Menu

DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI - Direktorun səs yazısı yayıldı + VİDEO

23.04.2022, 22:30
DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI - Direktorun səs yazısı yayıldı + VİDEO

Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.

Bu barədə “Xəzər Xəbər” sujet hazırlayıb.

Bildirilib ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Bu zaman hər kəs üçün isə fərqli məbləğ tələbi qoyulub. Səs yazısı yayılan direktor və müavini barəsində ciddi addımların atıldığı bildirilir.

Bu səs yazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu da deyir. Qalımaqala səbəb olan səs yazısı Sumqayıt şəhərindəki məktəblərin birində yayılıb.

Səs yazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigeana və Epidemologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazadığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara verilicəyi açıqlanır.

Faktı Sumqayıt şəhər Təhsil şöbəsi də təsdiq edib. Adı çəkilən qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu müəyyən edilib. Verilən qəra əsasən direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.

Şərhlər

az 2022-04-24 05:16:08

SDU-nu niyə həll eləmir Nazirlik? Gərək elə səs yazısı yazılsın?

Anonim 2022-04-24 02:19:50

Muellimlerin emekhaqlari kifayet qeder qalxmasa bele hallar hemise olacaq

Zəminə 2022-04-24 01:05:25

Allah cəzalarını versin bu "müəllim" adına ləkə salanlara..Qan irin olsun əzizlərinin burnundan piltə piltə tökülsün tələbə, şagird pulu yeyənlərin!

asif 2022-04-23 22:46:15

sumqayit dovlet universitetini arasdirsinlar bu onun yaninda hecnedir.sumqauit dovlet universiteti sederek yarmarkasidir.aciq bazardir.heckimden hecneden cekinmekleri yoxdur.DTX,korrupsiya idaresini devet edirem sumqayit dovlet universitetini atasdirmaga.inaniramki dovletimiz rusvetini simvoluna donmeye namized bu adresi arasdiracaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol