RUSİYA HANSI ÖLKƏLƏRƏ NÜVƏ ZƏRBƏSİ ENDİRƏ BİLƏR? - Raketlərin bu şəhərlərə göndəriləcəyi iddia edilir + FOTO

Son günlər Rusiya rəsmiləri və Kremlin təbliğat maşınına çevrilən dövlət televiziyaları nüvə müharibəsiylə bağlı çıxışlar etməyə başlayıblar. Ötən gün dövlət televiziyasında canlı yaymlanan verilişdə Rusiyanın nüvə zərbəsi endirə biləcəyi mümkün hədəflərin xəritəsi paylaşılıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, “Rossiya-1” kanalında yayımlanan müzakirə proqramında çıxış edən siyasi şərhçilər və ekspert qrupu Moskvanın nüvə silahından istifadə ehtimallarını müzakirə ediblər.

Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndərildiyi, Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çatdığı əks olunub.

Proqramda çıxış edən siyasi şərhçi Aleksey Juravlyov Rusiyanın “Sarmat” raketindən istifadə edəcəyi halda, Britaniya adaları deyə bir ərazinin olmayacağını bildirib.

Verilişdə iştirak edən başqa bir siyasətçi isə Avropanın da nüvə silahından istifadə edə biləcəyini vurğulayıb: “Əgər müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmayacaq”.

Bu açıqlamaya cavab verən Juravlyov bildirib: “Biz hər şeyi sıfırdan başlayarıq. Onlar bizi dövlət terroru törətməkdə ittiham edirlər”.

Xatırladaq ki, Putin bu yaxınlarda Rusiyanın təkmilləşdirilən “hipersonic” raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, növbəti aylarda Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.

“AzPolitika.info”


635x100

Şərhlər

əlil 2022-05-01 18:51:42

bir ağıldan kəmi nüvə knopkalarının başına qoyub dünyanı təhdid edirlər. Bunu yerində otuzdurmaq lazımdır axı!

Əski hərbçi 2022-05-01 10:14:03

Xeyr, Kreml Hərbi gücü SSRİ dövründən əsasən NATO üzvü Türkiyəyə yönəlib. ABŞ və Kremlin xarici siyasəti çoxdan daşnaq oyuncağına çevrilib? Həmin məqsədlə də süni yaradılan Ermənistana yaradılandan heç bir təcavüz olmadığı halda orada hərbi bazalar qurulub! Bu stratetegiya güclü dövlətləri birbaşa cavab zərbəsindən yayındırmaq məqsədi daşıyıb!

t.ədalət 2022-05-01 00:27:37

Bunlar hamısı yalan informasiyalardır.Rusiya bu yerlərin heç birinə nüvə zərbəsi endirə bilməz.Çünki qarşısı alınmaz kosmosdan ediləcək nüvə zərbələri ABŞ-ın və Çinin əlindədir.ABŞ Rusiyanı darmadağın edə bilər.Hətta Putin əyləşdiyi zirzəmidə məhv olar.Yəni,Rusiya öz taleyini bir sərsərinin ixtiyarına buraxıb?

İsmayıl 2022-05-01 00:19:33

Qırın bir-birinizi.Qərb qatil,Rus qatil.Əliniz hər tərəfdə uşaq qanına bulaşıb onsuz da,dadın Allahın əzabını,bəşəriyyət xilas olsun siz zalımlardan

Eli 2022-05-01 00:02:21

“Блеф» dir.Rusiyada tarix boyu Kişi Dövlet başçısı olmayıb ve olmayacaq bu beledir ve bele de olacaq.

Son yazılar