Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender komissiyaları yaradılıb.
"Report" xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Gender komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir:
"Düşünürəm ki, daha çox bələdiyyələri əhatə etmək üçün müvafiq dəstək göstərmək və təşviqat işlərində qanunlarda nəzərdə tutulan hədəflərə çatmaq üçün parlamentin iştirakı böyük töhfə olardı".


Şərhlər
Boş- boş işlərlə məşğuldurlar. Bələdiyyə var ki, hələ bir gender məsələsi ilə də məşğul olsun? 1000 bələdiyyədən 1-2 ola bilər. Bu nəyi həll edəcək? Sadəcə feyk statistika üçün , guya iş görülür görüntüsü üçün ...