“SÜLH İSTƏMİRLƏRSƏ, MƏNTİQLƏ MÜHARİBƏ İSTƏYİRLƏR...” – “İrəvanda Qarabağ adı ilə hakimiyyət uğrunda mübarizə gedir”

“Son bir ayda Ermənistanda baş verən hadisələr mahiyyət etibarı ilə tanış mənzərədir. Qarabağ adı altında hakimiyyət uğrunda mübarizə gedir. Bir həftədir davam edən müddətsiz küçə etirazlarında iştirak edən əhalinin sayı və fəallığı olduqca sönük görsənir və Paşinyan iqtidarına xüsusi problem yaratmır. Rusiyanın idarə etdiyi müxalif parlament fraksiyasının üzvləri zəif küçə etirazları ilə hakimiyyət dəyişikliyinə nail ola biləcəklərinə artıq özləri də inanmırlar”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda gedən prosesləri dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Rusiya səfərindən sonra Paşinyan da sülh müqaviləsindən artıq həvəslə danışmır. Hökümətə verdiyi hesabatdan məlum olur ki, sülh müqaviləsinin və buna bənzər bir planın “heç qaralaması” da yoxdur.

“24 aprel qondarma “soyqırım” günü ilə əlaqədar ermənilərin növbəti “əzabkeş vətənpərvərlik” çağırışları yenilik deyil. İstər Xankəndi separatçıları, istərsə də İrəvanda hakimiyyət uğrunda mübarizə aparanların hədəfi Rusiyanın himayədarlığı ilə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina etmək və Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsinin ömrünü uzatmaqdır” – deyə, təhlilçi vurğulayıb.

İlham İsmayıl deyir ki, Ermənistanın Baş naziri köhnə xislətinə sadiq qalıb sülh müqaviləsini bəhanələrlə uzatmağa başlamaqla Rusiyanı məmnun edə bilər, amma Avropa İttifaqı bu dəfə prosesi sakit müşayət etməyəcək:Bu günlərdə həm Şarl Mişelin, həm də Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarın hər iki respublikanın rəsmiləri ilə intensiv danışıqlar aparması sübut edir ki, Brüssel tezliklə sülh müqaviləsi imzalanmasında çox maraqlıdır. Deməli, razılaşmanı pozan tərəfə - yəni Ermənistana təzyiqi mütləq olacaq. Çünki Qərb daha strateji hədəfinə-Rusiyanın Cənubi Qafqazda təsirini azaltmağa və bölgədən tamamilə çıxarmağa nail olmaq üçün bütün imkanlarından istifadə etməkdə israrlı görünür. Avropa İttifaqı sülhdən qaçan Ermənistana ayırdığı 2 milyard avro vəsait haqqında yenidən düşünə bilər. Ermənistan mətbuatında artıq bu məbləği istehza ilə “Şarl Mişelin rüşvəti” hesab edən siyasi şərhlər də var”.

Ekspert əlavə edir ki, Azərbaycan Brüssel görüşündə əldə olunan razılığa əsasən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdi.

“Aprelin 23-də dövlət başçısı İlham Əliyev telefon danışığı əsnasında Aİ Şurasının prezidenti Şarl Mişelə bu barədə məlumat verdi. Növbəti addım Ermənistanındır. Sülh müqaviləsi istəmirsə, məntiqlə müharibə istəyir”- deyə, ekspert vurğulayıb.

İ.İsmayılın sözlərinə görə, erməni rəsmilərini son günlər narahat edən məsələlərdən biri də yeni Laçın yolunun yaxın vaxtlara istifadəyə verilməsi haqqında xəbərlərin yayılmasıdır.

Ekspert qeyd edir ki, ermənilər yeni yolun tezliklə başa çatmasından narahat olduqlarını, hətta gərgin olduqlarını açıq şəkildə dilə gətirirlər: “Yeni yolun çəkilişi bitəndən sonra Laçın rayon mərkəzinin, Zabux, Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçəcəyi üçtərəfli razılaşmada öz əksini tapsa da, işğaldan sonra orada məskunlaşan ermənilərin taleyi barədə yalandan hay-küy salmağa başlayıblar. Özünü Laçının meri sayan, Livan vətəndaşı Narek Aleksanyan müharibədən sonra əlində avtomat silahla çox bəyanatlar vermişdi ki, heç bir yerə getməyib vuruşacaq. İndi səsi çıxmır, görünür taleyi ilə barışıb. Ermənilər Xankəndiyə gələn qaz xəttinin artıq yeni yol boyu çəkiləcəyinə şübhə etmədiklərini də vurğulayırlar. Sanki bu ərazilər Azərbaycanın deyilmiş və ermənilər də bizim icazəmiz olmadan bu yerlərdə istədiklərini həyata keçirə bilərlər. Əlbəttə, heç bir kəmərin çəkilişinə icazə verilməyəcək, köhnə kəmərin keçdiyi ərazinin böyük bir hissəsi isə Azərbaycanın nəzarətində olacaq”.

İlham İsmayıl xatırladır ki, Paşinyan da son çıxışlarının birində Laçın yolu vasitəsilə Ermənistan və Xankəndi arasında gediş-gəlişin bundan sonra da fasiləsiz təmin olunmasını şərt kimi səsləndirib.

Yeni yol Qarabağ probleminin həllini sürətlədirə bilərmi?

Təhlükəsizlik eksperti bu suala cavabında vurğulayır ki, yeni Laçın yolunun statusu köhnə dəhliz kimi qalacaqsa, əlbəttə, məsələ daha da uzanacaq və yeni yol problemin həlli olmayacaq: “Əgər yeni yolun başlanğıcında – Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük nəzarət məntəqələri Rusiya sülhməramlıları ilə birlikdə fəaliyyətə başlayarsa, sülh müqaviləsinin tezliklə imzalanacağına şübhə qalmasın”.

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-04-26 10:47:17

Təcili olaraq erməni oyuncaq hökumətinə qarşı İrəvan xanlığı,Göyçə,Zəngəzurla əlaqədar torpaq iddialarımızla əlaqədar Bəyənatlar göndərməklə əks höcuma keşmək lazımdır.Qərbi Azərbaycan Mühacir Hokumətini canlandırmaq və 100 ildən bəri Azərbaycana köç etmiş soydaşlarımızı həmin torpaqlara qaytarmaq haqqında tələblər qoymaq,BMT-yə.ATƏT-ə,Avropa Surasına,Avropa bBrliyinə, Türk Dövlətləri Birliyinə Müraciətlər Göndərmək və Mitinqlər Nümayişlər keçrmək ,Özüdə bütün dünya ölkələrində hərəkətə keçmək.

t.ədalət 2022-04-25 22:41:34

Günahları ermənistanın üzərinə yıxıb xalqı aldatmaq lazım deyil.Bizim,yəni Azərbaycan türklərinin bir düşməni var,o da Rusiyadır.Təəssüflər olsun ki,yurd-yuvalarımızın dağılmasında və əhalimizin öldürülməsində seperatçı gizli kürd təşkilatının da əli var.

Son yazılar