Menu

"Əsir düşən rusların yoxsul geyimi diqqət çəkir" - Ukraynalı jurnalist + Fotolar

07.05.2022, 17:43
"Əsir düşən rusların yoxsul geyimi diqqət çəkir" - Ukraynalı jurnalist + Fotolar

"Ukrayna ordusu Xarkov yaxınlığındakı Şestakovo kəndini azad edib, rus ordsunun kənddəki dayaq məntəqəsi dağıdılıb".

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Senzor.net" portalının baş redaktoru Yuri Butusov "Facebook" hesabında yazıb.

"Hazırda Rusiya Silahlı Qüvvələrinin 25-ci atıcı briqadasının 8 əsgəri əsir götürülüb. Məhv edilmiş, ələ keçirilmiş texnikanın və hərbçilərin sayı dəqiqləşdirilir", - o əlavə edib.

Bolqer yazır ki, təslim olan rus həbrçilərinin yoxsul geyimi diqqət çəkir: "Xüsusən, onlar ayaqqabı sarıdan korluq çəkirlər, ona görə də talan etdikləri evlərdən geyinməyə ayaqqabı götürürlər. Uniformanın altından oğurlanmış isti, qalın paltarları üst-üstə geyinirlər".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol