“Rusiya XİN başçısı Sergey Lavrovun üçüncü dünya müharibəsi və nüvə silahının tətbiq olunması təhlükəsi barədə sözlərini çox da ciddi qəbul etmək lazım deyil”.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi bildirib. Nazir deyib ki, Lavrovun son açıqlaması nüvə müharibəsi təhlükəsinin qəsdən şişirdilməsidir.
BBC-yə danışan Hippi qeyd edib ki, Qərb Ukraynada ehtiyatla davranır və nüvə müharibəsinə əsas yaratmır: “Düşünmürəm ki, hazırda real eskalasiya təhlükəsi var. Qərbin Ukraynaya dəstəyi ölçülü şəkildə həyata keçirilir”.
Rusiyanın taktiki nüvə silahından istifadəsi ehtimalını “cüzidən də az” hesab edən nazir hətta əlavə edib ki, hazırda Ukraynanın Rusiya ərazisini vurmaq hüququ var: “Hazırkı şərtlər daxilində Ukraynanın Rusiyadakı obyektlərə hücum etməyə tam legitim hüququ var. Məsələ burasındadır ki, Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren dövlət idi. Başqa bir ölkə 130 minlik qoşunu ilə onun sərhədlərini pozmaq qərarına gəlib. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlamasının əsasını qoydu. Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”

Bundan öncə isə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba S.Lavrovun üçüncü dünya müharibəsinə dair hədə-qorxusuna cavab olaraq deyib ki, Lavrovun bu bəyanatı Moskvanın Ukraynadakı müharibəni uduzduğunu anlamasından irəli gəlir.
Onu da xatırladaq ki, son günlər xarici KİV-lərdə Böyük Britaniya Baş naziri Boris Consonun Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə, ölkəsinin NATO müttəfiqlərilə məsləhətləşmədən belə cavab olaraq Rusiyaya nüvə zərbəsi vuracağını söylədiyi barədə məlumatlar dərc edilib.
“AzPolitika.info”

Şərhlər
Əcəb önəmli şərhdir! Ancaq, bizə dəxli olmayan siyasi-hərbi dünyanı erməni millətçiləri kimi Türkiyəyə tuşlamaq yersizdir? Ukraynaya qarşı müharibəni də çox gümanki, Rusiya deyil ikicə Kremlli aparır? SB və SSRİni də referenduma zidd belə ikicə Kremlli özbaşlarına buraxıbla? Başsız Dünya sözü uyğun gəlirmi?
Lavrovun nğve hedesi bizim bir el meseline oxşayır:İtden soruşurlar ki niye hürürsen deyir:qorxuduram.Bes onda quyruğunu niye bulayırsan,cavab verir ki,özüm de qorxuram.İnsani nöqteyi nezerden bu nakişiliyin son heddidir:Rusiya hemişe özünden zeiflere:Gürcüstana.Azerbaycana Modovaya diş qıcardıb.Millet de adi küçe döyüşlerinde on nefer bir neferi üstüne düşürker özü de çox qansız milletdi.İndi de Putin kişliyiniz çatır cavab berin ABŞ- ,Avropa ölkelerine.Siz heç tek Tirkiyyeye cavab vere bilmezsiniz.