“CÜMHURİYYƏT DÜŞMƏNLƏRİ” – Professor Ramazan Siracoğlu milli satqınların son aqibətindən yazır
Ümumdinya tarixində böyük ictimai-siyasi dəyişikliklər, ciddi təbəddülatlarla müşayiət olunmuş XX əsr, xüsusən də həmin əsrin birinci rübü, Azərbaycanımızın da tarixində mühüm yer tutur. Təkcə onu xatırlasaq ki, Müsəlman şərqində ilk cümhuriyyətin elanı, fəaliyyəti və süqutu da, Azərbaycanda sovet hakimiyyətinin qurulması da məhz bu dövrə təsadüf edir, bizcə, XX əsrin çox baxımdan taleyüklü olduğuna şübhə qalmaz.
Bu dönəmdə ilhaq olunduğu çar Rusiyasının, qonşu Osmanlı imperatorluğunun və Qacarlar xanədanlığının dərin böhran və tənəzzülü, təbii olaraq, Azərbaycana da sirayət etmiş, aclıq, səfalət, işsizlik, özbaşnalıq, bahalıq, qıtlıq dözülməz həddi aşmışdı. Birinci Dünya Müharibəsində (1914-1918) əks cəbhələrdə vuruşmuş çar Rusiyası və Osmanlı dövlətinin fəlakətli iqtisadi durumu Qacarlar xanədanlığını da sarsıtdığından, saysız miqdarda ucuz işçi qüvvəsi bir parça çörək tapmaq ümidi ilə Bakıya gəlmişdi.
Bütün Azərbaycanın yeganə gəlir mənbəyi olan neft sənayesi iflic vəziyyətə düşmüş (Neft emalı zavodları hasilat gücünün ancaq 34,5%-i qədər neft hasil edirdi-müəll.), mədənlərin əksəriyyəti fəaliyyətini dayandırmış, buruqlarda məzar sükutu hökm sürürdü. (Bax: Каренин А.: Султан Меджид Эфендиев (биографический очерк), Б., Азер. гос. изд., 1963, s. 76)
Kəskin siyasi təbəddülatların, ictimai sarsıntıların, məkrli xarici müdaxilələrin tüğyan etdiyi, işsizliyin, ümidsizliyin, qıtlığın, bahalığın, mənəvi aşınmaların şiddətləndiyi bir zamanda qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinə kənar güclər və onların əmri ilə hərəkətə keçən daxili pozucu qüvvələr, sözün əsl mənasında, Milli Hökumətə addımbaşı siyasi - hərbi əngəllər törədir, siyasi idarəçilik təcrübəsi və səriştəsi olmayan demokratik qüvvələrə fəaliyyət imkanı vermir, milli hisslərdən məhrum cahil qaragüruhu Milli Hökumətə qarşı səfərbər edir, ölkəni siyasi böhrana sürükləyirdilər. Milli özünüdərkdən məhrum imperiya nökərləri şəxsi mənafeləri naminə xalqın Milli Hökumətə olan inamını qırmaq üçün təxribatlar törədir, Xalq Cümhuriyyətinin siyasi liderlərini gözdən salmaq, onları nüfuzdan düşürmək üçün barələrində saxta şayiələr yayır, haqlarında ən iyrənc informasiyalar tirajlayırdılar. Toplumun dedi-qoduya meylli böyük bir qismi, təəssüf ki, bu mənfur böhtanları təbərrük kimi qəbul edir və ona inanırdılar. İlk günlər Azərbaycan Cümhuriyyətinə böyük ümidlər bəsləyən xalqın güzəranı daha da ağırlaşdıqca, sabaha olan inamları azaldıqca, milli hökumət torpaq islahatlarını qeyri-müəyyən müddətə qədər təxirə saldıqca, narazı kütlənin sayı da hər gün çoxalırdı. O dövrün siyasi elitası arasında mütəşəkkilliyin olmaması da Azərbaycan Cümhuriyyətinin əleyhinə işləyirdi. Məsələn, əsasnaməyə görə, 120 nəfərdən ibarət olası deputat korpusu 23 ay ərzində kompleksləşdirilə bilmədi, parlament iclasının çoxunda yetərsay olmadığından qanun layihələri müzakirə edilib təsdiqlənmədi, bir çox məsələlər Nikolay dövrünün qanunları ilə tənzimlənməkdəydi.
