PUTİNİN UKRAYNADAKI BİR NÖMRƏLİ AGENTİ HƏBS OLUNDU - Zelenski açıqladı + FOTO

Ukraynanın “Müxalifətçi Platforma - Həyat uğrunda” partiyası Siyasi Şurasının sədri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib.

Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb.

V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirib.

"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!”(Yaşasın Ukrayna. Qəhramanlara eşq olsun!) V.Zelenski yazıb.

Qeyd edək ki, Viktor Medvedçuka qarşı vətənə xəyanət ittihamı irəli sürülüb və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı tədbiri seçilmişdi. Lakin müharibədən sonra başlayan xaosdan istifadə edən Medvedçuk qaça bilmişdi. Ehtimal olunurdu ki, onu Rusiya kəşfiyyatı qaçırıb və Kiyevdə dövlət çevrilişi baş tutarsa, Rusiya oyuncaq hökumətin başına məhz Medvedçuku gətirəcək. 


635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-04-14 13:50:19

MƏNDƏ NƏ ZAMANSA RUSİYADA TƏHSİL ALMAQ İSTƏMİSƏM AMMA 18 YASİM OLSADA İNSTİTUTDA MUƏLLİMLƏRİN OLKƏM,MİLLƏTİM ADİNA YERİTDİKLƏRİ YALANA GORƏ,ƏSASDA BİZƏ ASİLAMAQ İSTƏDİKLƏRİ ATEİZMƏ GORƏ ORANİ TƏRK EDİB RUSLARİN HANSİ YUVANİN QUSU OLDUQLARİNİ ANLAMİSAM!

Moshu 2022-04-13 08:27:06

Xahiş edirəm sözümü qəribçiliyə salmayın. Təsəvvür edirsinizmi Azərbaycanda nə qədər Medvedçuklar var. Onları da başlarlna döndüyüm qara maskalı oğlanlar zərərləşdirməlidirlər. Xeyli vaxtdır ki, fəaliyyıtləri gözə çarpmır. Bəzi icra başçıları onlardan ötrü darıxıblar

Moshu 2022-04-13 07:08:50

Xahiş edirəm sözümü qəribçiliyə salmayın. Təsəvvür edirsinizmi Azərbaycanda nə qədər Medvedçuklar var. Onları da başlarlna döndüyüm qara maskalı oğlanlar zərərləşdirməlidirlər. Xeyli vaxtdır ki, fəaliyyıtləri gözə çarpmır. Bəzi icra başçıları onlardan ötrü darıxıblar

Son yazılar