“5-ci KOLON”UN BAKIDA “GEORGİ LENTİ” VƏ “RUS BERETİ” ƏMƏLİYYATI... – “Bunu edənlər, sabah başqa təxribatlara da əl ata bilərlər”

Kamran Əsədov: “Təkcə məktəb direktoru yox, ona rəhbərlik edənlərdə cəzalandırılmalıdırlar!... 

“Şagirdlər vasitəsilə kimlərəsə hansısa siyasi mesajların verilməsi qəbuledilməzdir...Azərbaycan təhsilini yiyəsiz görüblər ki, bu cür təxribata yol veriblər”

Üç gün bundan öncə paytaxtın Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdən paylaşılan görüntülər sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub. Bu görüntülərdə məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti” asıldığı əks olunub.

Sosial şəbəkələrdə narazılıqlarını ifadə edən vətəndaşlar, məktəbin direktoru başda olmaqla, tədbirin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər.

Məlumat üçün qeyd edək ki, “Georgi Lenti” Rus-Osmanlı müharibəsinin gedişində (1768-1774), 1769-cu ildə imperatriça İkinci Yekaterina tərəfindən təsis edilib və 9 May-Qələbə günü ilə heç bir əlaqəsi yoxdur. “Georgi lenti” Rusiyanın şovinist, neo-faşist və imperiya maraqlarına xidmət edən alətə çevrildiyindən, əksər ölkələrdə qadağan edilib. Hazırda Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada “Georgi lenti”ndən istifadəylə bağlı qadağalar və cərimələr mövcuddur.

Ölkəmizdə “Georgi lenti”ndən istifadəylə bağlı hər hansı bir qadağa olmasa da, cəmiyyətdə bu simvolun təbliğatının aparılması birmənalı qarşılanmır. Müəyyən dairələrin təsiri altında olan bir qrup şəxslər zaman-zaman Azərbaycanda da bu cür tədbirlər təşkil etməyə çalışıblar. Bir həftə bundan öncə bu mövzuda hazırladığımız məqəladə (Bax: https://azpolitika.info/?p=673155) Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi və Rus Evinin təşkilatçılığı ilə paytaxtda “Georgi lenti” aksiyasının keçiriləcəyini xəbər vermişdik. Xatırladaq ki, aprelin 30-na təyin olunan bu aksiya, cəmiyyətin kəskin etirazından sonra ləğv edilmişdi.

Ancaq təəssüf ki, iki gün öncə azyaşlı şagirdlərin iştirakı ilə təşkil olunan bənzər tədbirin qarşısını almaq mümkün olmayıb. Bu şagirdlərin “Georgi lenti”, rus bereti, SSRİ bayrağı və gerbi ilə görüntülənmələri Azərbaycan təhsili adına “utancverici” hadisə idi. 

Ən dəhşətlisi də odur ki, tədbiri təşkil edən “ruspərəstlər” öz çirkin oyunlarına bu simvollardan xəbərsiz olan şagirdləri alət ediblər. Görünür, aprelin 30-da öz məkrli planlarını gerçəkləşdirə bilməyən “beşinci kolon”un nümayəndələri, əllərində qalan lentləri bu yolla nümayiş etdirmək istəyiblər. Sözügedən hadisə 164 saylı orta məktəbdə baş versə də, digər təhsil müəssisələrində də analoji hadisənin təkrarlanıb-təkrarlanmadığı məlum deyil.

Bu mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, “Təhsil Haqqında” Qanuna görə, orta məktəblərdə bu cür təbliğatların aparılması yolverilməzdir: Təbii ki, İkinci Dünya Müharibəsində Sovet ittifaqının qələbə qazanmasında Azərbaycanın da böyük xidmətləri olub. Ancaq bu o demək deyil ki, müstəqil ölkə olan Azərbaycanda Sovet Rusiyasının və ya hansısa bir “Georgi lenti”nin təbliğatı aparılmalıdır”.

Ekspert qeyd edib ki, bu hadisə ciddi qanun pozuntularından xəbər verir: “Orta məktəblərdə hər hansı bir tədbir keçirilərkən, mütləq yuxarı orqanlarla razılaşdırılmalıdır. Orta məktəb şagirdləri hər hansı bir təbliğata alət edilə bilməz. Şagirdlər vasitəsilə kimlərəsə hansısa siyasi mesajların verilməsi qəbuledilməzdir. Bu gün bizim məktəblərimizdə bunu edənlər, sabah başqa təxribatlara da əl ata bilərlər. Hesab edirəm ki, təkcə məktəb direktoru yox, ona rəhbərlik edən şəxslər də cəzalandırılmalıdır. Hər halda bu şəxslər Azərbaycan təhsilini yiyəsiz, başsız, sahibsiz görüblər ki, bu cür təxribatlara, davranışlara yol veriblər. Digər tərəfdən hər kəs bilməlidir ki, məktəblərdə dini, siyasi təbliğatın aparılması yolverilməzdir. Bu məktəb hansısa ölkənin özəl filialı deyil. Bu məktəb müstəqil Azərbaycanımızın təhsil ocağıdır.

