PUTİNİN BU GÖRÜNTÜLƏRİ MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU... - “Xəstəliyini gizlətməyə çalışır” + FOTOLAR/VİDEO

Dünən Rusiya Prezidenti Vladimir Putin və ölkənin müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib. Görüş zamanı Şoyqu Mariupoldakı son vəziyyətlə bağlı Putinə məlumat verib.

Ancaq dünya mediasında Şoyqunun bu məruzəsindən daha çox, Putinin hərəkətləri və zahiri görkəmi müzakirə edilib. Görüşdə əsas diqqət çəkən məqamlardan biri hər zaman görməyə alışdığımız uzun məsafəli masalardan fərqli olaraq, Putinin bu dəfə dövlət nümayəndəsini yaxınına buraxması, qarşı-qarşıya əyləşməsi oldu.

Digər maraqlı məqam isə Şoyqunun müharibənin davam etdiyi bir vaxtda hərbi geyimdə olmaması idi.

Həmçinin görüş zamanı Putinin hərəkətsiz formada stulda əyləşməsi, bir an belə masadan ayrılmaması, masanın küncündən sağ əli ilə tutması, üzünün və boynunun şişməsi də maraq doğuran digər səbəblərdəndir.

“AzPolitika.info” bu mövzuyla bağlı beynəlxalq KİV-lərdə paylaşılan məlumatların bir qismini oxuculara təqdim edir:

Britaniya mediası yazır ki, Putinin “Rusiya tərəfindən mühasirədə olan Ukraynanın Mariupol şəhəri azad edilib” deyən Şoyqunu dinləyərkən baş barmağını tərpətməsi, onun parkinson xəstəliyinə xas olan titrəməni gizlətməyə çalışmasıyla əlaqədardır.

NATO-nun keçmiş müşaviri professor Qvitian Prins isə iddia edir ki, Putində “sinir sisteminin pozğunluğu” xəstəliyinin əlamətləri mövcuddur: “Kadrlarda Putin ayaqlarını yuxarı-aşağı hərəkət etdirir, narahat və əsəbi görünür, müdafiə nazirini dinləyərkən bir neçə dəfə boğazını təmizləyir. Putin həm də daha dik formada oturan Şoyqudan fərqli olaraq, stulda əyri formada əyləşib”.

İsveçli iqtisadçı Anders Aslund hesab edir ki, videodakı görüntülərə əsasən həm Putin, həm də Şoyqu depressiyaya düşüb və zahirən qeyri-sağlam görünürlər.

Texas Texnologiyalar Universitetinin bədən dili üzrə mütəxəssisi, professor Erik Busi Britaniyanın “The Sun” nəşrinə müsahibəsində bildirib ki, bir neçə il əvvəl ki, Putinlə indiki Putini müqayisə etsək, fərqli nəticələri görə bilərik: “Dünən gördüyümüz Putin sağlam Putinin portreti deyildi. Bu hər ötən gün daha da zəifləyən Putinin portretinə bənzəyirdi”.

Qeyd edək ki, bir müddətdir beynəlxalq mətbuatda həm Putin həm də Şoyqunun səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilir. Onların ağır xəstəliklərdən əziyyət çəkdikləri bildirilir.

“AzPolitika.info”

635x100

Şərhlər

Ali 2022-04-25 00:47:11

Salam! Hörmətli moderator! Mən bu məqalə ilə bağlı 2 şərh yazmışdım. 1-cini verməmisiniz, 2-cini vermisiniz. Mümkünsə 1-cini də verin. Mən yazmışdım ki, bu keçmiş FSB xəfiyyəsi fəndgir adamdır və bu şəkildə Şoyqu ilə görüşən çox güman ki. o özü yox, onun çox sayda "klon"larından-nüsxələrindən biridir. O şəxsin güya "sress içində" olması da insenirovka, artistlikdir və xarici ekspertləri çaşdırmağa, "deza" ya yönəlib. Bu şərhin nəyi pisdir ki. vermirsiniz?

neriman seyfeli 2022-04-24 16:41:52

Onu rusiyanin talehinden cox oz shexsi ambisiyalari dushundurur; saglam olmayan tefekkuru dunyani oldugu kimi dek etmeye imkan vermir!

B.Qarabağlı 2022-04-23 15:10:34

Allahdan ona sabahki Pasxa günündən şəfa diləyirəm, İlahidən ona müharibəni dürdurub, sülh münasibətləri hafizəsi verməsini rica edirəm.

Ali 2022-04-23 00:14:20

Özü də orada gülür ki, "bu hərifləri yaxşıca aldatdım!"

vidadi 2022-04-22 19:11:10

berk olsun

Son yazılar