"Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı bütöv sənədlər paketi imzalanacaq".
"AzPolitika.info" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu gün prezident üçün günün əsas hadisəsi Ermənistanın Baş naziri Paşinyanın rəsmi səfəridir", - Peskov bildirib.
O əlavə edib ki, Paşinyanla Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar planlaşdırır.
"Orada bütöv sənədlər paketi də imzalanacaq", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan da daxil olmaqla bir neçə rəsmi şəxs daxil olub. Onların gündəliyinə Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər daxildir.
Xatırladaq ki, səfərdən əvvəl bildirilmişdi ki, Paşinyan Putinlə Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını müzakirə edəcək.
"AzPolitika.info"


Şərhlər
Bu .... SSRİ- nin berpasına çalışır.Deyesen keçmiş müttefiq respublikaları ve Şerqi Avropa ölkelerini çetin sınaqlar gözleyir.Bu ölməyince heç kime rahatçıluq yoxdur.Bu heç özünğ dövletini idare ede bilmir göresen üreyinde tutduğu dövleti nece idare edecek.Bedbext sen ölkende arağı yığışdır milleti nırmal veziyyete sal başqslarının sene eytiyacı yoxdur.