Biz Azərbaycanın İkinci Dünya Müharibəsindəki uğurlarını milli atributlarımızla qeyd etməliyik. İmkan verə bilmərik ki, Qələbə günü bəhanəsilə bizə yad, düşmən olan atributlardan, lentlərdən istifadə edilsin. Ümid edirəm ki, bu şəxslər Azərbaycanın müstəqillik prinsiplərinə, eyni zamanda təhsil siyasətinə vurduqları ziyana görə sərt şəkildə cəzalandırılacaqlar”.

Ancaq təəssüf ki, “rusbaşlar”ın təxribatçı hərəkətlərinə hələlik lazımı qiymət verilməyib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 164 nömrəli orta məktəbdə baş verən hadisəni “malalayaraq”, 9 May gününə həsr edilən tədbirin məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edildiyini bildirdi. Məktəbin bu simvolları, beretləri, yazılı şüarları haradan əldə etməsiylə bağlı heç bir məlumat verilmədi.

Təhsil Nazirliyi də heç açıqlama verməyə ehtiyac duymayıb.

Məlumat üçün qeyd edək ki, sözügedən məktəbin direktoru Qədirova Kəmalə Ənvər qızıdır. 10 ilə yaxındır ki, K.Qədirovanın direktoru olduğu 164 saylı orta məktəbdə tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Təhsil Nazirliyinin məlumat bazasına əsasən, o, Şuşa Mədəni-maarif məktəbində təhsil alıb.  Daha sonra isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu (İndi ki, Bakı Slavyan Universiteti) bitirib. 1983-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. Təhsilə dair 2012-ci ildə Rusiyada, 2015-ci ildə Dubayda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib.

Sual olunur ki, 39 ilin pedaqoqu, Təhsil Nazirliyinin “qabaqcıl təhsil işçisi”, müxtəlif beynəlxaq tədbirlərin iştirakçısı olan Kəmalə xanımın həqiqətən də bu simvoldan anlayışı olmayıb, yoxsa kimlərinsə sifarişini yerinə yetirir?

Kim bilir, bəlkə bununla “5-ci kalon”un təmsilçiləri “Rusiya imperiyasının simvollarını uşaqlarınızın yaxasına taxarıq” deyə Azərbaycan dövlətinə meydan oxuyur... 

Qeyd edək ki, Kəmalə Qədirova hazırda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Appelyasiya Şurasının üzvü vəzifələrində çalışan, Rusiyaya xüsusi məhəbbəti olduğu deyilən Fərzəli Qədirovun həyat yoldaşıdır. Həmin Fərzəli Qədirov ki, mediada barəsində kifayət qədər tənqidlər və hətta korrupsiya, rüşvət ittihamları yer alıb. Onu Təhsil Nazirliyinin “qara qutu”su adlandırırlar...

Onu da qeyd edək ki, Fərzəli Qədirov da rus sektorunu bitirib. Yəni o da "rusbaşlar"dandır. "AzPolitika.info"ya verilən məlumata görə, bir müddət əvvəl Fərzəli Qədirovun təhsil nazirinin müavini vəzifəsinə də təqdimatı olub. Ancaq Prezident Adminstrasiyasında namizədliyi uyğun hesab edilməyib. 

164 nömrəli məktəbdən paylaşılan fotoda diqqətimizi çəkən məqamlardan biri də, divardan asılan löhvədə Prezident İlham Əliyevin “Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir” yazısı oldu. Ölkə başçısının da vurğuladığı kimi, həqiqətən də müasir dünyada bilik, savad, təhsil cəmiyyətin gələcək taleyini müəyyənləşdirən əsas elementlərdir. Ona görə də təhsilimizdə cəmiyyətimizin gələcəyini şübhə altına atan direktor və müəllimlərə yer olmamalıdır...

Ölkə vətəndaşları da övladlarını rus məktəblərinə qoyarkən iki dəfə fikirləşməlidirlər. Bu məktəblərdə Kəmələ Qədirova kimi “direktorların” olduğunu, övladlarının “5-ci kolon”un çirkin oyunlarının qurbanına çevrilə biləcəyini, milli kimliklərindən uzaq düşürüləcəklərini unutmamalıdırlar...

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Mehmet 2022-05-15 11:36:52

5-ci kolonun Almaniya qanadı: https://twitter.com/HasanovR /status/1523635930963509248

miri 2022-05-15 00:33:09

xarici işlər nazirliyi hələ də rusların oylağı qalmaqda davam edir.