Əhalinin ictimai-siyasi durumunu yaxşı öyrənən, mövcud vəziyyəti fürsət bilən bolşeviklər V. Leninin göstərişi ilə Bakıda fəaliyyətlərini genişləndirməyə başladılar, onlar siyasi opponentlərini nüfuzdan salmaq üçün hər cür vasitəyə, iqtisadi sabotajlardan tutmuş hərbi təxribatata qədər, müxtəlif hiylələrə əl atır, adamlar arasında antihökumət təbliğatını gücləndirirdilər. Mədənlərdə iş tapa bilib işləyənlərin əmək haqları 1914-cü ildəki əmək haqqının təxminən 18%-i qədər idi. Adamlar arasında milli hökumətə qarşı etimadsızlıq güclənirdi.
1919-cu ilin iyul ayında Bakıda baş vermiş ümumşəhər etiraz mitinqi milli hökumətin təməlini ciddi şəkildə sarsıtdı. Bakıda başlayan narazılıq aksiyaları əyalətlərə də yayılır, onsuz da ağır olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Mövcud vəziyyətdən yararlanmağa çalışan erməni daşnaklarının Azərbaycana qarşı düşmən mövqe tutmaları, əhaliyə qarşı genosid siyasətini davam etdirmələri bizim milli hökumətimizi tam bir çıxılmaz mövqeyə sürükləməkdəydi. Milli hökumət müxtəlif partiyalara mənsub millət vəkillərindən təşkil olunduğundan Nazirlər Kabineti tez-tez baş verən istefalardan iflic vəziyyətə düşmüşdü. Nazirlər arasında çəkişmələr, hökumət üzvlərinin qanunsuz hərəkətləri, gizli fəaliyyət göstərmələri, nəticə etibarilə, hökumətin iflasını sürətləndirirdi. Məsələn, III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsi tutmuş Mirzə Əsədullayev (məşhur milyoner Şəmsi Əsədullayevin oğlu) gizli neft sövdələşməsi apardığına görə o dövrün Baş naziri Fətəli xan Xoyski istefa vermişdi (Bax: Гулиев Дж. Б.: Против буржуазной фальсификации истории, Б., 1967,c. 28, s. 163).
1920-ci ilin birinci rübündə Azərbaycan ordusunun, demək olar ki, ancaq adı qalmışdı. Ordu mənsublarının əsas özəyi Qarabağda ermənilərlə döyüşdə vuruşarkən, bir hissə də fərariliklə məşğul idi. Məsələn, 5-ci Bakı alayının canlı qüvvəsinin 60%-i, Birinci süvari alayının 62%-i, İkinci Qarabağ süvari alayının 75%-i, Üçüncü Şəki süvari alayının 80%-i, Üçüncü Gəncə piyada alayının 60%-dən çoxu özbaşına şəkildə ordu sıralarını tərk etmişdi. (Bax: Jörg Baberowski: Der Feind ist überall. Stalinismus im Kaukasus, Berlin,2003, s. 154; П. Дарабади: Военно-политическая история Азербайджана (1917-1920 гг.), Б., 2013, s. 160).
Bolşeviklər 25 oktyabr 1919-cu ildə keçirdikləri partiya konfransında Azərbaycanda siyasi hakimiyyəti hərbi güclə devirmək barədə qərar qəbul etmişdilər. Bu məqsədlə həmin ilin dekabr ayında Mirzə Davud Hüseynovun rəhbərliyi ilə inqilab qərargahı yaradılmış və ciddi hazırlıqlara başlanılmışdı. Rusiyadan Azərbaycana gizli yollarla silah gətirilir, əldə edilən hərbi sürsatlar Çingiz İldırımın göstərişi ilə Nargin (Böyük Zirə adası), Bayıl və Şıx sahillərində gizlədilir, bir hissəsi isə milli hökuməti devirəcək etibarlı adamlara paylanılırdı.
Həmid Sultanov və Çingiz İldırım
Bu dövrdə erməni daşnakların rus bolşevikləri ilə bərabər hərəkət etmələrini də unutmaq olmaz. 1920-ci ilin Novruz bayramında daşnaklar Şuşa, Xankəndi və Əsgərana hücum edərək, ətraf yerləri ələ keçirməyə çalışdıqları üçün Azərbaycan ordusu ermənilərlə döyüşürdü. Milli hökumət məhdud qüvvəsi ilə bolşeviklərin destruktiv əməllərinin qarşısını almağa çalışırdı. Məsələn, daxili işlər naziri Mustafa bəy Vəkilov 15 aprel 1920-ci il tarixdə Gəncə, Şamaxı və Ağdamdan Bakıya 100 nəfər əlavə polis qüvvəsi gətirilməsi barədə əmr vermişdi. Həmin gün xarici işlər naziri F.Xoyskinin RSFSR xarici işlər naziri Çiçerinə rus silahlılarının nə üçün Azərbaycan sərhəddində dayandıqlarının səbəbini öyrənmək məqsədilə vurduğu teleqrama ikinci cavab verməyi özünə sığışdırmamışdı. Əliheydər Qarayev isə öz növbəsində Rusiya Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayəti üzrə katibi B.Şeboldayevə teleqram vururaraq yaxın vaxtlatda Azərbaycanda siyasi rejimi dəyişəcəklərini bildirmişdi.
26 aprel 1920-ci ildə Azərbaycan kommunistlərinin emissarları Qəzənfər Musabəyov, Həbib Cəbiyev və Anastas Mikoyan bolşevikləri Bakıya gətirmək üçün Azərbaycan-Dağıstan sərhədinə gəldilər, Azərbaycan sərhədlərində hücuma keçmək üçün münasib məqam gözləyən bolşevik ordusuna komandan M.Tuxaçevskinin 52 saylı əmri elan olundu. Əmrə görə, sərhəddə gözləyən ordu 27 apreldə Bakıya hücuma keçəcəkdi. Ertəsi gün səhər tezdən Petrovsk şəhərindən (Mahaçqaladan) Bakıya doğru uçan təyyarə Azərbaycan ordusunun durumu barədə bolşeviklərə kəşfiyyat məlumatları ötürür, Əliheydər Qarayevlə əlaqə saxlayırdı.
Bolşeviklərin malik olduqları 6 zirehli qatardan 2-si Aksay çayı üzərindəki körpüdən keçə bilmədiyindən Bakıya doğru 4 qatar - “III İnternasional”, “Qırmızı Dağıstan”, “Qırmızı Astraxan” və “Timofey Ulyantsev” - hərəkətə başladı. Ə.Qarayevin göstərişi ilə 26 apreldə Bakı- Gəncə telefon xətti kəsilmiş, Biləcər-Keşlə dəmir xətti dağıdılmışdı. Çingiz İldırımın əmri ilə Bayıl başda olmaqla şəhərə hakim yüksəkliklərə toplar qoyulmuş və atəşə hazır vəziyyətə gətirilmişdi. Onun göstərişi ilə 27 apreldə Bakı buxtası, Bayıl hərbi cəbbəxanası, I şəhər polis şöbəsi, hərbi məktəb və kursantlar ələ keçirilmişdilər. Axşama doğru Bakı dəmiryolu vağzalı, Bakı poçtamptı, radiostansiyası, Bakı jandarmeriyası və bir sıra mühüm obyektlər də Çingiz İldırıma tabe olan silahlı bolşeviklərin sərəncamında idi. Ç.İldırımın silahlı dəstələri işğal etdikləri hər yerdə üçrəngli milli bayraqları cırıb parçalayır, əvəzinə sovet bayraqları asırdılar. Bolşeviklərə lazımı müqavimət göstərə bilməyən milli hökumət Tiflisə, Britaniya ali komissarı Lyuka teleqram vuraraq gürcü hökumətinin Azərbaycan hökumətinə yardım etməsi və erməni tərəfinin Qarabağda hərbi əməliyyatları dayandırmasına vasitəçilik göstərməsini xahiş etdi. Lakin hadisələr o qədər sürətli vüsət aldı ki, ingilis ali komissarı heç məşvərət iclası da keçirə bilmədi.
27 apreldə gündüz saat 12-də Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinə Spasski küçəsi 11/5 ünvanında (Zərgərpalan) hakimiyyəti təslim etmək barədə ultimatum verdi. Axşam saatlarında Qırmızı Xəzər Donanması komandanı Çingiz İldırım milli hökumətə öz adından təslim olmaq haqqında təhdidkar ultimatum göndərdi: “2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz, parlamənti başınıza yıxacağam!”
Parlamentə qərar qəbul etmək üçün gecə saat 12 tamama qədər vaxt verildiyi, əks təqdirdə parlamentin top atəşinə tutulacağı bildirilirdi. Parlamentin təslim olmaq haqqında iclası 2 saat 40 dəqiqə sürdü və axşam saat 11.25 dəqiqədə başa çatdı. Son iclas başlamazdan öncə hərbi nazir S.Mehmandarov bolşeviklərə silahlı müqavimət göstərməyin mümkünsüzlüyünü bildirmişdi. Məhəmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin son iclası açıq keçirildi: “Hansı vəziyyətdə qərar qəbul etdiyimizi xalq bilsin”.
Baş nazir M.Hacinski, “Hümmət” fraksiyasının təmsilçisi S.Ağamalıoğlu, “İttihad” fraksiyasının təmsilçisi K.Qarabəyov, “Sosialist bloku” fraksiyası təmsilçisi A.Səfikürdski, “Əhrar” fraksiyası təmsilçisi A.Qardaşov və başqaları müqavimətin mənasız olduğunu bildirdilər.
Parlament 7 şərt daxilində hakimiyyəti bolşeviklərə təhvil verməyə razı olmuşdu. Bu şərtlər arasında Azərbaycanın müstəqilliyinin qorunması, kommunistlərin təşkil edəcəkləri hökumətin müvəqqəti olacağı, milli hökumət üzvlərinə toxunulmazlıq statusu verilməsi vardı. Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini (vitse-spiker) Məmməd Yusif Cəfərov və kanselyariya müdiri M.Vəkilov imzaladı. 1 nəfər Parlamentin təslim qərarının əleyhinə səs vermiş, 3 nəfər bitərf qalmış, 3 nəfər isə səsverməyə qatılmamışdı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti de-yure və de-fakto öz işinə xitam verincə yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi İsmailiyyə binasına sahib oldu. Qeyri-məhdud səlahiyyət sahibi olan inqilab komitəsi – “revkom” – 6 nəfərdən ibarət idi: N. Nərimanov (sədr), M.D.Hüseynov, Q.Musabəyov, H.Sultanov, A.Alimov və Ə.Qarayev.
28 aprel 1920-ci ildə XI Ordunun “III İnternasional” zirehli qatarı müqavimətlə qarşılaşmadan Biləcərə çatanda Azrevkomun (Azərbaycan İnqilab Komitəsi ) sədri Nəriman Nərimanov Moskvaya - Leninə teleqram vurdu: “Не имея возможности собственными силами удержать натиск соединённых банд внешней и внутренней контрреволюции, Временный Революционный Комитет Азербайджана предлагает правительству Российской Советской Республики вступить в братский союз для совместной борьбы с мировым империализмом и просит немедленно оказать реальную помощь путём присылки отрядов Красной Армии” - “Azərbaycan Müvəqqəti İnqilab Komitəsi xarici və daxili əksinqilabi quldurların birgə təzyiqinin qarşısını öz gücü ilə almaq imkanına malik olmadığından, Rusiya Sovet Respublikası hökumətinə dünya imperalizminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqına girməyi təklif edir və dərhal Qızıl Ordu dəstələri göndəməklə real yardım göstərməyi xahiş edir” (Bax: История гражданской войны в СССР, М., 1960, c. 5, s.225).
Moskvada nəşr olunan “Pravda” qəzeti 1920-ci ilin 29 aprel tarixli sayında öz oxucularını Bakıda sovet hakimiyyətinin qələbə qazanması münasibəti ilə təbrik edirdi. Elə həmin gün Türküstan cəbhəsinin komandanı M. Frunzenin əmri ilə “Avstraliya” hərbi kreyseri “sosialist Bakısının qəhrəman bolşeviklərinə” yardım üçün yola çıxdı. Onun göyərtəsindəki 24-cü atıcı diviziyasının 244-cü alayı “azərbaycanlı qardaşları”na yardıma çox tələsirdi. Petrovsk (indiki Mahaçqala) limanından hərəkətə keçən F.Raskolnikovun tabeliyində olan Volqa-Xəzər donanmasının hərbi gəmiləri də “Avstraliya” kreyserindən geri qalmamağa çalışırdı.
Eyforiyada olan bolşeviklər iqtidara gəldikləri ilk andan başlayaraq Milli Parlamentin irəli sürdüyü 7 şərtin hamısından imtina etdilər. Onların “müvəqqəti iqtidar”larının sonunun gəlməsini Azərbaycan vətəndaşları 72 il gözlədilər. Bolşeviklər müsəlman şərqinin ilk demokratik cümhuriyyətini qurmuş şəxslərin hamısına qarşı xüsusi qısqanclıq, ədavət və sayqısızlıq göstərdilər. Milli hökumət üzvlərinin nəinki özləri, ailə üzvləri, hətta qohumları da təqiblərdən, repressiyalardan qurtula bilmədilər.
Milli hökumətə lazımı dəstək verməyən, Bakıya “qızıl bayraqlı Şura hökuməti gətirən” XI ordunu seyirci nəzərlərlə izləyən, 1918-1919-cu illərdə tez-tez küçələrə çıxıb milli hökuməti hər şeyə görə suçlayan xalqa da bolşeviklər dərs verdilər, bu gün dünənkindən, sabah bu günkündən çox işləməyi “öyrətdilər”, səsini çıxarmağa cəsarət edənlərin sorağı Maqadandan, Kolımadan, Kamçatkadan gəldi; fəhlə-kəndli hökumətinin ideologiyasının təməlini “bizim kimi düşünməyənlər bizim düşmənimizdir” prinsipi oldu. Milli hökumətin pluralist, liberal siyasətini bolşeviklərin imperativ düşüncə tərzi əvəzlədi: “Dediyimiz dedikdir”. Yox, Azərbaycanda sovet hökuməti qurulan kimi krantlardan süd, bal axmadı, ərzaq bolluğu da yaranmadı. Adamların xüsusi mülklərini, mallarını zorla əllərindən alıb onları artellərə, kolxozlara üzv yazdılar, üç növbəli məcburi iş sistemi tətbiq etdilər, məscidləri kluba, anbara çevirdilər, müxalif düşünənlər xalq düşməni adlandırıb cəzalandırdılar.
Uzun müddət mətbuatda, elmi araşdırmalarda, rəsmi sənədlərdə, dərsliklərdə, radio və televiziyada, bədii əsərlərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, lideri, hökumət üzvləri xalqa mənfi planda çatdırıldi, bizi ciddi cəhdlə inandırmağa çalışdilar ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları “millət xainləri”dir. “Yalan ayaq tutar, yeriməz”. Tarixin acımasız küləkləri hamının əsl iç üzünü müəyyən müddətdən sonra açdı, kimin kim olduğu bəlli oldu.
İbrətamiz gerçəklikdir ki, Azərbaycan Xalq Cümhuriyyətinə qənim kəsilənlərin özləri də məfkurə yoldaşları tərəfindən məhv edilmişlər. Azərbaycanın başkəndinin işğalını gerçəkləşdirən M.Tuxaçevski, S.Orconikidzə və Azərbaycan İnqilab Komitəsinin üzvlərinin hamısının həyatı az sonra faciəvi sonluqla tamamlandı. Məsələn:
Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov 1925-ci ildə Moskvada zəhərlənib öldürüldü (rəsmi məlumata görə, ürəktutmasından vəfat etmişdir); Azərbaycanı işğal edənlərə bir müddət siyasi rəhbərlik etmiş, 1921-1926-cı illərdə Azərbaycan SSR KP Mk-nın birinci katibi olmuş S.M. Kirov 1 dekabr 1934-cü ildə öldürüldü; Bakını işğal əməliyyatının ümumi komandanı, marşal M.Tuxaçevski 1937-ci ilin iyun ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası binasının zirzəmisində güllələndi; Bakını işğal edənlərə Rusiya bolşevikləri adından siyasi dəstək vermiş S. Orconikidze 18 fevral 1937-ci ildə öz mənzilində intihar etdi (oxu: öldürüldü); Azərbaycan Xalq Cümhuriyyətini hərbi yolla devirmiş işğalçı XI Ordunun komandanı M.Levandovski 29 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində, Azərbaycanda sovet hökumətinin qurulmasında müstəsna xidmətləri olmuş, Azərbaycan SSR Hərbi Dəniz İşləri, Xalq Yollar Komissarı, Sənaye vergisi yığımı üzrə