PENSİYALARLA BAĞLI YENİLİK - Özünüz seçəcəksiniz

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

Bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.

Azərbaycanda pensiya yaşı ilə bağlı unifikasiya aparılacaq, yəni kişilərin və qadınların güzəştli şərtlərlə bəzi hallarda pensiya yaşı da bərabərləşdirilir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təklif olunur: "Dəyişikliyə əsasən pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır".

635x100

Şərhlər

Moshu 2022-04-17 20:35:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqaüdə çıxan dövlət qulluqçularının pensiyalarını 2022-ci il 14 aprel tarixdə Beynəlxalq Bankın hesabına köçürüb. Bu gün ayın 17-sidir, bəlkə bazarlıq etməyə pulu yoxdur. İndi də Cahangir Hacıyev yoxdur ki, deyəsən o, günahkardır. Haraya baxır Beynəlxalq Bankın rəhbərliyi. Əhalini ölkə rəhbərliyindən narazı salmaq onların vəzifə borcudurmu? Bildiyim qədər 192.000.000 manat vəsait köçürülüb. Belə çıxır ki, bu 5 gündə Beynəlxalq Bank həmin məbləğdən ağıla gəlməz faiz götürür. Ayıb olsun.

Son yazılar