OLMASAYDI DÜNYADA... – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Feyk qurumların parıltılı diplom və medalları adını bildiyimiz və bilmədiyimiz yüzlərlə şəxsə  yubileylərində, bayram və ya ad günlərində “hədiyyə” edilir

Yəqin ki, qondarma adların, “donquli” mükafatların Azərbaycanda topdan ticarətinin təşkilinə görə müəyyən bonus və endirimlərlər də nəzərdə tutlmuşdur

Xalid NİYAZOV

“Rusiya Akademiyasında həmişə çalışıblar ki, ... orada, imkan daxilində, heç olmasa, axmaqlar toplaşmasın. Ancaq axmaqlar da akademik olmaq istəyirlər, ona görə də imkan yaranan kimi özləri üçün texniki peşə məktəbi səviyyəsində akademiyalar yaradırlar” - akademik B.Rauşenbax, kosmonavtikanın əsasını qoyanlardan biri, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı 

2022-ci ilin ölkə elmi ictimaiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasını və onun “müdiri” Ramiz Mehdiyevi “yaş yuyub quru sərdiyi” “qızmar” fevral günlərindən birində diqqətimi tarixçi-akademik Yaqub Mahmudovun Bonifasiana Akademiyasına həqiqi üzv seçilməsi barədə məlumat cəlb etdi. Məlumatda AMEA prezidentinin müşaviri olan akademikin bundan əvvəl “Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü” olduğu da xüsusi vurğulanmışdı.


Azərbaycan elminin irili-xırdalı hər bir nailiyyəti ilə fəxr etdiyimiz kimi, bu uğura da ürəkdən sevindik, ələlxüsus da ona görə ki, Vatikanın adı ilə bağlı Bonifasiana Akademiyası bizə yad struktur deyil – elm adamlarımızın layiqincə “qiymətləndirilmədiyi” Avropada millət vəkili, ölkə iqtisad elminin “canlı korifeylərindən” biri olan Eldar Quliyev neçə ildir ki, bu akademiyanın həqiqi üzvüdür.

Azərbaycanın fizika, kimya, biologiya üzrə ixtisaslaşmış onlarla az-çox tanınmış alimini kənarda qoyub, tarixçi alimi üzv seçmiş Avropa Təbiət Elmləri Akademiyasına da yepyekə bir təşəkkür düşür. “Nöşün”ü barədə bir qədər sonra. Qurumun saytını arayıb tapdıq və... qəribə mənzərə ilə rastlaşdıq. Məlum oldu ki, “Avropa akademiyası” adlansa da, sıralarında İngiltərə, İtaliya, Fransa və digər ən azı coğrafiyaca Avropaya aid ölkələr adına “dərmana” bircə alimin belə olmadığı bu qurumun MDB üzrə vitse-prezidenti R.Melik-Ohanyan adlı bir şəxsdir, yəni erməni! “Donquli” akademiklərinin əsas hissəsi isə, sən demə, Azərbaycandan və Ermənistandan imiş. 

Deputat E.Quliyevlə yanaşı, Bakının 162 saylı məktəbinin direktoru S.Abbasova, Xalq rəssamı A.Əzizov, Bakı Təhsil İdarəsinin metodisti S.Əmənova, dilçi alim, jurnalist, yazıçı və dramaturq A.Babayev, həkim-pataloqoanatom Ə.Həsənov, Dəniz Akademiyasının Məlumat-Resurs Mərkəzinin direktoru R.Hümbətəliyev, Bakı Təhsil İdarəsinin keçmiş şöbə müdiri Ə.Cavadova, 91 saylı məktəbin direktoru S.Zülfüqarova, gənc rəssam A.Hümbətova, sabiq ombudsman E.Süleymanova, AMEA-nın müxbir üzvü E.Qurbanov, keçmiş hərbi attaşe N.Əliyev və “təbiət elmləri üzrə mütəxəssis” sayılan onlarla digər Azərbaycan vətəndaşının adı kiçik bir ödəniş qarşılığında bu qurumun akademikləri sırasına daxil edilib. Feyk-akademiyanın hətta ayrıca Azərbaycan bölməsi var və bu “bölməyə” E.İskəndərzadə rəhbərlik edir.

Aydındır ki, bəziləri üçün bu tipli ödənişli qurumlara üzvlük vəsiqəsinin əldə edilməsi izzəti-nəfs məsələsidir. Bəziləri isə statusu sıradan bir kitabxanadan o yana keçməyən bu tip akademiyalara üzvlüyü yüksək karyera sıçrayışına fürsət və gələcəyə investisiya kimi dəyərləndirirlər. Niyə də yox!?

Baxın; 2021-ci il fevralın 8-də “Nyu-York Elmlər Akademiyası”nın (NY EA) akademiki, bizim yerli akademiyanın sabiq “müdiri” Ramiz Mehdiyev “Nyu-York Elmlər Akademiyası”nın digər üzvünü, 2005-ci ildən 2016-cı ilə kimi Sumqayıt Bələdiyyəsinin qalmaqallı sədri olmuş 73 yaşlı Əbülfəz Babayevi AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin etdi

Adamcığaz da park adını eşidəndə sevinib, düşünüb ki, mağıl, restorandan-kafedən bir şey açıb xımır-xımır işlədərəm. Sonra baxıb ki, bu “park” dedikləri bakılıların sözü olmasın “alayı şeydü”. Yəni bir el məsəlində deyildiyi kimi, kabab iyinə gəlmişdi, gördü ki, eşşək dağlayırlar. Son iki ildə bu vəzifəyə gətirilmiş beşinci şəxs olan Əbülfəz Babayev elm aləmində daha çox Lütfi Zadənin vəfatı ilə bağlı böyük alimin 60 il işləyib çalışdığı Berkli Universitetinə deyil, özünün pullu üzvü olduğu NY Elmlər Akademiyasına başsağlığı göndərməsi ilə yadda qalıb.

Və ya AMEA Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının “həqiqi üzvü” olub, oranın “Taclı ulduz ordeni” ilə mükafatlandırılandan cəmi üç ay sonra bəxti açılıb – 2021-ci il oktyabrın 15-də Nyu-York Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin sərəncamı ilə AMEA-nın Botanika İnstitutuna direktor təyin olunub.

Deməli, ad “işləyir”! Onlarla əsl akademiki və müxbir üzvü kənara qoyub feyk-qurumların üzvlərinə üstünlük verənlər isə... yadıma Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun bir çıxışı düşdü. O, 2020-ci ilin yanvarında Ramiz Mehdiyevin Nyu-York Elmlər Akademiyasının üzvü “seçilməsini” şərh edərkən sözügedən qurumun öz diplom və fəxri ad arayışlarını pulla satdığını bildirmişdi.

“Lənət sənə, kor şeytan! Ola bilməz!” deyib araşdırdıq, görəsən, həqiqətənmi Nyu-York Elmlər Akademiyasının üzvü adı pulla satılır? Azərbaycandilli Vikipediyada bildirilir ki, “Təşkilatın rəsmi saytındakı məlumata görə, bir illiyə üzvlük haqqı ABŞ vətəndaşları üçün 108 ABŞ dolları, digər ölkə vətəndaşları üçün 129 dollardır”. Rusdilli Vikipediya isə məlumat verir ki, NY EA-nın “140 ölkədən 25 mindən çox üzvü var. Üzvlük haqqı ödəyən istənilən şəxs akademiyanın üzvü ola bilər”. Necə deyərlər, “ Al nənə, bu da sənə Yuryev günü!” 

Nəhayət, NY Elmlər Akademiyasının öz saytına müraciət etdik. Saytın Ana səhifəsində “Become a member” (“Üzv olmaq”) düyməsini basmaq kifayətdir ki, özün haqqında məlumatları daxil edərək E-sertifikatı alasan. Həm də daha əvvəlki kimi məktub yazıb sənədlərin kseronüsxələrini dünyanın o başına poçtla göndərib, aylarla gözləməyə ehtiyac yoxdur. Hər şey internetdə həll olunur. Hə, bir də qiymət azacıq artıb; daha 108 dollara “Nyu-York”da akademik olmaq mümkün deyil, 135 dollarından keçməlisən. Yəni, “ver + al = al + ver”. Bu qədər sadə!

Bəli, təəssüf ki, Azərbaycan vətəndaşları arasında “mənəm-mənəm”liyi ölkə sərhədlərinə sığmayan, xaricdə ciddi elmi qurumlarda tanınmağa şansı olmayan, lakin təşəxxüsü və təkəbbürü “yüksək beynəlxalq elm zirvələrinin fəthini” tələb edən, buna görə də diplom alverinə qoşulub “hörmətli” qurumların üzvlüyünü alanlar az deyil.

Belə bir təəssürat yaranır ki, sanki bu əldəqayırma xarici akademiyalar və cəmiyyətlər bizim alimlərin dəyərini və qədrini özümüzdən daha çox bilirlər, daha tez qiymətləndirirlər. Bəzi alimlərimiz əvvəl Nyu-Yorkun, digər feyk akademiya və qurumların üzvü olduqdan sonra Azərbaycanda akademik seçilə bilirlər.

Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş rektoru Siyavuş Qarayev dörd il NY EA-nın üzvü olduqdan sonra 2007-ci ildə AMEA-nın akademiki seçilib. Bakı Dövlət Universitetinin keçmiş rektoru, 1998-ci ildən NY EA-nın üzvü, 2005-ci ildə daha bir feyk qurum – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın aparıcı təhsil xadimi" (nəyi və haraya apardığı Şeyxlə İspaniya səfərindən sonra bilindi) adını, 2010-cu ildə digər fırıldaqçı qurum – Amerika Bioqrafiya İnstitutunun (ABİ) "Qızıl medal"ını almış Abel Məhərrəmov 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

Amma həqiqət naminə deyək ki, heç də hamının bəxti belə yüyürək olmur. AMEA Geologiya və Geofizika İnstitutunun "Neft-qaz hasilatı texnikası" laboratoriyasının müdiri, 2001-ci ildən AMEA-nın müxbir üzvü olan Z.Abbasov, akademiyanın Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasının rəhbəri, prof. Y.Əsədov, həmin institutda çalışan AMEA-nın müxbir üzvü Z.Vəliyev, biologiya elmləri doktoru, prof. C.Nəcəfov, filologiya elmləri doktoru, “nəğməkar şair” V.Əhməd, Azərbaycan Texnologiya Universitetinin professoru Ə.Bayramov, AzTU-nun kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi, prof. E.Qocayev, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Ə.Zeynalov, ötən əsrin 90-cı illərində Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru olmuş, texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmış və iki dəfə millət vəkili olmağı bacarmış Ə.Vəliyev, AMEA-nın müxbir üzvü, Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri F.Səmədova, vaxtilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna rəhbərlik etmiş F.Abdullayev, bəzi jurnalistlərin yazdığı kimi, “müasir tibb elminin qarşısında aciz qaldığı ən çətin xəstəlikləri dərmansız, iynəsiz müalicə edən”, hətta " Rentgen qadın" adı almış Z.Mayılova və digərləri “pul tələsi” kimi məşhurlaşmış NY Elmlər Akademiyasının bəzəkli diplomunu alsalar da, onların elmi xidmətləri vətənlərində “yetərincə” qiymətləndirilməyib və onlar AMEA-nın üzvü ola bilməyiblər.

Artıq Azərbaycanda pulla alınan feyk diplomların zəngin kolleksiyasına sahib olan unikal şəxslər də var. Millət vəkili, “Azərittifaq”ın əbədi sədri, ali məktəb kimi Biləcəri bir yana, heç 20 Yanvar “kruq”undan üzü o tərəfə tanınmayan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev Türk Dünyasının Araşdırılması üzrə Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının akademiki, Gürcüstan Respublikası Suxuşvili Texniki Universitetinin “fəxri doktoru”, Roma şəhərinin "fəxri alimi"dir. O, Beynəlxalq Türk Dünyasının Araşdırılması Elmlər Akademiyası tərəfindən Qızıl Ulduz medalı və Beynəlxalq Atatürk Mükafatı ilə, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Avropaya Xidmət Ordeni”, “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə “təltif olunmuş”, "Avropanın Əməkdar Elm Xadimi" və "İlin alimi" adlarına “layiq görülmüşdür”.

Bu yerdə bizi “ellimiz” üçün duyduğumuz qürur və iftixardan sevinc qəhəri boğduğu üçün “antrakt” adına bir haşiyə çıxmağa ehtiyac yarandı. Eldar müəllimin Avropa Təbiət Elmləri Akademiyasının Leybnits və Eyler adına medallarını necə aldığını dəqiq bilmirik. Lakin dəqiq olan odur ki, yalnız Almaniya Elmi Tədqiqat Cəmiyyəti tərəfindən verilən Leybnits adına əsl mükafatın (Gottfried-Wilhelm-Leibniz-Preis) medalı yoxdur, o, pulla satılmır, əksinə, onu qazanana 2,5 milyon avro pul mükafatı təqdim olunur. Əsl Eyler adına qızıl medal isə Rusiya Elmlər Akademiyası tərəfindən riyaziyyat və fizika sahəsində dünya səviyyəli kəşflərə görə verilir. İndiyədək bu mükafata rus nüvə silahını yaradan İ.Kurçatov, raket mühərrikləri nəzəriyyəsini yaradanlardan F.Frankl, SSRİ Elmlər Akademiyasının prezidentləri – akademiklər A.Aleksandrov və Y.Osipov kimi cəmi səkkiz alim layiq görülüb.

Sevindirici haldır ki, professor deputatımız sadəcə mükafat istehlakçısı deyil, həm də fəal tədarükçüsüdür (nahaq yerə “Azərittifaq”ın sədri deyil, ha!). “Qəttəzə”, “ütüsü pozulmamış” bir misal – bu günlərdə Aşqabadda Mərkəzi Asiya dövlətləri və Rusiyanın parlamentlərarası forumu keçirilmişdir. Fürsəti dəyərləndirən Eldar müəllim Azərbaycan Ağsaqqallar Şurasının qərarı ilə Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədova “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etmişdir.

Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, prof. E.İsgəndərzadə nəinki çox sayda mənşəyi tərəddüddə buraxan diplom və mükafatlar kolleksiyasının sahibidir, həm də iki feyk akademiyanın – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının Azərbaycan nümayəndəliyinin rəhbəridir. 

O, 2002-ci ildə NY EA-nın, 2003-cü ildə “Qafqaz Xalqları” Beynəlxalq Elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyasının, 2005-ci ildə Beynəlxalq Kadr Akademiyasının, 2006-cı ildə Avropa Mədəniyyət Akademiyasının, 2010-cu ildə İtaliya Beynəlxalq Elmlər Akademiyasının, 2014-cü ildə Gürcüstan Milli Elmlər Akademiyasının, 2016-cı ildə Bonifasiana, 2017-ci ildə Rusiya Metrologiya Akademiyasının həqiqi üzvü diplomlarını alıb.

Yəqin ki, qondarma adların, “donquli” mükafatların Azərbaycanda topdan ticarətinin təşkilinə görə müəyyən bonus və endirimlərlər də nəzərdə tutlmuşdur. Necə deyərlər, bal tutan, barmaq yalar.

Yeri gəlmişkən, parıltısı göz çıxardan kağızlar kolleksiyasını genişləndirmək istəyənlərin nəzərinə – Moskvanın yeraltı keçidlərində, daha çox da “Arbatski” həndəvərində “Nobel mükafatı laureatı” vəsiqələri satılır. Qiyməti çox da baha deyil. Qarabuğdayılara xüsusi “endirim” də var.

Fırıldaqçı qurumların toruna düşənlər arasında kifayət qədər titullu alimlər də var. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olmuş texnika elmləri doktoru, professor, akademik, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Ə.Abbasov Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademikidir, bir neçə dəfə Kembric Bioqrafiya Mərkəzi tərəfindən "İlin beynəlxalq adamı" və "Uğurlu adam" elan edilmişdir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri olmuş, dörd (!) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü İ.Həbibbəyli həm də Nyu-York Elmlər Akademiyası, Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Amerika Bioqrafiya İnstitutu kimi feyk qurumların akademiki adlarını alıb.

Qaçaraq bir araşdırma kifayət edir ki, NY EA kimi Amerika Bioqrafiya İnstitutunun da şöhrətpərəst alimlərimizi tovlayıb pullarını alan primitiv, fırıldaqçı qurumlardan biri olduğu üzə çıxsın. Hər il yüzlərlə insan haqqında məlumatı 195-295 USD ödəniş qarşılığında öz sorğu kitablarına və nəşrlərinə daxil edən ABİ “İlin kişisi”, “İlin qadını”, “İlin adamı”, “İlin alimi” kimi adlarla kifayətlənməyən özündənrazı şəxslər üçün “Onilliyin”, “Əsrin”, “Dünyanın”, “Beynəlxalq”, “Ən müdrik”, “Ən görkəmli” və s. bu kimi epitetlər də təklif edirdi. 2012-ci ildə bu şirkət özünü bankrot elan edib bağlansa da, onun yerini bu tipli digər qurumların tutduğuna heç bir şübhə yoxdur.

Ətrafdakılarda özü haqqında reallığa uyğun olmayan daha yüksək rəy yaratmağa çalışan insanlara “pullu xidmətlər göstərən” bu tipli qurumlar arasında ən primitivi, əlbəttə ki, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasıdır (BİA). Sovet dönəmində Moskvada “Mosqorspravka” (Moskva şəhər arayış idarəsi) şəbəkəsinə məxsus, şəhərin küçə və parklarında yerləşən, 15 qəpik ödəniş qarşılığında müxtəlif müəssisələrin, dövlət idarələrinin ünvanı, telefon nömrəsi haqqında arayış verən köşklər vardı. Beynəlxalq İnformasiyalaşdırma Akademiyası haqqında Vikipediyada yazılır ki, o, öz başlanğıcını həmin “Mosqorspravka”dan götürüb. “Bu idarələrin həm hüquqi, həm də faktiki ünvanı eynidir. BİA-nın rəhbərliyi həm də Mosqorspravkanın rəhbərliyidir. 1990-cı idə bu müəssisə “SSRİ İnformasiyalaşdırma Akademiyası” kiçik müəssisəsi, 1992-ci ildə isə “Beynəlxalq İnformasiyalaşdırma Akademiyası” kimi təkrar qeydiyyatdan keçib. Bu təşkilat rəsmi strukturlar tərəfindən tanınmayan, gurultulu adlar üçün darıxan iddiaçılara “akademik” diplomlarının satışı ilə məşğul olur”.

Göründüyü kimi, hər şey çox bəsitdir. Elmin müxtəlif sahələrində yüksək nailiyyət qazananları qiymətləndirmək üçün təsis olunmuş Nobel, Eynşteyn, Volf, Kioto, Fred Kavli, Tyurinq, Heyneken kimi yüzlərlə həqiqi elmi mükafata, nüfuzlu medallara əli çatmayan “alim”dən biz nə gözləyirik ki? Belələrinin heç bir xüsusi elmi istedad, bacarıq, zəhmət tələb etməyən, ucuz qiymətə başa gələn “fəxri adların”, “mükafatların” arxasınca qaçması acınacaqlı olsa da, təbiidir.

Yalançı fəxri adlar epidemiyası elmi cəmiyyətdən kənara çıxaraq geniş kütlələri yoluxdurmaqda davam edir! İş o yerə çatıb ki, illərdir BMT adından sui-istifadə hallarına, bu mötəbər təşkilatın guya sağa-sola mükafatlar paylamasına biganəliklə göz yuman BMT Azərbaycan nümayəndəliyi 2022-ci il yanvarın 26-da xüsusi bəyanatla çıxış etməyə məcbur olub. Bu mötəbər təşkilatı hövsələdən çıxaran “son damla” “Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Birləşmiş Millətlər Sosial Təltiflər şurasının Azərbaycan təmsilçisi” kimi təmtəraqlı adların daşıyıcısı prof. E.İsgəndərzadənin "Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyevaya “İnsanlığa, dünya mədəniyyətinə və iqtisadiyyatına xidmətlərinə görə” guya BMT-nin "UN Council for Public Awards” (UNCOPA) təşkilatının Avropa "Şərəf” ordenini təqdim etməsi olub.

Nümayəndəlik qətiyyətlə bildirib ki, “BMT-nin UNCOPA adlı strukturu və ya agentliyi yoxdur. Bu təşkilatın verdiyi mükafatların BMT ilə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, bəzi məmurlar, mədəniyyət və elm nümayəndələri (misal olaraq deputat E.Quliyev, aktrisa S.Bağırzadə, iş adamı R.Əliyeva göstərilib) öz tərcümeyi-hallarında BMT-dən mükafat aldıqlarını qeyd edirlər. Amma bu, reallığı əks etdirmir”. Bəyanatda xüsusi qeyd olunur ki, BMT-nin Dövlət Qulluğu Mükafatı Azərbaycanda yalnız bir dəfə və bir quruma – ASAN Xidmətə verilib.

Əlbətdə, istisna olunmur ki, Nyu-York (İtaliya, Mexiko və digər onlarla ölkə və şəhər) elmlər akademiyaları, beynəlxalq informasiyalaşdırma akademiyası, Avropa təbiət elmləri (mədəniyyət, siyasət, inkişaf, sosial elmlər və s.) akademiyaları, Amerika (London, Kembric, Oksford) bioqrafiya mərkəzləri (institutları, ensiklopediyaları) və s. bu kimi feyk qurumların parıltılı diplom və medallarının adını bildiyimiz və bilmədiyimiz yüzlərlə sahibinə bu mükafatlar həmkarları, qohumları, yaxud tabeliklərində çalışan şəxslər tərəfindən yubileylərində, bayram və ya ad günlərində “hədiyyə” edilib. Təəssüf ki, indiyədək kiminsə KİV vasitəsilə bu “fəxri” adlardan imtina etməsinin, və ya belə mükafatı geri qaytarmasının, bu kimi halları pisləməsinin şahidi olmamışıq!

Bəs nə etməli? Bəlkə, xaricdə təhsil almış tələbə və magistrlərin diplomlarının nostrifikasiyasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyasını və ya təkrar attestasiya əsasında tanınmasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kimi bir ali qurum da xaricdən alınan “Akademik”, “Fəxri doktor”, “Əsrin ən ağıllı adamı”, “Minilliyin intellektualı” kimi feyk adları, “Qızıl”, “Brilyant” orden-medalları saf-çürük etsin, onların həqiqi qiymətini versin?! 

Axı, məhz belə saxta mükafat və adların sahibləri ictimai mühiti intriqalar və dedi-qodularla zəhərləyir, həqiqi elm adamlarını elm ocaqlarından bezdirib uzaqlaşdırır, əsl mükafat sahiblərini gözükölgəli edir, əziyyətlə, qan-tərlə, beyin gücü ilə qazanılan, ölkə başçısının sərəncamları ilə verilən həqiqi mükafatları gözdən və nüfuzdan salırlar!

PS. Hə, bir də ... bilməyənlər üçün ipucu verirəm: sərlövhədəki üç nöqtənin açmasını “Vanya” dayının (İ.Krılov) zamanında orta məktəb dərsliklərinə də salınmış məşhur “Qarğa və tülkü” təmsilində tapa bilərsiniz.

Di bazar olsun!

Şərhlər

Şahin 2022-12-20 08:39:27

Apardığınız dəyərli təhlilə görə minnətdarlığımızı qəbul edin.Adlarını cəkdiyiniz bu adamların bir coxunu gündəlik həyatımızda dəfələrlə görərək hətta təmasda da olduğumuzdan Sizin rəyinizin bir daha düzgün olduğuna hec bir şübhə qalmır

İsa 2022-09-18 10:18:12

Gözəl araşdırmadır. Xalid müəllimə təşəkkür edirəm.

Akif m 2022-06-09 14:05:56

Xalid müəllimin yazıları hər zaman maraqlı olur. Qələmi də cəsarətlidir, özü də. Eşq olsun.

FEN 2022-05-28 00:38:47

Orada elmdən əlamət görünmür.Ota denaqoqiya mərkəzinə,yalan uydurmaqla,aldatmaça ilə büdçə uemək yuvasıdır.

vaqif 2022-05-25 13:22:26

Ruhi xanıma olar

F.E.D 2022-05-23 12:27:18

Əgər doğrudan da hakimiyyət AMEA-nı bir yüksək elm ocağı kimi görmək istəyirsəAMEA və institutlarndan zun illər özlərinə xüsusi kormuşka yaradan köhnə klanı oradan təmizlənməlidir..Onlar perspektiv alimləri kölgədə saxlayır.real fikirlərə ,irəliləyişə mane olur,lar.Çoxunun elmi titulları fiktivdir.Bir -birlərinə titul bağışlayır,Amma əməli bir nəticə görükmürAMEA-ın fəaliyyəti nəzarətdən knar saxlanılır və ya tutarlı faktlar (onların istəmədiyi) gizlədilir.Buna isə şəarait yaradılıb.

ramiz 2022-05-21 07:14:08

Çox sağolsun müəllif, bu yazı əsl elmi araşdırma oldu. Təşəkkürlər.

neriman seyfeli 2022-05-21 00:44:49

Zer qedrini zerger biler, ... savadsizlar ozlerine uygun elmi tebeqe formalashdirirlar

Sərraf 2022-05-20 22:31:27

Salam hörmətli Xalid bəy! Əlləriniz ağrımasın! Nə yaxşı ki nu mövzunu ictimaiyiləşdirdiniz! Bu iyrənclik mənim diqqətimi çoxdan çəkmişdi. Hələ onilliklər əvvəl bir iş yerində mənə bir ucdan adamlar müraciət edərək “onların necə böyük bir insan olduğunu hətta ABŞ-da və B.Britaniyada biliblər və bu barədə xaricdən təklif məktubu gəlib, Mümkün sə bu gələn məktubları ingiliscədən dilimizə çevir!” deyə xahiş edirdilər. Mən bu ad, tituul, “ilin adamı” “akademik”, “qızıl medal” təkliflərinin şöhrətpərəst adamların tamahı üzərində qurulmuş fırıldaqçı biznes olmasına əmin idim. Bir də mən 100% əminəm ki, əsl ziyalı, alim heç vaxt belə”lipa” titul dalınca qaçmaz. Əgər qaçırsa, onun nəinki MEA akademikliyi, hətta elmlər doktorluğu onun öz zəhməti deyil, pulla yazılmış psevdoelmi cəfəngiyyatdır və eləcə də professorluğu akademikliyi yerlibazlıq, dostbazlıq, tayfabazlıq və s. priyomları, fəbdləri vasitəsi ilə əldə edilmiş riyakar “nailiyyətdir”. Çox heyf onların zəbt etdikləri kreslolardan, xalqın qanı ilə qazanılmış pulların onların ciblərinə getməsindən! Xalid bəy! İr də vaxtınız olsa “lipa” elmi qurumlar tərəfindən keçirilən saysız-hesabsız yalançı “elmi konfranslardan” yazın. Hansı ki, 40-50 70 və s. dollara istənilən cəfəngiyyatı real elmi redaksiya olmadan, elmi dəyərləndirməsiz oz cəfəng “elmi konfranslarının” məcmuələrində dərc edirlər. Bu da yalançı gələcək və indiki alimlərin “dərc ehtiraslarını” ödəyən başqa növ julik biznesidir. Bunu da öz iti qələminizlə işıqlandırın!

Ali 2022-05-20 22:04:07

Nə deyəsən bu yazıya? Yalnız A -Fə -RİN!!!! Bu Azərbaycanda deyilən mövzuda yazılmış ilk ciddi araşdırmadır. Çoxdan lazım idi! şəxsən mən bir təşliatda müxtəlif feyk institutların pulla boş adlar vəd etməsi ilə bağlı xaricdən gələn "şanlı məktubları" dilimizə çevirməkdən bezmişdim. Mən belə hesab edirəm ki, kim ki. belə feyk ad-san həvəskarıdır o heç zaman doğruçu alim ola bilməz. Alim dünyagörüşü belə şeyləri qəbul edə bilməz. Bu o deməkdir ki, belə feyk şöhrət aşiqləri əsl alim yox, elmə dürtülmüş subyektlərdir Hətta bizim eA-nın üzvləri olsalar belə....

İM 2022-05-20 16:20:04

Adları qeyd olunmuş akademiklərin sayəsində savadlı kadrlarımız kənarda qalıb ?

Abdullah Ahmad 2022-05-20 13:24:23

Təşəkkürlər, Xalid bəy. Əlimizə sağlıq .Çox gözəl yazmısınız. Var olun.

Elmira 2022-05-19 14:03:25

Demək olar ki bu " akademiklar" Azərbaycanın deşmənidirlər!!!

Veteran 2022-05-19 10:58:28

Əsasən son 50 ildə fırıldaqçılıqla dövlətin bütün struktularını zəbt etmiş belə antimilii ünsürlər olan "akademiklər,alimlər, generallar,admirallar nə bilim daha nələrin -zadların əksəriyyəti məlum regiondan olan bir kəndin -kəsəyin..........

Roma 2022-05-19 10:29:40

Firuz adı ilə yazana: Sizinlə tamamilə razıyam. mən tam əminəm ki, Elmlər Akademiyasının ən azı 90%-ni ləğv eləmək və o vəsaiti millətin, xalqın digər ehtiyaclarına yönəltmək lazımdır...

Vətəndaş 2022-05-19 10:24:37

Həqiqi alimlər əl ayaq altında qalıb! " Alim öldü aləm öldü " deyiblər.

Camaat 2022-05-19 10:15:01

Antimilli ünsürlər sürüsü.Az qalıb sizin qoçülüğunuza.

ziko 2022-05-19 09:59:53

Müəllifə təşəkkür. adam bəzən heç heyfislənə də bilmir bu ölkədə baş verənlərdən.hər şey sanki məqsədli şəkildə total saxtalaşdırılıb.

Eldəniz 2022-05-19 07:02:42

Türkmənistan keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov bizim deputata ən düzgün olan mükafat təqdim edib ..Fəxri Ağsaqqal mükafatı..Bu mükafat əldə etməkdən ötrü heç bir elmi iş , kəşf , dissertasiya müdafiə etmək tələb olunmur...Gələcəkdə bütün mükafatların feyk olması haqda çox məqalə yazı çap oluna bilər .Bu normaldır demokratik cəmiyyətdə yasyiriq biz ..Amma fəxri ağsaqqal mükafatı yüz faiz feyk deyil..

Mwbariz 2022-05-19 04:51:03

E.quliyev Attestat ala bilməyən şəxsi tələbələr siyahısına daxil edir və ona diplom verir.Koperasiya u.ti bağlanmalıdır...

Roma 2022-05-19 00:43:24

-Roma adli serhciye və TARİX adı ilə yazanlara...Mənim yazım, məqalədə "adı və görkəmli titulları doğru olaraq ironiya ilə sadalanan" Eldar Quliyevə aiddir və bu misranı da onun yaradıcılığından sitat gətirmişəm: "Şəkiliyə dərs də keçər kəndçimiz.." Məlumat üçün deyim ki, mən özüm də Şəkiliyəm-Azərbaycanlıyam...

TARIX 2022-05-19 00:06:02

ROMA MİLLƏTİNİN ADİNİ YAZ.PARCALANMİŞ AZƏRBAYCANIMIZI PARCALAMAĞA CALIŞMAQLA KİMİN DƏYİRMANINA SU TÖKÜRSƏN.

Tahir 2022-05-18 23:29:14

Ölkə bir qrup dələduzun əlində birinci olub. Bunlar ölkənin iqtisadiyyatını, mədəniyyətini, təhsil və səhiyyəsini, elmini və idarəetməsini, mənəviyyatını elə zəhərləyiblər ki, xilası müşkülə dönüb və buna indi başlansa o illər lazım olacaq...

Akif 2022-05-18 20:30:13

SSRi dağılandan sonra Azərbaycanda təhsil və elm tamamilə məhv edildi. SSRİ dövründə yüksək elmi dərəcə almaq üçün çox nadir hallarda pul və tanışlıqla mümkün olardı. Məqalədə adı çəkilən akademik Eldar Quliyev Azərbaycan müstəqillik qazanana qədər mağa müdiri işləyirdi. Amma qısa müddətdə sıçrayışla o akademik elmi dərəcəyə nail oldu. Bütün bu biabırçılıqlar YAP hakimiyyəti dövrünün bəhrəsidir.

Roma adli serhciye 2022-05-18 19:35:12

Şəkinin hansı mütəfəkkir şəxsləri yetişdirdiyini wikipediadan öyrən, sonra yaz ki, “Şəkiliyədə dərs keçər kəndçimiz”! 80 rayon arasında Şəkililərin universitetə qəbul olma əmsalı statistikada ilk 10-dadır! Sən bir dpn bax gör sən haralısan, kökün nəslin haralıdır (əslən) və sənin eşalonundan kimlər Azərbaycan tarixində fərqlənib! Şəki yeganə yerdir ki, Xanlıq mirası hələ də qalıb bütün dünya Şəkiyə səfər edir. Şəkililər savadlı olduğundan digər irqə mənsublar Şəkini gözü götürmür! Ədəbli danışmaq namus və vicdan işidir!

Firuz 2022-05-18 19:22:17

Elmlər Akademiyası sanki elmin karikaturasını təzahür etdirir.Sovet respublikalarında Elmlər Akademiyaları Stalinin göstərişi ilə yaradılıb.Başlıca məqsəd isə istedadların üzə çıxarılması prosesinin təşkil edilməsiydi.İndi bu struktura qətiyyən ehtiyac yoxdur.

Fazil 2022-05-18 18:20:26

Mencek bu megalenin muelifine de bir medal duwur

bey 2022-05-18 18:08:02

Onda bunlar hamısı yalançı alimlərdiki,Gör bizim elmimimize kimler rehberlik edib.Bu biabırçılqdır ki.Bunlarda heç vicdan,veten məhəbbəti deyilen heç nə yoxdur.Heyif Azərbaycan.

sual 2022-05-18 18:04:55

Yox ay brat, yox...ürəyüvi buz kimi saxla...dayna....))))))))))))))

Roma 2022-05-18 15:21:56

"Artıq Azərbaycanda pulla alınan feyk diplomların zəngin kolleksiyasına sahib olan unikal şəxslər də var. Millət vəkili, “Azərittifaq”ın əbədi sədri, ali məktəb kimi Biləcəri bir yana, heç 20 Yanvar “kruq”undan üzü o tərəfə tanınmayan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev Türk Dünyasının Araşdırılması üzrə Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının akademiki, Gürcüstan Respublikası Suxuşvili Texniki Universitetinin “fəxri doktoru”, Roma şəhərinin "fəxri alimi"dir. O, Beynəlxalq Türk Dünyasının Araşdırılması Elmlər Akademiyası tərəfindən Qızıl Ulduz medalı və Beynəlxalq Atatürk Mükafatı ilə, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Avropaya Xidmət Ordeni”, “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə “təltif olunmuş”, "Avropanın Əməkdar Elm Xadimi" və "İlin alimi" adlarına “layiq görülmüşdür”." Eldar müəllimin yaradıcılığından..."Şəkiliyə dərs də keçər kəndçimiz...

Vidadi Göycə 2022-05-18 15:05:59

Metamorfoza

B.Qarabağlı 2022-05-18 15:05:28

Türk Dünyası Araşdırmaları ... Akademiyasını ölkəmizin üçdə bir əsrlik vəhşi işğalından tarixi haqq-hüququna çıxışında mühüm QURUM sayıram! 1918ci ildən 1987ci ilə qədərki tarixi araşdırma və zəruri sənədlərin Beynəlxalq qurum və maraqlı dövlət liderlərinə təqdimatı DQMV münaqişəsini avtoardıcıllıqla həll etməliydi?

Türk Turan 2022-05-18 14:52:38

Xalid Niyazova təşəkkür edirik, minnətdarıq. Çox təqdirəlayiq yazıdır.

Rüfət 2022-05-18 14:37:54

İMTAHAN günü o adlara yox əməllərə baxılacaq.

Əliəddin 2022-05-18 14:14:14

Belə hünərli oğlansansa humanitar sahənin də yüksək prestijli mükafatları var. Bilməmiş olmazsan Birini al Azərbaycan xalqını sevincə boğ. Rus nüvə silahını yaradan İ.Kurçatova gəlincə, rusların onun adına çıxdıqları həmin silahı ingilis və Kanada alimlərindən çırpışdıran KQB-nin adına yazsaydın daha ədalətli olardı.

RAMO 2022-05-18 14:13:17

Vay-vay-vay...

t.ədalət 2022-05-18 13:52:58

Tə\kcə "alimciyəzlər" deyil,son zaman nazir və iri ranklı vəzifələrə təyinatlar da savadsızlara aiddir.Adlarının yanına "ABŞ -da filan 3 ayulıq kurs bitirmiş","İngiltərədə avaralar kursunu" bitirmiş kimi iyrənc izahlar əlavə edilən bu adamlar ölkəmizin inkişafını getdikcə əngəlləyirlər.Elə məmurların talançılıq və büdcə oğurluğu da həmin "çobanlıq akademiyasından" məzun olmalarından irəli gəlir.Yadınıza gəlirsə,Allahşükür Paşazadənin deputat qardaşının "savadlı "bir yazısından bəhs olunmuşdu..

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.