə cavab verməlidir?

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, bu “təxribat briqadası”nı çox güman ki, Laçın dəhlizində Rusiya hərbçiləri qarşılayıb müşayiət edəcək, təhlükəsizliklərinə zəmanət verəcəklər: "Azərbaycanın Suqovuşandan Kəlbəcərə gedən maşın karvanı guya yerli əhalinin etirazı ilə geri qaytarılır, iki gün əvvəl də bir mülki erməni yenə karvanın qarşısını kəsib havaya güllə atır, rusiyalı hərbçi isə bu səhnəni təbəssümlə müşahidə edir. İndi, Seyran Ohanyanın dəstəsinin Azərbaycana gəlişinə etiraz əlaməti olaraq onların başının üstündən atəş açsaq, “sülhməramlı” hadisəni həmin təbəssümlə müşahidə edəcəkmi? Etməyəcək. Amma, bu bizim xəbərdarlıq etməyimizə mane olmamalıdır"

Ekspert qeyd edir ki, Azərbaycana gəlməyə hazırlaşan Ohanyan dəstəsinin səfərinin, yüngül ifadə etsək, arzuolunmazlığı barədə Rusiya hərbi kontingentinin komandanlığına bildirməliyik. "Əks halda, onların təhlükəsizliyinə zəmanət verilmədiyi vurğulanmalı və eyni zamanda bu xəbərdarlığın qarşı tərəfə çatdırılmasının zəruriliyi qeyd olunmalıdır. Sülh danışıqları və aprelin sonunadək ikitərəfli komissiyanın yaradılması ərəfəsində bu səfərin əldə olunan razılığın pozulmasına yönəldiyi xəbərdarlıqda xüsusi qeyd olunmalıdır", -İ.İsmayıl vurğulayıb.

Ekspert deyir ki, “Ohanyan səddi”ni dağıdan Azərbaycan Ordusu üçün Ohanyanın səfərinin qarşısını almaq çətin deyil: "Ohanyan və komandasının səfəri proseslərə köklü olaraq təsir edəsi deyil, amma qarşı tərəf Fərruxdan başlamış qətiyyəti, Azərbaycanın bir qarış torpağından belə keçməyəcəyini bir daha dərk edəcək, “Rusiyaya birləşmək” kimi boş xəyallara qapılmayacaq. “Möhlət” dövrü, elə möhlətin zaman məsafəsi qədər olmalıdır, əks halda təxribatlar davamlı olacaq”.

"AzPolitika.info"

635x100

Şərhlər

Xəzərə, Eldənizə 2022-04-13 12:41:46

Siyasi hüquqda SİZİN kimi çoxlarının işlətdiyi şou-söyüş terminləri yoxdur! Saqatelyan, Kaziyan, Ohanyan, Köçəryan, Sərkisyan kimilərin Azərbaycanı saymazlığı elə bizim bu boş sözlərin nəticəsidir! Hüquq_Mühafizə orqanlarımız soyqırım işğalı cinayətkarlarının hamısına iddia tərtib edib, çoxdan İnterpola, Beynəlxalq məhkəmələrə təqdim etməliydilər?

Moshu 2022-04-13 08:26:19

Azırbaycanın Ermənistana təklif etdiyi 5 təklifdən biri “Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması” təklifidir. Sülhpozanların vəzifəsi Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. Onların vəzifəsi üçtərəfli bətanatda açıqlanmışdır. Azərbaycan bizim evimizdir, bu sülhpozanlar da bizim qonağımızdır. Qonaq da özünü qonaq kimi aparılmalıdır, onlara yerlətini göstərmək zamanıdır. Qaldır Ohanyan məsələsinə. Bu yana izah etmək lazımdır ki, o, yalnız qonaq kimi gələ bilər, onu da qonaq kimi qəbul etmək niyyətimiz yoxdur. Elə təsəvvür edin ki, biz kefimiz istəyəndə ABŞ-a, Fransaya, Almaniyaya gedirik, onlar da marıtdayıb sufatımıza baxır. Kifayətdir, dosta da, düçmənə də yerini göstərməliyik, necə deyərlər qonaq ev sahibinin quzusudur, hara bağlasa, orada durmalıdır

Moshu 2022-04-13 07:52:38

Azırbaycanın Ermənistana təklif etdiyi 5 təklifdən biri “Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması” təklifidir. Sülhpozanların vəzifəsi Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. Onların vəzifəsi üçtərəfli bətanatda açıqlanmışdır. Azərbaycan bizim evimizdir, bu sülhpozanlar da bizim qonağımızdır. Qonaq da özünü qonaq kimi aparılmalıdır, onlara yerlətini göstərmək zamanıdır. Qaldır Ohanyan məsələsinə. Bu yana izah etmək lazımdır ki, o, yalnız qonaq kimi gələ bilər, onu da qonaq kimi qəbul etmək niyyətimiz yoxdur. Elə təsəvvür edin ki, biz kefimiz istəyəndə ABŞ-a, Fransaya, Almaniyaya gedirik, onlar da marıtdayıb sufatımıza baxır. Kifayətdir, dosta da, düçmənə də yerini göstərməliyik, necə deyərlər qonaq ev sahibinin quzusudue, hara bağlasa, orada durmalıdır

Xəzər 2022-04-12 20:28:46

Ohanyan səddini 1 günə dağıdan XTQ , ohanyanın dalını 1 saata dağıdar… Onda ağlları yerinə gələr…

Eldəniz 2022-04-12 17:46:31

Ohanyan Xocalı qatildir..366 ci polkun zabiti olub bu şərəfsiz ..Daşalti kəndində anadan olib , xalqımızın qanını axıdıb bu Serjik , Robikle bir yerde..

Son yazılar