2+2=4 2022-05-09 20:50:28

Araşdırılması zəruri olan sualların elmi müstəvidə tədqiq olunmasında qeyri-adi heç nə yoxdur, əksinə, belə hallar təqdir olunmalıdır, ən azından o səbəbdən ki, bu, inkişaf üçün mütləq zəruridir; belə sualların içtimailəşdirilməsi narahatlıq yarada bilər, məncə...

vətəndaş 2022-05-09 12:01:50

BƏRBAD BİR YAZI. BƏRBAD BİR DÜŞÜNCƏ. BƏRBAD BİR YANAŞMA. HƏR ZAMAN OLDUGU KİMİ

Veterana cavab 2022-05-09 06:53:09

Görəcəksiniz bu ər-arvada gözûnüz üstə qaşınız var deyən də olmayacaq. Fərzəlinin arxası çooooox güclüdür. Bir vaxt Primakova Slavyan Universitetində ad günü keçirdən ... kimi yəqin ki Kamalə müəllimə də yüksək vəzifəyə təyin olunacaq.

Azərbaycan-Türkiyə 2022-05-09 02:37:24

Kamran muellim, size derin teshekkur edirem bu deyerli yaziya gore, ne yaxshi ki sizin kimi milli ve savadli insanlairimiz var tehsil sahesinde.

Amon 2022-05-09 00:23:33

Sert ceza lazimdi o da yoxdu

ayrım 2022-05-08 23:47:10

...məgər Bakıda ssriyə aid sinvollar bitib ya tükənib? Paytaxtin mərkəzində Azərbaycan prospektində sərhəd xidmətinin qarşısındakı binanın üzərindəki ssri gerbini bayrağını korsuz görmürsüz? Necə illərdən bu günə kimi qalıb ?

RR 2022-05-08 23:00:33

DTX neyi qôzleyir ?

Veteran 2022-05-08 20:31:17

Ər-arvad deyilən bu antimilli ünsürlər ya ... Rus ... ayaqaltısı olan bu tupləri açıq aşkar təcrid etmək və damlamaq lazımdır.

turan 2022-05-08 19:18:56

Belə çıxır ki, ruspərəstlər ölkənin təhsil sistemini ən yuxarı eşelonunda oturublar.

müəllifə dəstək 2022-05-08 16:36:34

Yazını bəyəndik! İradlar ədalətlidir!

Vahid 2022-05-08 15:45:37

Mekteb direktoru cezalandirilmalidir.

Rafiq Səfərov. 2022-05-08 15:37:26

Sərt şəkildə cəzalandırmaq lazımdır ki,başqalarına da ibrət dərsi olsun. Başqa dilləri öyrənmək isə zəruridir.Eləcə də düşmənin dilin.

rasim quliyev 2022-05-08 15:27:34

Kemale x erinin hesabina o vezifededir ona gore malaliyirlar 15direktor olar artiq osminoq kimi kok atib

müəllim 2022-05-08 14:00:56

Yəqinki Kamalə müəllimə bu fəaliyyəti ilə kimlərəsə siqnal vermək istəyib. Yəni ki biz dayanmamışıq, biz hər zaman sizinləyik, sizin əmrinizdə müntəzirik! Bu 5-ci kolonun nümayəndələri ki var bir yerdən yox olur, o biri yerdən peyda olurlar. Sanki ölməz Kaşşeydirlər. Onların kökünü kəsmək çox çətindir. Alaq otu kimidirlər.

müəllim 2022-05-08 13:54:31

Məsələ məlum oldu! Deməli xanım direktor toxunulmaz Fərzəli müəllimin xanımı imiş. Hər şey yuxarıdan başlayır. 5-ci kolon hərəkətdədir.

Turan 2022-05-08 13:46:40

Uşaqlarimizın geleceyini vətənimizin tarixinə və taleyinə bu cūr biganə yanaşanlara tapşırmağin neticesidir ki, hələ də bir çox orta məktəblerde 23 fevral və 9 may bayram edilir şagirdler bir-birine hediyyeler verirler.

Салман 2022-05-08 13:28:11

Считаю все обвинения не обоснованными многовековые дружеские отношения с Россией надо беречь. У нас много общего.

t.ədalət 2022-05-08 13:25:40

Bu gün yüksək vəzifələrə bir qayda olaraq ordudan yayınan fərarilər,rusbaşlar və erməni ilə bulaşıq olanlar irəli çəkilir.Sanki,Qarabağda bizi öldürən ruslar deyil kimi,Azərbaycanı Türkiyədən ayrı sala bilən adamlara üstünlük verilir.Özü də hamının gözü qarşısında anti-milli addımlar atılır.Azərbaycanı Türkiyədən ayırmağa çalışanlar,unudurlar ki,indi bu mümkün deyil.Hər şeyi sükutla qarşılayan xalq,heç vaxt rusun müstəmləkəsinə getməyəcək.

t.ədalət 2022-05-08 11:46:49

Bu qadının baxışlarında milli xəyanətin obrazı canlanır.Hökumət casus axtarır.Bu da sənə casus!Buyur,tədbirini gör!

Aganatiq 2022-05-08 11:28:03

Nə kalon nə də kolon sözü yoxdur. bu rus sözüdür колонна, Azərbaycan dilində düzgün tərcümə tapın

Oxucu 2022-05-08 10:23:07

Üşaqları Rusiyaya, Dubaya gedib-gələnlərə tapşırmayın! Abrınız-həyanız olsun!

Son yazılar