“Putinin qorxusu” - Almaniyalı deputat müharibənin səbəbini göstərib

Ukraynaya qarşı müharibənin səbəbi NATO yox, Rusiya Prezidentinin demokratiya və azadlıq uğrunda hərakatdan qorxusudur. Alyans heç vaxt Rusiyaya hücum etməyə çalışmayıb, Rusiya lideri azadlıq və demokratiyadan qorxur.

Bu fikri Bundestaqın deputatı (xarici siyasət komitəsinin üzvü) və ehtiyatda olan polkovnik Roderix Kizevetter «DW»-yə müsahibəsində işlədib.

Onun sözlərinə görə, Rusiya Prezidenti görüb ki, rusiyalı müxalifətçi Aleksey Navalnı onun dövlətində çoxminli nümayişlər təşkil edə bilər və izləyib ki, Belarusda yüz minlərlə insan küçələrə çıxıb və azadlıq uğrunda hərəkatı dəstəkləyib.

«…Və bu, Putin üçün həyəcan siqnalı oldu ki, yol vermək olmaz, Rusiyada və Belarusda 1989-cu ilin hadisələri təkrarlansın (həmin il Şərqi Avropada kommunist rejimi süqut edib - Red.). Azadlıq və demokratiya uğrunda hərəkat qarşısındakı qorxu Putini Ukraynaya qarşı müharibə aparmağa məcbur edib, NATO yox» - deputat bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar