Menu

Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yatırıldı

08.05.2022, 15:09
Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yatırıldı

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bəzi tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib. Məlumata görə, 86 yaşlı Kral Ciddədəki Kral Feysəl Xəstəxanasına aparılıb.

Monarxın səhhətilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, sonuncu dəfə Kral Salman müayinə məqsədilə 20 iyul 2020-ci ildə xəstəxanaya aparılıb və üç gün sonra öd kisəsindən əməliyyat olunub.

Mənbə: TRT

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol