LUKAŞENKO DA PUTİNƏ XƏBƏRDARLIQ ETDİ... - "Biz haraya uçduğumuzu belə bilmərik...”

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Associated Press” Agentliyinə müsahibəsində maraqlı fikirlər səsləndirib.

O etiraf edib ki, Ukraynadakı müharibə onun gözlədiyindən artıq müddətə uzanıb: “Deyə bilmərəm ki, hər şey rusiyalıların dediyi kimi, plan üzrə gedir, yoxsa mən hiss etdiyim kimidir. Hiss edirəm ki, bu əməliyyat uzanıb”.

Xatırladaq ki, Lukaşenko müharibənin ilk günü əməliyyatların maksimum 3-4 gün çəkəcəyi barədə açıqlama vermişdi.

Belarus Prezidenti jurnalistin nüvə müharibəsi təhlükəsi barədə də sualını da cavablandırıb. Lukaşenko nüvə silahından istifadənin mümkünlüyünü qəbuledilməz adlandırıb: “Ukrayna müharibəsində nüvə silahından istifadə yolverilməzdir, çünki o, həm də bizim yanımızdadır. Burada olmasa da, ABŞ kimi okeanın o tayında da deyil. Ümumiyyətlə, qəbuledilməzdir...Yer kürəsi orbitdən qopa bilər və biz haraya uçduğumuzu belə bilmərik”.

"AzPolitika.info"

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-05-06 12:43:20

Nəhayyətdə Lukaşenko da Rusiya qonusunda bir düz fikir səsləndirdi.

Vuqar Memmed.oglu 2022-05-06 00:51:57

Lukaşenko kimi ..prezidentlər..ə nə var ki, bu gün bir söz söylədi sabah başqa! Yadinizdadi putinin Ukraynanı necə 3-4 günə goturəcəyini ağızdolusu söyləyirdi? İndi tamam başqa ..musiqi..çalır!

vətəndaş 2022-05-05 21:53:19

DİKTATORLAR MANDRAJDADIRLAT

Son yazılar