Menu

15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

30.04.2022, 21:40
15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, Allahverdi Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol