İCRA BAŞÇISI İŞƏ İDMAN GEYİMİNDƏ GƏLİR? - İcra Hakimiyyətindən açıqlama + VİDEO

Bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.

Paylaşlan videogörüntülərdə İcra başçısının qəbula gələn şəhid ailəliriylə mübahisə etdiyi görünür.

“Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”,- şəhid atası bildirir.

Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olması da diqqət çəkib.

Məsələ ilə bağlı Xızı rayon İcra Hakimiyyətindən “AzPolitika.info”-ya bildirildi ki, videogörüntüdəki şəhid ailələri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilib: ”Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Belə ki, şəhid Alik İsayevin qardaşı Cahangir İsayev Xızı Rayon İcra Hakimiyyətində işlə təmin edilmişdir.

Məsələ ilə bağlı münasibət bildirən Razi Nurullayevə məsləhət bilərdik ki, təmsil etdiyi dairə üzrə öz seçicilərinin problemləri ilə maraqlansın və onların etimadını qazansın. Bu kimi məsələlərdən xal qazanmaqla, siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir”.

Xızı rayon İcra Hakimiyyətindən Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olmasına isə heç bir münasibət bildirilmədi.

Qeyd edək ki, Xəzər Aslanov 2020-ci ildə həbs olunan Neftçalanın sabiq icra başçsı İsmayıl Vəliyevin qohumudur.

“AzPolitika.info”

635x100

Şərhlər

Ferxad 2022-05-13 02:14:08

Shehid atasisan deyne hami sene bash eymelidi?

kim 2022-05-12 21:22:52

mən heç birini tanımıram. amma bu qurama bir şeyə oxşayır. başçı da hiss elədi ki nəsə çəkiliş var, baş qoşmadı.

Yaqub 2022-05-12 17:10:05

Xəzər Qəşəm Aslanovun oğlu olduğu üçün bu postu tutub. Özünün indi açıq şəkildə biruzə verdiyi səviyyəsi(sizliyi) nə qalsa onun orda yeri yoxdu. İndiki duruma düşməsi 4-5 il əvvəlki cəzasızlıq mühitinin onda yaratdıgı harınlığın, qudurğanlın kameraya düşən təzahürüdür. O elə bilir ki Qəşəmin ogludur deyə ona heç kim toxuna bilməz. Baxaq görək Xəzər haqlımı olacaq..

Tahir 2022-05-12 13:38:48

Cənab Prezident Neftçalanın İH başçısının timsalında geyimlə bağlı ciddi iradını bildirmişdi. Prezidentin iradından sonra belə libasda iş yerinə gələn Xəzər Aslanov ya birmənalı olaraq ......, ya da Prezidentin iradını saymır və iqnor edir. Məncə bu onun bu vəzifədə son görüntüsü olmalıdır.

Eldəniz 2022-05-12 09:47:27

Hələ də icra başçıları özlərini orta əsrlərdə mövcud olmuş feodallar kimi aparır.

SabinaK 2022-05-12 08:38:53

Şəhid qanı bütün məmurlara haram olsun! Bezmişik uje millət olaraq bu qaniçənlərdən

Vuqar Memmed.oglu 2022-05-12 00:52:28

İcra hakimilə danışan elə tonda danışır ki,sanki onu döymək istəyir? Danışıq qaydasını öyrən.....

Səlim 2022-05-11 19:07:15

idmançıda da o boyda qarın olar?

Son yazılar