MASKA TƏLƏBİ BU TARİXDƏN LƏĞV OLUNUR - Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı qərarlarını açıqladı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərarına əsasən:

  • Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılmışdır;
  • 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Beləlilklə, Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

635x100

Şərhlər

Səbuhi 2022-04-22 18:44:56

Quru yollar nə zaman açılacaq?. Hər kəs 800-1000 manat verib uçak bileti ala bilmir.

Son yazılar