Ötən gün Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılan Elman Rüstəmovun xalası oğlu Talıb Quliyev saxlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, T.Quliyev qanunsuz əməllərinə görə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub.
Qeyd edək ki, Talıb Quliyev Elman Rüstəmova məxsus olan "Planet" şadlıq sarayına da rəhbərlik edirdi. Onun Mərkəzi Bankın sabiq sədrinin başqa biznes sahələrinə də rəhbərlik etdiyi, hətta şərik olduqlarına dair iddialar var.
"AzPolitika.info" xatırladır ki, Talıb Quliyevin adı bir çox qalmaqallarda, qanunsuzluqlarda hallanıb. Belə ki, ötən il Talıb Quliyev tərəfindən idarə edilən “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən Nizami rayonu ərazisində yaşıllıqların məhv edilməsi məlum olmuşdu. Hətta məsələni araşdırmaq üçün əraziyə gedən Ekologiya Nazirliyinin əməkdaşlarına Talıb Quliyevin hədə-qorxu gəldiyi də iddia olunurdu. Bununla bağlı i Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılsa da, Talıb Quliyev məsuliyyətdən yayına bilmiş, günahı iş icraçısı və fəhlələrin üzərinə atmışdı.
Talıb Quliyevin həm də xeyli müddətdir Azərbaycanda ən bahalı tenderləri uduğu bildirilir. Təbii ki, E.Rüstəmovun sayəsində... Xüsusən "Azərsu" ASC-nin keçirdiyi tenderlərin bir çoxu ona "hədiyyə" edilib. Belə ki, Biləsuvarda, Lənkəranda, Ağcabədidə kanalizasiya xətlərinin çəkilməsinin Talıb Quliyevin şirkətinə həvalə edildiyi, onun isə bu işlərdə böyük pullar mənimsədiyi iddia olunurr. Məlumata görə bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Ona görə də həmin rayonlarda kanalizasiya xətləri normal işləmir...
Tenderlərdən qazandığı milyonlar hesabına Talıb Quliyevin Sabunçunun icra başçısı Adil Vəliyevlə sövdələşərək Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara aldığı, özünə böyük villa tikdirdiyi, bahalı avtomobil kolleksiyasına sahib olduğu, Almaniyada əmlak aldığı iddia edilir.
Elman Rüstəmov vəzifədən çıxarılan kimi Talıb Quliyevin həbsə alınması onunla bağlı bu və digər iddiaların əsaslı olduğunu düşünməyə əsas verir.
"AzPolitika.info"

Şərhlər
Çox qəribə tendensiya yaranıb. Kim hansı vəzifəyə təyin edilirsə, həmin yeri özünün “votçinası” hesab edir və həmin ərazidə özünün qayda-qanunu müəyyənləşdirir. Kimisə vəzifədən kənarlaşdıran kimi onun cinayət əməllərini araşdırmaq əvəzinə daha yekə vəzifə təklif olunur. Söhbət təkcə Elman Rüstəmovdan getmir. Anormal bir təcrübədən söz gedir. Ziya Məmmədov vəzifədən kənarlaşdırıldı, maliyyə məbləği xatirimdə deyil, 30 ilə nəzərdə tutulan beton asfalt bu gün hansı vəziyyətdədir. Uzun müddət Qaçqınkomu silib-süpürən Əli Şamiloviç gördüyü əməllərin cavabını verdimi? Hansından yazasan, hansını deyəsən? Belə getsə, korrupsiyaya qarşı hər hansı mübarizədən söhbət gedə bilməz. Necə deyərlər, oğrunun başını tumarlayırıq, məclisimizin başında otuzdururuq, ağzımızın şirin tikəsini ağzına soxuruq. Unikal millətik, bizdən olmaz
Yene naqillar dûnyasi !!! Adam ishde olanda adami saxlayan olardimi ? hiyyyyy ?...
Kim hara təyin olunursa vəzifə səlahiyyət həddini aşaraq dövlət büdcəsini talan edirlər. Şəki Su İdarəsinin müdiri Bayram Məmmədov bütün qohum-qardaşını Su idarəsinə işə qəbul edib. Şəki Musiqi Kollegini bitirən qızını Şəki Su İdarəsinə İqtisadçı vəzifəsinə işə götürüb, peşəkar İqtisadçı isə işsiz gəzir, aidiyyatı qurumlar isə bu qanunsuzluğa göz yumur ? Byaram Məmmədovun milyonların sahibidir !
Gülmeli xeberler verir “Azpolitika”.Xaladı oğlu ile şerik olan Rustemov Baş nazire müşavir teyin olunur, diger lerik ise tutulur.Bir de bu adam meger xalası oğluna cavabdehdir .Qeribe mentiqdir.
Bizə atdığı milyardlarım talehi necə olacaq. Alınacaq xalqa veriləcək yoxsa ofşorlarda hesabdan hesaba keçəcək. Çox yazıq millıtik. Çapıb talayırlar of da demirik
gecikmiş ədalət xalqa zülm etməkdir
Allah bunlara lənət eləsin, haqqımız haram olsun belə .....
Heç də təəccüblü deyil.
Bu ölkədə elə bir məmur yoxdur ki, mülkləri olmasın:))
Yene naqillar dûnyasi !!! Adam ishde olanda adami saxlayan olardimi ? hiyyyyy ?Besdirindeee camaati lox yerne qoydunuz !!!
Kim harda bacarırsa, oranı sökür, elə bil bu Xalqa, Millətə düşmən kəsiliblər. Hər şey bəhsə-bəhsdir. Villalar, avtomobillər,yaxtalar və s və i...özüdə 1-2 dənə yox, necə deyərlər paçkaynan...Birinin də övladı hərbidə xidmət etməyib, ediblərsədə, dalda-qırağda, küncdə-bucaqda və s. və i...Burnunuzdan gəlsin Vətənin, Yurdun çörəyi-suyu...vicdansızlar...