fövqəladə səlahiyyətli sədr Çingiz İdırım – Sultanov– 1937-ci ildə həbs olunaraq 27 aprel (bəzi qaynaqlara görə, 25 sentyabr) 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR-in Xarici İşlər Naziri, Tacikistan SSR Mərkəzi Komitəsinin birinci katibi Mirzə Davud Hüseynov (Fətəli xan Xoyskinin kürəkəni ) 21 mart 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan milli hökumətinin devrilməsində fəal təşkilatçı, sonralar Azərbaycan SSR Xalq Komissarlar Sovetinin və Mərkəzi İcraiyyə Komtəsinin sədri Qəzənfər Musabəyov 12 yanvar 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Daxili İşlər naziri Həmid Sultanov 3 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətini yıxanların ən fəallarından, Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Hərbi Dəniz İşləri komissarı, Bakı Sovetinin başçısı Əliheydər Qarayev 24 aprel 1938-ci ildə güllələndi…
Bilərəkdən və ya bilməyərəkdən Cümhuriyyətimizə düşmən olanların siyasi aqibəti bu gün müti şəkildə Şimaldan gələcək əmrə müntəzir dayananlara, fərdi çıxarını milli mənafedən üstün tutanlara, “malades” medalı almaq uğrunda bütün dəyərlərdən keçməyə hazır duranlara ibrət dərsi olmalıdır.
Tarixin sərt, enişli-yoxuşlu, dolanbac yollarında düşüb qalanlar, xidmətçisi olduqları siyasi rejimin çöküşü ilə bərabər gömülənlərin zavallı qədərləri müasir cümhuriyyət düşmənlərinə bir görkdür.
Məhəmməd Əmin Rəsulzadə və onun məfkurə qardaşlarının yolu ilə gedənlərə salam olsun!
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
M.Ə.Rəsulzadə və onun məfkurə qardaşlarının yolu ilə gedənləri qaraguruh adlandırırlar--biz hamımız qaraguruh olmalıyıq ki, iki üzlü siyasilərimiz yalan danışmasınlar qaraguruh adlandırdıqları Xalqın tərəfində dursunlar--indi necə guya dolanışıq yaxşılaşıb --yox -deyənə deyirlərki qanınla ölçmə- bəli sən ciblərini doldur-qarnını ver qabağa başqalarını da aşağıla--yox belə getməməlidir--bu dəfə heç kim aldanmayaca
Bu son aqibət deyil. O vaxta qədər ki, bu milli xainləri qəhrəman kimi qiymət verməkdən cəkinəcıyik. O vaxta kimi milli mücadilə yolunda səhifə düşmüş işıqlı insanlarımızın hec olmaya xaricdə olan məzarlarını sahib cıxacagıq. Bu gün belə fəxri xiyaban adlandırdığımız yerdə həmən xainlərin bit coxu uyuyur. Hətta baş daşı əvəzinə qoyulmuş xatirə lövhəsində "Müsavat quldurları qətl yetirib" kimi cümlələr yazılıb..... Dərd cox, əlac isə hələ yox. Müəllifə minnətdarlıq bildirirəm ki, bu istiqamətdə həqiqətləri bir qədər deməyə cürət edə bildi.
Deputat Musabəyov cümhuriyyəti yıxanlardan biri satqın Qəzənfər Musabəyovun nəvəsidir ? Bilmək istərdim. Admin: Bəli
Professor! Bu qaranlıq qalan tariximizin 1919-1920-ci illərini işıqlandırdığınız üçün Sizə öz minnətdarlığımızı bildiririk! Çox sağ olun ki, bilmədiyimiz məsələlərdən məlumat aldıq.
Çox ciddi yazıdır.Etiraf etmək lazımdır ki,bütün bunlar tariximizdən gizlədilir.Bolşeviklərin və rusların ölkəmizdə törətdiyi soyqırımlar və qətliamlar düşmənlərimizin müdaxiləsi ilə tarix dərsliyinə salınmır.Vaxtı ilə Heydər Əliyev dönəmində Azərbaycan tarixinə bir sıra məsələlər salınmışdı....Tariximizi xalqımızdan gizlətməklə rus sevdalıları bizi gözləyən çox dərin bir faciənin üstünü örtməyə çalışırlar.Şəhidlər Xiyabanının girişində də qətliamı törədənlərin adı yazılmır.
Təşəkkür