AŞPAZ MƏNSİMOVUN ƏFQANISTANDA DÖYÜŞMƏKLİYİ – Müdafiə Nazirliyi təkzib edir

“Palmali Holding”in prezidenti Mübariz Mənsimov haqqında qalmaqallar səngimir. Fətullahçı Terror Təşkilatına (FETÖ) bilərək köməklik etdiyinə görə 5 il müddətinə haqqında hökm çıxan Mənsimov həbs olunması, kriminal aləmdə “Lotu Quli” adı ilə tanınan avtoritet Nadir Səlifovla telefon danışığı, məşhur mafiya başçısı Sedat Pekərlə münasibətləri haqqında dedikləri ilə reaksiyalara səbəb olub.

Son zamanlar diqqətçəkən məqamlardan biri də Mübariz Mənsimovun Əfqanıstanda hərbi xidmətdə olması barədə dedikləridir. “Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam, ora ezamiyyətə göndərilmişəm”, - o vurğulayıb.

“Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb: “22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası - Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Beləliklə, aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” əhvalatı öz təsdiqini tapmayıb.(oxu.az)

635x100

Şərhlər

Amon 2022-05-07 00:06:49

Nedense mubariz mensimov guvenilir birine benzemir.adam hamini döyür amma hec kim qarsiliq vermir maraqlidi

t.ədalət 2022-05-06 20:43:30

Mən, burda kiminsə mövqeyini müdafiə etmək fikrində deyiləm.Hərbi xidmətdə olduğum dövrdə (Ukrayna,Donetsk və Poltava vilayətləri) əsgərləri Suriyaya ezam şəkilində aparırdılar.Ölənləri də,guya,təlim zamanı öldü kimi qeyd edirdilər.Sovet dövrü qanunların tapdandığı bir kommunist rejimi idi.

Son yazılar