"MOSKVA" KREYSERİNİN BATMA ANI - "Flaqman" dənizə belə qərq oldu + VİDEO (Yeniləndi)

Ukrayna Ordusunun raket zərbələrindən sonra ciddi zədə alan "Moskva" kreyserinin batma anının videogörüntüləri yayılıb. 

"AzPolitika.info" havadan çəkilmiş həmin görüntüləri təqdim edir:

***

Ukrayna Ordusunun raket zərbələrilə sıradan çıxardığı "Moskva" kreyseri Qara dənizdə batıb. 

"AzPolitika.info" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiq edib.

"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

***

Yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, - Nazirlikdən bildirilib.

“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.

Qeyd edək ki, Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

“Biz təsdiq edirik ki, “Moskva” kreyserini sərhədçilərimiz raketlə vurub. İki raket hədəfə dəyib, kreyserdə yanğın baş verib”, - deyə Marçenko qeyd edib. 

***

Ukrayna Ordusunun 2 raket zərbəsilə Rusiyanın “Moskva” raket kreyserinə ciddi zərbə vurduğu haqda dünən axşam saatlarından yayılan məlumatlar təsdiq olunub. 

"AzPolitika"nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, kreyserdə "yanğın olub", yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır. Son məlumata görə, kreyser güclü yanğından sonra batıb.

Ukraynanın rəsmi şəxsləri, mətbuatı bildirirdi ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.

Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.

Ukrayna Ordusunun bu əməliyyatı misilsiz uğur kimi qiymətləndirilir. 

"Çox böyük hadisədir. Rusiya üçün böyük hərbi itki, daha önəmlisi isə ciddi prestij itkisidir. Çünki "Moskva" Rusiyanın Qara dəniz donanmasının flaqmanı - rus donanmasının qüruru idi. Adının simvolik önəmi də ki, məlum məsələdir...Üç günə Kiyevi tutub, orada parad keçirmək, Ukrayna milli dövlətçiliyini ortadan qaldırmaq niyyəti və lovğalığı ilə savaşa başlayan Rusiyanın düşdüyü duruma baxın...", - siyasi təhlilçi Şahin Cəfərli hadisəni şərh edərkən bildirib. 

"AzPolitika"


635x100

Şərhlər

Azər 2022-04-16 08:26:12

“Moskva” batdı - bu Tanrının bir mesajıdır…

Moshu 2022-04-16 05:56:04

Valeh olmuşam bu xalqın (ukraynalıların) döyüşgənliyinə, əzmkarlığına. Əsl ləyaqət nümayiş etdirdilər. Bunların damarlarında Türk qanı axıdır. Papaq altında yatan oğlanlar yatıbmış. Rusiyanın bir nəhəng, super dövlət kimi imicinə böyük zərbə vurdu.Gündə öz yeni silahları ilə dünyaya meydan oxuyan, iki günə Ukraynanı məğlub edəcəyinə ümid edən Rusiyanın bütün ümidlərini puça çıxardı. Qərb Ukraynalıların əli ilə Rusiyanı rüsvay elədi. Bizlərdən fərqli olaraq inanmıram ki, nə vaxtsa bu iki millət barışığa gələ. Axırda Rusiya dünyada təklənərək təcrid olunmuş şəraitdə qalacaq.Belə ola həmişə (Azərbaycan xalq mahnısından)

t.ədalət 2022-04-16 00:18:54

İşəllah,Rusiya özü də bu kreyser kimi batar!

TT 2022-04-15 09:40:47

El helal !!!!!

Vuqar Memmed.oglu 2022-04-14 13:36:09

Bu kreyserin batirilmasi elə putin Rusiyasının batması anlamı verir!! Hələ sabah müharibə rus ərazisinə keçsə heç təəccüblənməyin!

Son yazılar